Pentaqon ilk dəfə “Rammsteyn”i boykot etdi

Ukraynaya hərbi yardımın koordinasiyası üzrə təmas qrupunun mövcud olduğu üç il ərzində ilk dəfədir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset “Rammsteyn” görüşündə iştirak etməyəcək. 50-dən çox müdafiə nazirinin görüşü çərşənbə günü Brüsseldə baş tutacaq, lakin Pentaqon rəhbəri Belçika paytaxtına yalnız axşam saatlarında, tədbirdən sonra gələcək. Adının çəkilməsini istəməyən ABŞ rəsmisi Heqsetin video bağlantı vasitəsilə görüşdə iştirak etməyəcəyini təsdiqləyib.
Nazir bazar günü Sinqapurda keçirilən milli təhlükəsizlik konfransından qayıdıb. Təmas qrupu Heqsetin sələfi Lloyd Ostin tərəfindən Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra yaradılıb. Yarandığı vaxtdan bəri 50-dən çox iştirakçı ölkə Ukraynaya təxminən 126 milyard dollar hərbi yardım göstərib. Ostinin rəhbərliyi altında Birləşmiş Ştatlar qrupun sədri vəzifəsini icra edirdi və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri müntəzəm olaraq aylıq iclaslarda iştirak edirdi.
Surxay Əliyev