Mask: “Trampın büdcə qanun layihəsi iyrənc bir iyrənclikdir”

Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın X sosial şəbəkəsində federal xərcləri azaldacaq “Bir Böyük Gözəl” qanun layihəsini sərt şəkildə tənqid edib. O, qanun layihəsini “iyrənc iyrənclik” adlandırıb. Biznesmen sənədi dəstəkləyən ABŞ Konqresinin üzvlərini də biabır edib. "Buna səs verənlərə ayıb olsun: səhv etdiyinizi bilirsiniz. Bunu bilirsiniz", - deyə milyarder yazıb. O, həmçinin bildirib ki, bu qanun layihəsinə əsasən, ölkənin büdcə kəsiri 2,5 trilyon dollara qədər artacaq, Amerika vətəndaşları isə “dözülməz borc”la üzləşəcək. Bu sənəd, Trampın özünün də çıxışlarından birində dediyi kimi, min səhifədən çox əsas mətni və onlarla səhifəlik düzəlişləri özündə ehtiva edir.
Surxay Əliyev