Rusiya danışıqlarda geri çəkilmir – Tramp hərəkətə keçə bilər

Rusiya və Ukrayna arasında İstanbulda keçirilən son sülh danışıqları gözləntiləri doğrultmadı. Tərəflər yalnız əsir mübadiləsi ilə bağlı razılığa gəlsələr də, müharibənin dayandırılması məsələsində ciddi fikir ayrılıqları qalır.
Rusiya mövqeyində sərt qalır – Kreml Ukrayna nümayəndələrinə təqdim etdiyi sənəddə əvvəlki maksimalist tələblərini yenidən ortaya qoyub. Bu tələblər Ukraynanın faktiki təslim olması ilə nəticələnə biləcək qədər ağırdır. Moskva Kiyevdən dörd işğal olunmuş regiondan tam çəkilməyi, NATO və digər hərbi ittifaqlara qoşulmamağı, ordusunu ciddi şəkildə məhdudlaşdırmağı və yad ölkə qüvvələrini ərazisində yerləşdirməməyi tələb edir.
Rusiya həmçinin sanksiyaların ləğvini və müharibə ilə bağlı təzminat tələblərindən imtinanı istəyir. Bu isə Moskvanın Ukraynanı gələcəkdə də təsiri altında saxlamaq niyyətindən xəbər verir.
Bu sərt mövqeyə baxmayaraq, Ukraynanın Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə uğurlu zərbələr endirməsi və ABŞ Prezidenti Donald Trampın sülh prosesində irəliləyişin olmamasından narazılığı Kremlin mövqeyinə təzyiqi artırır. Növbəti mərhələdə Trampın sülh təşəbbüsləri çərçivəsində daha aktiv addımlar atacağı gözlənilir.
Şəms Ajax
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi