Almazbek Atambayev azadlğa buraxılır?

Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində keçmiş dövlət başçısı Almazbek Atambayev haqqında danışıb. S.Japarov bildirib ki, keçmiş prezident bağışlanma il bağlı müraciət etsə, onun amnistiyaya düşməsi imkanını nəzərdən keçirə bilər. Sadır. Japarov qeyd edib ki, məhkəmənin qərarını dəyişdirmək olmaz, lakin onun amnistiya hüququ var. "Müvafiq müraciət daxil olsa, amnistiya imkanlarını nəzərdən keçirə bilərəm", - o deyib.
Qeyd edək ki, iyunun 3-də Bişkekin Pervomayski Rayon Məhkəməsi A.Atambayevi qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Mətləb