"Bu təklifləri qəbul etməsə Tehranı ciddi fəsadlar gözləyir" - Ağ Ev

"ABŞ Prezidenti Donald Tramp ümid edir ki, rəsmi Tehran Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən əvvəllər Tehrana göndərilmiş təklifi qəbul edəcək." Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt deyib. "Xüsusi elçi Uitkoff İran rejiminə çox təfərrüatlı və məqbul təklif göndərdi. Prezident ümid edir ki, onlar bunu qəbul edəcəklər", - o, jurnalistlərə deyib. Levitt qeyd edib ki, Tehran əks halda ciddi fəsadlarla üzləşəcək.
Mətləb Salahov