Cənubi Koreyanın yeni prezidenti elan edildi

Dünən Cənubi Koreyada keçirilən prezident seçkisinin qalibi elan edilib. Belə ki, əsas müxalif qüvvə olan Demokratiya partiyasının namizədi Li ce Myun qalib gəlib. Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) Li Ce Myunun 49,42 faiz səslə Cənubi Koreyanın 21-ci prezidenti seçildiyini açıqlayıb. Onun əsas rəqibi olan mühafizəkar Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su isə səslərin 41,15 faizini toplayıb. MSK artıq yeni prezidentin rəsmən vəzifəsinin icrasına başladığını elan edib.
Mətləb Salahov