Yerusəlimdəki erməni kilsəsi təhqir edildi

İki israilli Yerusəlimdəki erməni kilsəsinin girişinə tüpürərək,Erməni Apostol Kilsəsinə hörmətsizlik göstərib. Bunu sosial şəbəkədə yerli erməni icmasının nümayəndəsi Qeqam Balyan yazıb. Hadisə yəhudilərin Şavuot bayramı zamanı gecə baş verib. Əvvəlcə yoldan keçən şəxs kilsənin olduğu istiqamətə tüpürüb, daha sonra yoldan keçən avtomobilin sürücüsü də eyni əməli edib. Yerli ermənilər polisə zəng vurublar, lakin polis hadisə yerinə 25 dəqiqə sonra, xuliqanlar hadisə yerindən qaçdıqdan gəlib.
Surxay Əliyev