Mazlum Kobani. YPG lideri, Öcalanın oğulluğu imiş

Abdullah Öcalanın “mənəvi oğlum” dediyi, çoxsaylı qanlı hərəkətlərə görə qırmızı bülletenlə axtarışa verilən Mazlum Kobani kimdir? 1967-ci il təvəllüdlü, ABŞ və Rusiyadan verilən açıqlamalarda adı hallanan terrorçunun təşkilata 1990-cı ildə qoşulduğu məlum olub. Terrorçuların lideri Abdullah Öcalanın Suriyadakı inzibati məmuru olan Şahin 1997-2003-cü illərdə terror təşkilatının Avropadakı fəaliyyətinə rəhbərlik edib. Suriya rejimi tərəfindən 5 dəfə həbs edilib və bu müddətin çoxunu 2009-cu ilə qədər həbsxanada keçirib. Şahin daha sonra separatçı terror təşkilatı PKK-nın əməliyyat qollarından biri olan Xalq Müdafiə Qüvvələrinə (HPG) məsul edilib və vətəndaş müharibəsi başlayandan sonra Suriyaya gedib. Terrorçu Şahin bölgədə olduğu müddətdə İŞİD-lə mübarizədə İran və ABŞ ilə danışıqlar aparıb. İŞİD-lə mübarizədə ABŞ-la ittifaqın qurulmasını təmin edən Mazlum Kobani 2014-cü ildə Vaşinqton administrasiyasının bölgədə əlaqə saxladığı aktyora çevrilib.
ABŞ-ın İŞİD-ə qarşı mübarizə adı altında bölgəyə minlərlə TIR silah və sursat göndərməsi Şahinə ciddi güc qazandırdı. Mazlum Kobani bir çox yüksək səviyyəli Rusiya və Amerika xadimləri ilə görüşlər keçirib. ABŞ prezidenti Donald Tramp da onu "General Mazlum" adlandırıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi yüksək rütbəli hərbçilərdən ibarət nümayəndə heyəti telekörpü vasitəsilə Mazlum Kobani ilə görüşüb. Bu təmaslara reaksiya verən Prezident Ərdoğan son açıqlamasında, "Bu kod adlı Mazlum qırmızı bülletenlə axtarılan çox maraqlı bir terrorçudur. Bu nə deməkdir? ABŞ ilə ekstradisiya müqaviləmiz var. Amerika bu adamı bizə təhvil verməlidir" demişdi.
Surxay Əliyev