Unikal xüsusi əməliyyat: Ukrayna üçüncü dəfə Krım körpüsünü vurdu

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü suyun altından partladıb. İndi struktur qəzalı vəziyyətdədir. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti {SBU} məlumat yayıb. Əməliyyatın bir neçə ay davam etdiyi qeyd edilir. Xüsusilə, SBU agentləri Rusiya Federasiyası tərəfindən qanunsuz tikilmiş estakadanın dayaqlarını minalayıblar. Nəticədə bu gün, iyunun 3-də dinc əhali arasında itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb. SBU-nun məlumatına görə, körpünün sualtı dayaqları ciddi zədələnib - buna trotil ekvivalentində 1100 kq partlayıcı kömək edib. Əslində körpü qəzalı vəziyyətdədir. SBU-nun sədri, general-leytenant Vasil Malyuk əməliyyata şəxsən nəzarət edib və onun planlaşdırılmasını əlaqələndirib.
Surxay Əliyev