Ağ Ev: “Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır”

ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Türkiyədə Rusiya və Ukrayna liderləri ilə üçtərəfli sülh danışıqlarının aparılması dəvətini qəbul etməyə hazırdır, lakin Vladimir Putin və Vladimir Zelenskinin də danışıqlar masasına oturmağa hazır olması vacibdir,-deyə Ağ Ev bildirib. Ağ Evin mətbuat katibi Karolayn Livitt jurnalistlərə bildirib ki, "Prezident buna hazır olduğunu bildirib, lakin o, hər iki liderin və hər iki tərəfin birlikdə masa arxasında əyləşməsini istəyir".
Öz növbəsində Zelenski Tramp və Putinlə görüşməyə hazır olduğunu bildirib.
Surxay Əliyev