Kiyev NATO sammitinə dəvət aldı

Ukrayna NATO-nun Haaqa sammitinə dəvət alıb. Bu barədə bazar ertəsi, iyunun 2-də Ukrayna lideri Vladimir Zelenski Telegram-da məlumat verib. Ukrayna dövlət başçısının sözlərinə görə, xarici işlər naziri Andrey Sıbiqa həmkarları ilə görüşün detalları, infrastruktur aspektlərini və mümkün nəticələri müzakirə edəcək. Sammit 24-26 iyun tarixlərində Haaqada keçiriləcək Ukrayna prezidenti əlavə edib ki, Rumıniya prezidenti Nikuzor Dan ilə söhbəti zamanı bu məsələyə də toxunub.
“Biz NATO-nun Haaqada keçiriləcək sammitinə xüsusi diqqət yetiririk”, deyə Zelenski yazıb. Ukrayna lideri Haaqada Kiyevi kimin təmsil edəcəyini dəqiqləşdirməyib. NATO-nun sammiti İyunun 24-26-da Haaqada keçiriləcək.
Surxay Əliyev