"Türkiyə bu məsələdə Avropada birincidir" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Etimesqut Hava Limanında ekoloji tədbirin iştirakçılarına müraciət edərək bəyan edib ki, qardaş ölkə meşə yanğınları ilə mübarizədə pilotsuz uçuş aparatlarından istifadə baxımından dünyada ikinci, Avropada birincidir.
O qeyd edib ki, hökumətin səyləri nəticəsində son 23 ildə ölkədə meşə massivlərinin sahəsi 23,4 milyon hektara çatıb ki, bu da Türkiyə ərazisinin 30 faizinə bərabərdir.
“Meşələr Türkiyənin ən böyük sərvətlərindən biridir. Meşə yanğınları ilə əhatə olunan bütün ərazilərdə operativ şəkildə ağac tingləri əkilir. 2002-ci ildən ölkəmizdə 7,5 milyarddan çox ting əkilib”, - deyə dövlət başçısı iqlim dəyişikliyi ilə bağlı problemlərə diqqət çəkib.
Mətləb Salahov