Bazar günü günü, 08 noyabr 2026
     

Afrikada Fransaya qarşı qiyam başladı - Makron baş müqəssir rolunda…

Image


Parisin Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahəsində uğursuzluqları qitədə nəinki antifransız əhval-ruhiyyəsinin güclənməsinə, həm də Rusiya, Çin və ABŞ-ın təsirinin artmasına səbəb oldu. Bu barədə “Le Figaro” qəzetində dərc olunan 94 fransız senatorunun prezident Emmanuel Makrona ünvanladığı açıq məktubda deyilir.

Bununla yanaşı, senatorlar bildiriblər: “Bu gün Niger, dünən Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso Fransa və onun qoşunlarını, şirkətlərini rədd etdi. Afrikada bu hərəkat böyüyür, hətta Kot-d'İvuar kimi bizə yaxın ölkələrdə belə Fransa əleyhinə aksiyalar keçirilir. Dost qitə olan Afrika, deyəsən, Fransanı başa düşməyi dayandırıb və onun roluna, mövcudluğuna getdikcə daha çox meydan oxuyur”. Senatorlar Parisin Şimali Afrika, o cümlədən Əlcəzair, Mərakeş və Tunislə münasibətlərində də qeyri-müəyyənliyin mövcudluğunu qeyd ediblər. Eləcə də senatorlar bəyan ediblər ki, dünənki Fransa Afrikası hərbi Rusiya Afrikası, iqtisadi Çin Afrikası və diplomatik Amerika Afrikası ilə əvəzlənir. Məktubun müəllifləri ingilis dilinin artan populyarlığı ilə əlaqədar olaraq qitədə fransız dilinin rolunun tədricən azalmasına diqqət çəkiblər. Parlamentarilər Fransanın Afrikaya baxışına və onun Parislə əlaqələrinə yenidən baxılmasının zəruriliyi ilə bağlı fikirlərini bildiriblər. Onların fikrincə, yəqin elə vaxt gəlib çatıb ki, Afrika ölkələri Fransanın roluna və onun qitədəki mövcudluğuna getdikcə daha çox meydan oxuyur. Belə bir vaxtda Nigerdə ​​son hərbi çevriliş nəticəsində hakimiyyətə gələn rəhbərlik Fransa ilə hərbi müqavilələri denonsasiya etdiyini açıqlayıb. Qərara əsasən, Nigerdə ​​yerləşdirilən 1500 fransız hərbçisinin hamısı ölkəni tərk etməlidir. Öz növbəsində, Fransa hakimiyyəti Niger hərbçilərinin Parislə hərbi müqavilələri denonsasiya etmək qərarını tanımaqdan imtina etdiklərini bildirib. Fransa Xarici İşlər Nazirliyinin bu xüsusda bəyanatında deyilir: “Fransa xatırladır ki, müdafiə sahəsində Nigerlə əməkdaşlığının hüquqi əsası Nigerin qanuni hakimiyyət orqanları ilə bağlanmış müqavilələrə əsaslanır”. Lakin Nigerdə hakimiyyəti ələ keçirən xunta qərarından vaz keçməyəcəyini, Fransa ilə hərbi sazişdən çıxdığını və ölkənin Paris, Vaşinqton, Abuca və Lomedəki səfirlərinin səlahiyyətlərinin ləğv olunduğunu bildirib. Nigerdə Fransanın France 24 telekanalının və RFI radiosunun yayımı da dayandırılıb. Qiyamçılar konstitusiya qaydasının bərpa olunmasını tələb edən Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) hərbi müdaxiləsinə lazımi cavab verəcəkləri ilə hədələyib. Nigerə gələn qərbi afrikalı vasitəçilər xuntanın rəhbəri Abdurahman Çhiani ilə görüşmədən ölkəni tərk ediblər. Nigerin vəzifədən kənarlaşdırılan prezidenti Məhəmməd Bazum isə hərbi çevrilişdən sonra verdiyi ilk bəyanatında “Vaqner” qruplaşmasının köməyi ilə mərkəzi Sahel regionunun tamamilə Rusiyanın təsir dairəsinə düşə biləcəyini deyib. Fransa Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Fransua Qalmet isə bildirir ki, Paris Afrikada uduzur və  buna görə məsuliyyət elə Parisin öz üzərindədir:  “Baş verənlərə görə günahın əsas hissəsi Makronun özündədir. İlk beşillik səlahiyyət müddətindən bəri o, xüsusilə bəzi Afrika dövlətlərinin başçıları ilə münasibətlərdə təkəbbürə görə tənqid olunur”. Ekspert hesab edir ki, eyni zamanda, əsas problem Fransa liderinin sözləri ilə əməlləri arasındakı uçurumdadır: “Makronun qitə ilə münasibətlərdə “yeni dövrə başlamaq” barədə yüksək vədlərinin əksinə olaraq, Parisin strategiyası əslində dəyişməz qalıb: hərbi bazalar və ölkələrin inkişafına iqtisadi yardım. Bu fonda Nigerdəki çevriliş Paris üçün tamamilə sürpriz oldu - Makron hətta hadisələrin belə inkişafını qabaqcadan görmədiyi üçün kəşfiyyatını danladı. Həmin çevrilişdən əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna Nigeri Parisin qitədəki əsas tərəfdaşı adlandırıb və onun prezidenti Məhəmməd Bazuma yeni maliyyə yardımı vəd edib. Ardınca Bazum öz mühafizəsi tərəfindən devrildi və Fransanın Afrika strategiyası gözümüzün qabağında dağılır”.

Nigerdəki üsyan Atlantik okeanından Qırmızı dənizə qədər uzanan zolaqda Fransanın nəzarətinin itməsinə gətirib  çıxarır. Təkcə  2020-ci ildən 2023-cü ilə qədər Mali, Qvineya, Sudan, Burkina Fasoda, indi isə Nigerdə ​​hakimiyyət dəyişib və bundan itirən də məhz Fransadır. Çünki Afrikada çevrilişlər Fransa əleyhinə çıxışlarla müşayiət olunur. Paris Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçısı Reem Momtaz Bloomberg-ə müsahibəsində qeyd edir: “İndi Mali və Burkina-Fasodan sonra üçüncü keçmiş Fransa koloniyasında dövlət çevrilişi baş verir. Fransa əleyhinə nümayişlər. Nigerdə  Fransa səfirliyinə hücum və fransız ordusunun ölkədən çəkilməsi çağırışları artır. Mali və Burkina Fasoda bu çağırışlar artıq həyata keçirilib. Vəziyyət Nigerdə ​​təkrarlana bilər. Mali və Burkina-Fasonun yeni hakimiyyət orqanları Fransa səfirlərini öz ərazilərindən qovub, Fransanın RFI və “France 24” kanallarının yayımını qadağan edib”. ansanın keçmiş xarici işlər naziri Dominik de Vilpen qeyd edir: “Afrika bizə qarşı qiyama qalxır. Bu ölkələri neytral hesab edənlər yanılır. Onlar hazırda Rusiyanın xidmət etdiyi dünya siyasətinin rıçaqlarıdır”.  Vilpen deyib ki, Rusiya və Çin Afrikada öz infrastruktur layihələrini inkişaf etdirir, eyni zamanda qitədə anti-Qərb təbliğatı aparır.  Mərakeşli politoloq Rahid Toutunun fikrincə, Fransanın Afrika siyasəti uğursuzluqla nəticələnib. O qeyd edib ki, keçmiş Fransa koloniyalarından heç biri əhəmiyyətli inkişafa nail olmayıb. Toutunun sözlərinə görə, Fransa yanaşmasını dəyişməsə, o zaman təşəbbüs tamamilə Rusiya və Çinin əlinə keçəcək. Bundan əlavə, Toutu qeyd edir ki, Şimali Afrika ölkələri, xüsusilə Mərakeş də Fransadan üz döndərirlər. O, Fransanın Mərakeş iqtisadiyyatına yatırılan investisiyalarının ardıcıl azalmasına diqqət çəkir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ