Bazar günü günü, 08 noyabr 2026
     

İranın taleyi Azərbaycan türklərinin əlində - xalqın qəzəbi artır...

Image


İranda hökumət əleyhinə son kütləvi etirazların ardınca fərqli ölkələrdə dövlət qurumları, parlamentlər, universitetlər və beynəlxalq təşkilatlar vasitəsilə cənub qonşumuzla bağlı təşkil olunan konfrans və iclasların sayı olduqca artıb.

Güney Azərbaycandan olan hüquq müdafiəçisi Şahin Xiyavlı bu yaxınlarda qatıldığı Avropa Parlamentində İranla bağlı təşkil olunan iclasların biri haqqında danışarkən maraqlı məqamlara toxunub.

O qeyd edib ki, bu toplantı Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupu tərəfindən təşkil edilib: “Bu qrupun məqsədi Avropa İttifaqına üzv olmayan ölkələrdə parlamentar demokratiyanın gücləndirilməsi üçün çalışmaqdır. Bu, əslində bir dialoq toplantısı idi”. Hüquq müdafiəçisinin sözlərinə görə, dialoq sessiyasında İranda son illərdə baş verən kütləvi etirazlar və bu etirazların nədən uğurla nəticələnmədiyi müzakirə olunub: “Toplantı iki bölümdən ibarət idi. Birinci bölüm İranda bugünə qədər baş vermiş ictimai hərəkatlardakı çətinliklər haqqında idi. Niyə bugünə qədər uğur əldə olunmayıb? Bunun səbəbləri nədir? Bu haqda danışıq oldu və iştirakçılar mənsub olduqları toplumların görüşünü əks etdirdilər. İkinci mövzu isə bu idi ki, Avropa Parlamenti İranda qadınlara, özəlliklə də mədəni toplum qurumlarına necə dəstək verə bilər. İnsan haqları qurumlarına həm daxildə, həm xaricdə necə və hansı yollarla dəstək verilə bilər”. Şahin Xiyavlı “Amerikanın səsi” radiosuna müsahibəsində qeyd edib ki, İranda ictimai-siyasi hərəkatların uğursuz nəticələnməsinin bir səbəbi Güney Azərbaycanın siyasi rolu və ümumiyyətlə, türklərin rolunun müxalifət qüvvələri tərəfindən yetərincə diqqətə alınmamasıdır. O, həmin dialoq sessiyasında İran hakimiyyətinin türk dil haqları müdafiəçilərinə tətbiq etdiyi basqılara işarə edərək, müxalifət qüvvələrinin də ana dili məsələsində İslam Respublikasından fərqli düşünmədiklərini önə çəkib: “Öz dillərində təhsil haqqı istəyən insanları tuturlar, işgəncə edirlər, 4 il, 5 il həbs verirlər, sürgünə göndərirlər və deyirlər ki, bunlar bölücüdür, pantürkistdir. Eyni zehniyyət elə müxalifətdə də vardır. Son zamanlarda Rza Pəhləvinin bir açıqlaması var bu xüsusda. Mən orada dedim ki, siz İranda insan haqları, demokratiya və ya rejim dəyişikliyi istəyirsənizsə, Güney Azərbaycanın və ümumiyyəylə türklərin rolunu görməzdən gəlmək olmaz. İran xaricində fəaliyyət göstərən müxaliflətdə bir görməzdən gəlmə var. Bu da, sözün düzü, bir qüdrət məsələsidir. Çünki müxaliflər də nəticəni, qüdrəti türklər ilə bölüşmək istəmir. Türklərlə müqayisədə digər etnik qruplarla daha rahat bir araya gələ bilirlər. Biz bilirik ki, bir çox quruma mənəvi və maliyyə dəstəyi verilir, mediadan tutmuş fərqli sahələrə qədər. Amma türklərə gələndə bu dəstək yoxdur. Avropa İttifaqı da görməzdən gəlir... Amma türklərin İranda keçmişi var və əgər biz istəyiriksə İranda hər hansı bir dəyişiklik olsun, mütləq türklərin rolunu görmək lazimdir. Bu mənada da beynəlxalq insan haqları qurumları və ya digər görüşmələrdə türklər mütləq orada ağırlıqla təmsil olma haqqına sahib olmalıdırlar”.

Baş verənlərlə bağlı Türkiyənin “açıkradyo” portalı da mühüm məqamlara diqqət çəkir. Burada qeyd edilir ki, İranda yaşayan Azərbaycan türklərinə beynəlxalq miqyasda diqqət artır və bu, molla rejimini çox ciddi narahat edir: “Bu günlərdə İsrail parlamentinin 32 üzvü birgə bəyanatla çıxış edərək bildirib ki, İrandakı Azərbaycan türkləri təzyiq altındadır və və onlar bu təzyiqlərdən azad edilməlidir. Yəni İsrail parlamentinin ən azı dörddə biri rəsmi açıqlama ilə Güney Azərbaycan adlı dövlət yaradılmasını istəyir. Sözsüz ki, rejim bu vəziyyətdən narahatdır. İsraillə Azərbaycan dövləti arasında yaxınlaşma və əməkdaşlıq səyləri də rejimi eyni dərəcədə narahat edir. Bu vəziyyətdə İran rejimi ilə xalq arasında qarşıdurma bütün şiddəti ilə davam edir. Şübhəsiz ki, bu qarşıdurmanın çoxlu cəbhələri var. Bu cəbhələrin başında hicab gəlir. Molla rejimi ötən həftə ən azı 2000 mağaza, müəssisə və restoranı, hətta bir neçə nəhəng alış-veriş mərkəzini hicabsız müştəri qəbul etdiyi üçün bağlayıb,  minlərlə insanı işsiz və ac qoyub. Bununla da əslində, xalqı daha da qəzəbləndirdi.  Amma xalqın seçimi xidmət üçün hicab tələb edən müəssisələrdən alış-veriş etmək deyil. İranlı qadınlar sadəcə hicabdan xilas olmaq istəmirlər. Bütün dissident iranlı kişilər və qadınlar geyim qaydasını tamamilə dəyişmək istəyirlər. Bu səbəbdən xüsusilə insanların sıx olduğu şəhərlərdə təkcə başını açıq saxlayan qadınlarla yanaşı, qısa ətək geyinənlərə, açıq-saçıq paltar geyinən gənc xanımlara və şortikli kişilərə də rast gəlmək mümkündür. Xalq tərəfindən hələlik heç bir geri çəkilmə yoxdur. Əksinə, iş o yerə çatdı ki, ötən həftə bir çox iranlı gənc qadın sevgililəri ilə motosiklet sürdü və böyük qruplar şəklində Tehran küçələrini gəzdi. İranlı müxaliflər, xüsusən də qadınlar, ümumiyyətlə, gənclər aylardır ki, siyasi bir hərəkət kimi rahat paltarda başları açıq şəkildə musiqi ifa edir və rəqs edirlər. Beləliklə, mübarizə davam edir. Bu günlərdə isə İranın qadınlardan ibarət Buzüstü Xokkey Milli Komandası Taylandda keçirilən çempionatda İranın dövlət himnini müşayiət etməyib. Dünyanın heç bir ölkəsində idmançıların belə qruplarda öz himnlərinə qarşı “müharibə” elan etməsini müşahidə etmək mümkün deyil. İran xalqı ilə molla rejimi arasında müharibə olduğunu deyəndə, buna diqqət çəkmək lazımdır”. Bu arada o da bəlli olub ki, İranda din xadimləri ilə rejim arasında da çatlar yaranır. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirir ki, son bir ay ərzində İranda din xadimlərinə qarşı hücumlar artıb: “Aprel ayında din xadimlərinə qarşı 4 hücum olub. Belə insidentlər əvvəlki aylara nisbətən bir neçə dəfə artıb”. Qərb analitiklərinin fikrincə, bu gedişlə, ölkədə hakimiyyət əleyhinə etirazlar daha da güclənə bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ