Bazar günü günü, 08 noyabr 2026
     

Kreml üzərində dron əməliyyatı – Zelenskinin fiziki məhvi gündəmdə…

Image


Məlum olduğu kimi, bu günlərdə Moskva Ukraynanı Rusiya prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına iki dronla hava zərbəsi endirmək cəhdində ittiham edib. Ukrayna tərəfi dron zərbələrinə cəhdlə bağlı olmasına dair Rusiyanın ittihamlarını rədd edib.

Amma Rusiya fərqli fikirdədir və bildirir ki, hadisənin arxasında Ukrayna və Qərb dairələri durur. Hesab edilir ki, bütün bunlar müharibənin gedişinə mütləq şəkildə təsir edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi Ukraynaya konkret addımlarla cavab verəcək. O qeyd edib ki, Kremlə hücuma sadəcə danışmaqla cavab vermək kifayət deyil: “Ukrayna prezidenti Volodimir Zelenski özünə hörmət edən ölkələrin Kiyevlə əlaqəsini kəsmək üçün əlindən gələni edir. Əlbəttə, Ukrayna Qərbin xəbəri olmadan Kremlə hücum edə bilməzdi”. Kremlin sözçüsü Dmitri Peskov isə Ukraynanın sadəcə Vaşinqtonun “diqtə etdiyi” ABŞ planlarını həyata keçirdiyini deyib, lakin bu iddiaları dəstəkləyən heç bir sübut təqdim etməyib: “Biz yaxşı bilirik ki, Kiyevdə bu cür hərəkətlər, terror aktları ilə bağlı qərarlar qəbul edilmir. Amma Vaşinqtonda edilir. Kiyev isə ona deyilənləri edir. Çox vacibdir ki, Vaşinqtonda bizim bunu bildiyimizi və münaqişədə birbaşa iştirakın nə qədər təhlükəli olduğunu başa düşsünlər”. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev isə bildirib ki, Kiyevin Kremlə pilotsuz aparatla hücumu Rusiyanı Zelenskinin və onun qruplaşmasının fiziki olaraq məhv edilməsindən başqa heç bir seçim qarşısında qoymayıb: “Terror aktından sonra Zelenski və onun qruplaşmasının fiziki məhvindən başqa seçim qalmayıb”. Onun  sözlərinə görə, Zelenski “şərtsiz təslim olmaq haqqında sənəd imzalamaq üçün belə lazım deyil”. Qeyd edək ki, Kreml sonuncu dəfə 1942-ci ildə hücuma məruz qalmışdı. O zaman alman qüvvələri Moskvaya yaxınlaşırdı. Ondan əvvəl isə Napoleonun vaxtında Fransa qüvvələri böyük döyüş baş vermədən Kremlə girib. Bütün bunlardan sonra cari il mayın 3-də Kreml binası gecə vaxtı iki dronla vurulur, damı qismən alışır. Bu hadisədən bir neçə gün sonra prezident Vladimir Putin ölkənin ən böyük illik tamaşasına ev sahibliyi edəcək, Qırmızı Meydanda İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin ildönümü paradı keçiriləcək.  Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski Kiyevin hücumda əli olmadığını, Rusiyanın özünün insidenti təşkil edə biləcəyini söyləyib. Yəni bununla Ukraynada müharibəni qızışdırmaq üçün bəhanə yaradıla bilərdi. Əgər bu işin içindən gerçəkdən də Ukrayna çıxsa, Rusiya ordusu və havadan müdafiə qüvvələri üçün böyük pərtlik olar. Özəlliklə də Kremlin yaxınlığında Qələbə Paradına az qaldığı bir vaxtda.

Londonda yerləşən “Chatham House”da Rusiya və Avrasiya Proqramının başçısı Ceyms Niksi bunun Putinə qarşı sui-qəsd cəhdi olmadığını deyir, yəni məsələ heç də Kremlin dediyi kimi deyil: “İki variant var. Birincisi, Kiyev xəbərdarlıq edir ki, “görün neyləyə bilərik”. Yaxud da Moskva Ukraynaya daha intensiv hücumları, yaxud əlavə səfərbərliyi əsaslandırmaq üçün “saxta bayraq” əməliyyatı aparıb”.  ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun analitikləri hesab edirlər ki, Rusiya müharibəni ölkənin daxili auditoriyasına çatdırmaq və cəmiyyətin daha geniş səfərbərliyi üçün şərait yaratmaq məqsədilə Kremlə hücum təşkil edib. Qurum  bildirir ki, bir sıra göstəricilər zərbənin Rusiya tərəfindən ölkə daxilində hazırlandığını göstərir: “Rusiya hakimiyyəti bu yaxınlarda Rusiyanın daxili hava hücumundan müdafiə imkanlarını artırmaq üçün addımlar atıb, o cümlədən Moskvanın özündə və buna görə də iki dronun hava hücumundan müdafiə sisteminin bir neçə qatına nüfuz etməsi və kameraya gözəl çəkilmiş möhtəşəm görüntüləri təmin edən şəkildə Kremlin tam mərkəzində partladılması və ya vurulması inandırıcı görünmür. 2023-cü ilin yanvar ayından geolokasiya edilmiş görüntülər göstərir ki, Rusiya hakimiyyəti şəhər ətrafında hava hücumundan müdafiə dairələri yaratmaq üçün Moskva yaxınlığında “Pantsir” hava hücumundan müdafiə sistemlərini yerləşdirir. Bu cür hava hücumundan müdafiə vasitələrinin aşkarlanması və məhv edilməsinin qarşısını alan və Kreml Senat Sarayı kimi yüksək profilli hədəfi vurmağa müvəffəq olan bir zərbə Rusiya üçün əhəmiyyətli bir utanc olardı. Kremlin hadisəyə dərhal, ardıcıl və koordinasiyalı reaksiyası onu deməyə əsas verir ki, hücum daxildən elə hazırlanıb ki, onun nəzərdə tutulan siyasi təsirləri utancdan üstündür”. Zelenskinin müşaviri Mixaylo Podolyak isə deyib ki, dron insidenti Rusiyaya Ukrayna ərazisində mülki hədəflərin vurulmasını əsaslandırmağa kömək edə bilər. O həmçinin iddia edib ki, Rusiya daxilində uçan dronlara görə yerli müqavimət qüvvələrinin partizan fəaliyyəti məsuliyyət daşıya bilər: “Rusiya daxilində nəsə baş verir, ancaq Ukrayna dronları Kreml üzərində uçmadan bunlar olur”. Əgər insidentə görə ukraynalılar məsuliyyət daşıyırsa, bu da Rusiyanın təhlükəsizliyi, havadan müdafiəsi üçün böyük biabırçılıq olar. Burada xatırladaq ki, 1987-ci ildə almaniyalı yeniyetmə Matias Rast da idman təyyarəsini birbaşa Qırmızı Meydana yönəltmişdi. Rusiyanın təhlükəsizlik xidmətləri üzrə ekspert Mark Galeotti bildirir: “Bunun Ukraynanın hücumu olmasını təxmin etsək, onda zərbə endirmək qabiliyyətinin nümayişi, niyyətin bəyanı sayılmalıdır: yəni düşünməyin ki, Moskva təhlükəsizdir”. Rusiyanın hüquq-mühafizə orqanlarına əlaqələri olduğu düşünülən “Baza” “telegram” kanalı adını çəkmədiyi rəsmilərə istinadla yazır ki, Moskva regionunda yaşayanlar dronları görüb, müdafiə rəsmiləri buna ciddi yanaşmayıblar. Dronlar Moskvanın hava məkanında görünəndə isə artıq reaksiya vermək üçün çox gec olub. Kremlə bağlı siyasi təhlilçi Sergey Markov isə deyib ki, Kremlə hücuma taktiki nüvə silahları ilə Pentaqona hücum, yaxud birbaşa Zelenskini hədəfə almaq kimi məqamlarla cavab vermək olar.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ