Bazar günü günü, 08 noyabr 2026
     

Çin yuanı önə çıxır, ticarətdə ABŞ valyutasından imtinalar genişlənir

Image


ABŞ dollarının dünya ticarətində payının azalması son dövrlərdə daha sürətli xarakter daşımağa başlayıb. Məsələ burasındadır ki, ticarətdə dollardan imtina edən ölkələrin sayı sürətlə artır.

Həmin ölkələr sırasına qoşulan Argentina Çindən idxalı dollarla deyil, yuanla ödəyəcək. Cənubi Amerika ölkəsinin iqtisadiyyat naziri Serxio Massa məsələ ilə bağlı qeyd edib: “Çinlə svop əməliyyatını aktivləşdirəcəyik ki, bu da bizə bu ölkədən idxalı yuanla ödəməyə imkan verəcək və bununla da apreldə 1,04 milyard dolları və may ayından etibarən isə 790 milyon dolları əvəz edəcək”.

Serxio Massa qeyd edib ki, ölkə tarixindəki ən pis quraqlıq səbəbindən Argentinanın ixracı 15 milyard dollar azalıb: “Bu, iqtisadi fəaliyyət və istehsal üçün əsas olan material və malların idxal səviyyəsini saxlamaq üçün ehtiyatlarımızı qorumağı çətinləşdirdi”. Onun sözlərinə görə, Çinlə ticarətdə yuana keçid Argentinaya daha çox “azadlıq” verəcək və ehtiyatlarını gücləndirəcək. Digər Cənubi Amerika ölkəsi olan Braziliyanın prezidenti Luis İnasiu Lula da Silva beynəlxalq ticarətdə dolların üstünlüyünə qarşı çıxış edib, ticarəti milli valyutalarda inkişaf etdirmək və yeni maliyyə alətləri yaratmaq barədə təkli irəli sürüb: “Hər axşam özümə sual verirəm: niyə ticarətdə bütün ölkələr dollara bağlanmalıdır? Niyə biz bunu valyutalarımıza bağlaya bilmirik?... Ümumiyyətlə, kim belə qərara gəldi ki, qızıl standartından imtina etdikdən sonra valyuta yuan, real və ya peso deyil, dollar olmalıdır?”. Siyasətçinin fikrincə, belə vəziyyət inkişaf etməkdə olan ölkələrin maraqlarına cavab vermir. Mərkəzi banklar alternativ hesablaşma mexanizmlərini işləyib hazırlaya bilərdi. Lula da Silva Lula da Silva BRICS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) özləri arasında hesablaşmalarda dollara alternativ üzərində düşünməyi təklif edib. Bu arada qeyd edək ki, Braziliya və Çin öz valyutalarını dollara çevirmədən birbaşa milli valyutalarla hesablaşmalar aparmaq haqqında razılıq əldə ediblər. Çin və Braziliya bunun üçün maliyyə-klirinq palatasının yaradılmasını elan ediblər. Bunun sayəsində ölkələr öz valyutalarını dollara çevirmədən birbaşa hesablaşmalar apara biləcəklər. Bu, əməliyyatların sürətləndirilməsinə və dəyərinin azaldılmasına, həmçinin ticarət və investisiyaların genişləndirilməsinə kömək edəcək. xatırladaq ki, Çin son 13 ildə Braziliyanın əsas ticarət tərəfdaşı olub. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 150 milyard dollar təşkil edib.Braziliyanın idxalının beşdə biri Çindən gəlir, Çin bazarının isə ixracın üçdə birindən çoxu bura yönəlir. Məsələ ilə bağlı Rusiyanın “Total Research” şirkətinin strateji araşdırmalar üzrə mütəxəssisi Nikolay Vavilov qeyd edir: “Unutmamalıyıq ki, Braziliya və Çin Rusiya, Hindistan və Cənubi Afrika ilə birlikdə BRİKS-in bir hissəsidir. Hazırda bu birlik qlobal iqtisadiyyatın mühüm iştirakçısıdır. BRİKS ölkələri dünya əhalisinin təxminən 43%-ni və dünya ÜDM-nin təxminən 31,5%-ni təşkil edir ki, bu da G7-nin 30,7%-lik payından çoxdur. Bütün beşlik çərçivəsində milli valyutalarda hesablaşmalara keçid prosesləri fəal şəkildə davam edir və vahid hesab vahidinin yaradılması məsələsinə baxılır”. Bundan əlavə, yeni ölkələr BRİKS-ə qoşulmaq istəyir. Belə ki, Cənubi Afrika Respublikasının Rusiya Federasiyasındakı səfiri Mzuvukile Maketuka 13-ə yaxın ölkənin quruma maraq göstərdiyini və onların demək olar ki, yarısının müraciət etdiyini bildirib. Argentina, İran və Əlcəzair BRİKS-ə qoşulmaq üçün müraciət edib. Misir, Türkiyə və Səudiyyə Ərəbistanı da birliyə qoşulmaqda maraqlıdır. Vavilov bildirir ki, nəticədə 2023-cü ilin sonunadək iştirakçıların siyahısını genişləndirmək olar: “Dünyanın əksər ölkələri ABŞ-ın hansı siyasət yürütdüyünü görüb və onların aktivlərinin sadəcə olaraq dondurula və ya oğurlana biləcəyindən ehtiyat edərək dünyanın ehtiyat valyutası kimi dollardan xilas olmaq istəyir. Hazırda Çin və onun yuanı, eləcə də getdikcə artan ölkələrin milli valyutalarda hesablaşmalara keçməsi dolların hegemonluğuna zərbə vurmağın yeganə yoludur”.

Onun sözlərinə görə, BRİKS ölkələrinin dünya iqtisadiyyatında hazırkı payını nəzərə alsaq, dollarla hesablaşmalardan imtina etməsi Amerika valyutasına ciddi ziyan vuracaq: “Prosesə Yaxın Şərq və Latın Amerikasından yeni iştirakçılar qoşulsa, zərbə daha çox dağıdıcı olacaq”. Ekspert xatırladıb ki, Çin və Səudiyyə Ərəbistanı arasında neftin yuana alqı-satqı üzrə artıq müqavilələri var. O, həmçinin qeyd edib ki, indiki geosiyasi vəziyyətdə qlobal maliyyə sisteminin dəyişməsi tendensiyası müşahidə olunur və de-dollarizasiya prosesi sürətlə gedir: “Lakin vahid milli valyutanın işlək variantının yaradılması haqqında danışmaq hələ tezdir. Çox güman ki, yuan və dollara konvertasiya edilmədən birbaşa milli valyutalarda hesablaşmalar müvəqqəti alternativ olacaq”. Valyuta ehtiyatları 60  milyard dollara yaxınlaşan Azərbaycan da prosesləri diqqətlə izləyir. Qeyd edək ki, həmin ehtiyatların təxminən yarısı dollarda saxlanır. Amma təkcə Azərbaycan yox, dünyanın bir çox digər ölkələri də ehtiyatlarında dolların payını azaltmalı olacaq. Çünki ABŞ-ın dolları iqtisadi təzyiq alətinə çevirməsindən ötən dövr ərzində bu valyutanın beynəlxalq ticarətdə rolu sürətlə azalmaqdadır. İndi ölkələrin bir çoxu qarşılıqlı ticarət əməliyyatlarında dollardan yox, ya milli pullardan, ya da başqa valyutalardan, məsələn, avrodan, yuandan istifadə edir. Hazırda Çinin siyasəti, Rusiyanın, Braziliyanın ona dəstəyi fonunda yuana maraq sürətlə artır. Çinin son hədəfi yuanın beynəlxalq səviyyəyə çatdırmaqdırsa, onun birbaşa məqsədi qismən ABŞ-ın Çin və digər ölkələrə tətbiq etdiyi sanksiyalar və ya tariflərə görə beynəlxalq sistemin qeyri-dollarlaşdırılmasıdır. Bu, Şanxayda satılan neftin müqaviləsini təşviq etmək üçün keçiddə və Çinin baş bankının mərkəzli strategiyası ilə həlledici sıçrayışda əks olunur. Həmçinin Çindən geniş idxal, eləcə də əlaqələri möhkəmləndirmək üçün digər səbəbləri var. Çin, şübhəsiz, şirkətlərinin öz valyutasında neft və qaz almasına şərait yaradır, xarici valyutada dəyişikliklərdən ziyana qalmaqdan yayınır və ABŞ dollarının üstünlüyünü topa tutur. Rəsmi Pekin ABŞ-ın təzyiqlərinə sinə gərə bilsə, onun səyləri ekspertlərə görə, çoxqütblü dünyanın ortaya çıxması üçün maliyyə təməlini yaradacaq. Məhz bütün bunlar fonunda, Azərbaycan da daxil olmaqla, digər ölkələrin ehtyiatlarında dolların payını azaltması qaçılmaz sayılır. Burada onu da qeyd edək ki, artıq Azərbaycan da Rusiya, Türkiyə kimi ölkələrlə ticarətdə artıq milli valyutadan istifadəyə start verib. Bu prosesin daha da genişlənməsi gözlənir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ