Bazar günü günü, 08 noyabr 2026
     

Başqa ölkələrin daxili işlərinə müdaxilə Fransanın axırına çıxır...

Image


Azərbaycanın və bəzi bir sıra ölkələrin daxili işlərinə müdaxilə cəhdindən əl çəkməyən Fransa hakimiyyəti özü əhalisi ilə getdikcə daha böyük problemlər yaşamaqdadır. Bunlara diqqət etmək əvəzinə, Fransa özünü hələ də dünyada əsas qüvvələrdən biri kimi göstərməyə çalışır, ölkələrin daxili işinə müdaxiləyə can atır. Məsələn, Qarabağda qanunnsuz erməni hərbi birləşmələrini polis kimi xarkterizə edir.

Qeyd edək ki, martın 5-də  Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Fransa, guya burada “erməni polisinə” hücum barədə cəfəng bir açıqlama vermişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məsələyə münasibətdə diqqətə çatdırmışdı ki, Fransa yenə beynəlxalq hüququ görməzdən gəlir: “Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və üçtərəfli bəyanata uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qanunsuz erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini “polis” kimi təqdim etməsi və dolayısı ilə onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir. Fransa tərəfi anlamalıdır ki, Ermənistan tərəfinin Laçın yolunda etirazları bəhanə gətirərək alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır”. Azərbaycanın və digər bir sıra ölkələrin daxili işlərinə müdaxilə cəhdləri fonunda Fransa özü daxildə böyük problemlərlə üzləşib. Belə ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli islahat əleyhinə  kütləvi tətillər və etirazlar ölkəni iflic vəziyyətinə salmaqdadır. Fransada pensiya islahatlarına qarşı son nümayiş bu fonda rejim üçün ciddi siqnal hesab edilir. Dinc başlayan aksiya sonradan polislə toqquşmaya çevrilib. İtaliya meydanında aksiyaçılar tullantı qablarına od vurub, iş yerlərinin şüşələrini sındırıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Fransa Daxili İşlər Nazirliyi  aksiyalarda 1,3 milyon nəfərin iştirak etdiyini açıqlayıb. Həmkarlar təşkilatları isə ölkə üzrə 270 yerdə keçirilən aksiyalara 3,5 milyon fransızın qoşulduğunu bildirib. Parisdəki aksiyalarda 700 min nəfər olub. Məlumatlara görə, məişət tullantılarının toplanması xidmətinin əməkdaşları da ümummilli tətillərə qoşulduqları üçün şəhərin küçələri zibilliyə çevrilib. İşçilər pensiya yaşının artırılmasına qarşı çıxaraq, paytaxt sakinlərindən tullantıları toplamağı dayandırıblar. Şəhərdə 2 min tona yaxın zibil yığılıb. əksər küçələrdə zibil qutuları dolub. Vəziyyət getdikcə daha da pisləşir. Bu arada o da bəlli olub ki, həmkarlar ittifaqları, pensiya islahatlarına etiraz əlaməti olaraq, ölkədəki dörd maye qaz terminalının hamısının fəaliyyətini müvəqqəti dayandıracaq. “Elengy” kompaniyasının üç obyekti bir həftə, “Fluxys” terminalı isə iki sutka işləməyəcək.

Fransa Avropanın ən böyük maye qaz alıcısı və qəbuledicisidir. Regiona bütün maye qaz idxalının 27 faizi onun payına düşür. Martın ilk beş günündə Fransa terminalları qaz nəqli sisteminə sutkada 117 milyon kubmetr mavi yanacaq ötürüb. Nəzəri olaraq qəbuledici terminalların dayanmasını yeraltı anbarlardan qaz çıxarılması ilə əvəzləmək olar. Lakin hazırda Fransanın qaz ehtiyatları digər Avropa ölkələri ilə müqayisədə çox azdır və cəmi 38 faiz təşkil edir. Həmçinin sistemdə qaz çatışmazlığı qonşu dövlətlərin hesabına aradan qaldırıla bilər. Lakin bu, bazar qiymətlərində mütləq özünü göstərəcək. Digər tərəfdən, ötən şənbə günü baş verən qəza səbəbindən Böyük Britaniya ilə Belçikanı birləşdirən “Interconnector” qaz kəmərinin də fəaliyyəti dayanıb. Bütün bunlar Fransa üçün daha böyük problemlər deməkdir. Bu fonda bəlli olub ki, başda nəqliyyat, enerji, səhiyyə və təhsil olmaqla, demək olar ki, bütün sektorlar tətilə qoşulmağa hazırlaşır. Dəmir yolu nəqliyyatında fasilələrin olacağı, tədricən bəzi bölgələrə daşımaların tamamilə dayanacağı gözlənilir. ''AirFrance'' aviaşirkəti də fövqəladə hallar nəzərə alınmadığı təqdirdə 10 uçuşdan 2-nin ləğv ediləcəyini açıqlayıb. Bunlara rəğmən, Fransanın baş naziri Elisabet Borne yanvarın  Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının həyata keçiriləcəyini açıqlayıb. Elisabet Borne ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə qaldırılacağını söyləyib. Bu ilin yanvarın 19-dan bəri ölkə daxilində mübahisəli islahat əleyhinə çoxsaylı tətillər və etirazlar keçirilir. Indi onların miqyasının daha da genişlənməsi Fransanı iflic vəziyyətə salır. Təbii ki, bu hal ölkənin xarici siyasətdə iddialarına da təsir edir. Məsələn, dünyanın ən qəddar müstəmləkəçi ölkələrindən olmuş Fransa indi siyasətin tam dəyişdiyini və "Fransa Afrikası" dövrünün başa çatdığını deyir. Fransa prezidenti Emmanuel Makronun son açıqlamaları da bunun təsdiqidir: "Müstəmləkəçilik dönəmindən qalmış "Fransa Afrikası" dövrü bitdi. Biz indi Afrikada neytral həmsöhbətik, halbuki, düşünmədiyimiz niyyətləri bizə şamil edirlər". Onun sözlərinə görə, Paris Afrika qitəsində hərbi islahatlara başlayır və bu, Fransanın üzərinə götürdüyü öhdəliklərdən imtinası deyil. Xatırladaq ki, ötən il Malidə və Burkina-Fasoda hərbi çevrilişlərdən sonra bu dövlətlər ərazilərindən Fransa bazalarının çıxarılmasını tələb ediblər. Fransadakı İctimai Rəy İnstitutunun keçirdiyi sorğuya isə respondentlərin 55 faizi ölkənin Afrikadakı bütün bazalarının bağlanmasını istədiklərini bildiriblər. Afrika ilə yanaşı, Fransa Cənubi Qafqazda da mövqelərini itirir. Bütün bunlara səbəb Parisin yanlış siyasətidir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ