Bazar günü günü, 08 noyabr 2026
     

İran rejiminin dünya üçün təhlükəsi sürətlə böyüyür

Image


ABŞ-ın Əfqanıstan üzrə sabiq xüsusi elçisi Zalmay Xəlilzad İranı “Əl-Qaidə” şəbəkəsinin mərkəzi adlandırıb. O, bununla bağlı müəyyən sübutların olduğunu da bildirib.

Sabiq elçi dedikləri fonunda ABŞ prezidenti Co Bayden administrasiyasını İrana qarşı əlavə sanksiyalar tətbiq etməyə və Tehranı beynəlxalq arenada təcrid etməyə çağırıb: “Bir vaxtlar Əfqanıstan “Əl-Qaidə” şəbəkəsinin fəaliyyət mərkəzi idi. İndi bunu İran edir”. Qeyd edək ki, Zalmay Xəlilzad vaxtilə ABŞ Dövlət Departamentinin Milli Təhlükəsizlik Şurasında və Pentaqonun strukturlarında çalışıb. Bundan başqa o, Kabil və Bağdadda səfir işləyib, Birləşmiş Ştatların BMT-də daimi nümayəndəsi olub. Zalmay Xəlilzad hazırda Ağ Evin məsləhətçilərindən biridir. Lakin İranın “Əl-Qaidə”yə qucaq açdığını təkcə o vurğulamır. Bundan əvvəl də ABŞ administrasiyası açıqlamalarla çıxış edib ki, “Əl-Qaidə” terror qruplaşmasının bir sıra liderləri Tehran hakimiyyətinin məlumatı olduğu halda İranda qalmaqda davam edir. ABŞ Dövlət Departamenti “Əl-Qaidə” liderlərinin Tehranda yaşamaqda davam etməsindən dərin narahatlığını ifadə edib. Qeyd olunur ki, Tehranda və Tehran ətrafında onların “Əl-Qaidə” şəbəkəsinin liderləri kimi fəaliyyətlərini davam etdirməyə kömək edilir. Bununla Tehran hakimiyyəti “Əl-Qaidə” şəbəkəsinin nümayəndələrinə “İranda təhlükəsiz yaşamağa” icazə verir.
Amerikalı diplomatlar əlavə edir ki, İran “qara siyahılar”a daxil edilmiş terror qruplarının spektrini maliyyələşdirmə, təlim, silah və texnika ilə təmin etməkdə davam edir. Bu fonda diqqət ona yönəldilir ki, İran hələ də ölkədə yaşayan “Əl-Qaidə” liderlərini məsuliyyətə cəlb etməyə hazır deyil. Bundan əvvəl də ABŞ bəyan edib ki, İran “Əl-Qaidə” nümayəndələrinə ən azı 2009-cu ildən öz ərazisində fəaliyyət göstərməyə, o cümlədən pul vəsaitləri və silahlıları Cənubi Asiya və Suriyaya köçürməyə icazə verib. “Əl-Qaidə” terror təşkilatının faktiki lideri olaraq tanınan Sayif Əl-Adilin də hazırda İranda olmasına dair məlumatlar var. Əl-Adilin Birləşmiş Ştatların “Əl-Qaidə” lideri Ayman Əl-Zəvahirini Əfqanıstanın paytaxtı Kabildə hava hücumu zamanı öldürməsindən altı ay sonra terror qruplaşmasının rəhbərliyinə gətirildiyi məlum idi. Lakin bu informasiya bugünə qədər rəsmi olaraq təsdiqlənməmişdi. Əl-Adil ilə bağlı ən diqqətçəkən məqam isə onun hazırda İranda olmasıdır. Araşdırmalara əsasən, Sayif Əl-Adil prinsip etibarilə sələfləri Ayman Əl-Zəvahiri və Üsamə bin Ladendən təhlükəli hesab edilir. Onun hazırda “Əl-Qaidə” lideri olması ABŞ və əslində bütün dünya üçün heç də arzuolunan bir hal deyil. Əl-Adil professional hərbçi, Misirin keçmiş xüsusi təyinatlılar zabitidir. Bundan başqa o, 1990-cı illərin əvvəlindən başlayaraq Əfqanıstan, Pakistan və Sudandakı döyüşçülərə hərbi və kəşfiyyat təlimləri verən komandanın üzvü olub. İndi bəzi ekspertlər hesab edir ki, Sayif Əl-Adilin “Əl-Qaidə” terror təşkilatını İrandan idarə etməsi ABŞ-ın həm bu ölkəyə aviazərbələr endirməsi, həm də hərbi müdaxilə etməsi üçün əsas yaradır. İranın nüvə silahını inkişaf etdirməsi fonunda İsrail də müdaxiləni zəruri hesab edir.

Lakin İran rejiminin narazılıq yaradan fəaliyyəti təkcə bunlardan ibarət deyil. İranın Afrikada silah qaçaqmalçılığını illərdir davam etdirməsi də çoxdan narazılıq predmetidir. Qeyd edək ki,  1983-cü ildə Beyrutda yüzlərlə amerikalının ölümünə səbəb olan partlayışdan sonra beynəlxalq ictimaiyyət İranın gizli silah tədarükünü izləyir. Vaşinqtondakı “Gulf State Analytics” mərkəzinin baş məsləhətçisi Teodor Karasikin “Arabnews” qəzetində dərc olunmuş məqaləsində bu xüsusda qeyd olunur: “Tehranın silah istehsalı getdikcə təkmilləşir və bu sursat əsasən, Afrikada silahlı münaqişə zonalarında olan bazarlara göndərilir. Xüsusən, Sudanda yerləşən baza silah qaçaqmalçılığında tranzit mərkəzidir. İranın ticarət gəmiçilik sənayesi də Afrikanın şərq sahilindən Qvineya körfəzinə qədər akvatoriyanı ələ keçirmək niyyətindədir. Bu ticarət axınında silahlar əsas rol oynayır. İranın Afrika dövlətləri ilə bağlı xarici siyasəti fəallıq və təbliğat fonunda kəskin artıb. Bu ölkənin xarici işlər naziri keçən il Mali və Tanzaniyaya, bu il isə Mavritaniyaya səfər edərək diplomatik və gəmiçilik-ticarət imkanlarını müzakirə edib. Ömər Bəşirin dövründə İranın Sudanda silah zavodlarına malik olduğu günlərdəki kimi, indi də əsas ticarət silah alveri ilə bağlıdır. Körfəzdəki ərəb ölkələri tərəfindən artan qadağalar səbəbindən Yəmənə silah satışının çətinləşdiyi bir şəraitdə Tehran Afrika Buynuzu regionuna üz tutub. Ötən həftə Somali, Qətər, Türkiyə, BƏƏ, Böyük Britaniya və ABŞ arasında Somalinin silah qaçaqmalçılığı ilə mübarizə səylərini dəstəkləmək üçün saziş imzalanıb”. Politoloq yazır ki, İran dəniz vasitəsilə silah tədarükünü onilliklər ərzində eyni marşrutla həyata keçirir: “Ərəbistan yarımadasının cənub hissəsindən Afrika Buynuzuna qədər uzanan silah şəbəkəsi polis üçün çox mürəkkəbdir, lakin Bab-əl-Məndəb boğazından kənarda geniş akvatoriya qaçaqmalçıları yaxalamağa imkan verir. İran bir çox Afrika ölkələrinə silah satıb. Tədqiqatlar göstərir ki, İran sursatları hökumət qüvvələri (Qvineya, Fil Dişi Sahili, Keniya və Sudan), döyüşən mülki icmalar (Keniya, Cənubi Sudan və Uqanda), üsyançılar və milis qrupları (Fil dişi Sahili, Darfur) daxil olmaqla, bir sıra qurumlara göndərilir. İran silahlarının yanlış əllərə düşməsinin tarixi zəngindir. Tədqiqatlar onu da sübut edir ki, İran sursatları gizli yolla Nigerdə fəaliyyət göstərən “Əl-Qaidə” terrorçularına çatdırılır. Tehranın silah qaçaqmalçılığı BMT-nin Fil Dişi Sahilinə tətbiq etdiyi sanksiyalara zidd olub və BMT TŞ-nin Konqo Demokratik Respublikası və Darfura embarqolarını məqbul şəkildə pozub. İran bu məsələdə ehtiyatlı davransa da, qaçaqmalçılıq hallarını tam gizli saxlamaq mümkün olmur. İranın xarici işlər naziri Əmir Abdullahian seneqallı həmkarı Aissata Tall Sall ilə görüşündə Afrikanın Tehranın xarici siyasətindəki əhəmiyyətini və Seneqalın Afrikadakı mühüm mövqeyini vurğulayıb. Afrika Birliyinə keçən aya qədər Seneqal prezidenti Maki Sall və BMT-nin Liviyadakı missiyasına tanınmış Seneqal diplomatı Abdulaye Badili rəhbərlik etdiyi üçün Seneqal qitənin mühüm ölkəsi sayılır. Tehran Mali, Mavritaniya ilə yanaşı, Sahil regionunda və Şimali Afrikada, xüsusən də Liviyanın şərqində mövqeyini gücləndirməyə can atır. İran bu ölkələrdə apardığı danışıqlarda silah tədarükünü ön plana çıxarır. İsrailin Afrika Buynuzu dövlətləri, xüsusən Somali və Sudanla inkişaf edən qarşılıqlı əlaqələri gələcəkdə İranın silah satışını əngəlləyə bilər. Qərb və İsrail yaxşı bilirlər ki, Tehranın silah satışı Afrikanın bu dövlətlərinin daxilində qarşıdurma üçün zəmin yarada bilər. İran Afrikada daha çox nüfuz qazanmaq üçün silah qaçaqmalçılığı ilə Somalinin siyasi mənzərəsini də pozmaq istəyir”. İndi bütün bunlara görə İran rejiminin cavab verməsi zəruri hesab olunur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ