Bazar günü günü, 08 noyabr 2026
     

İranda tələbə qızları kütləvi zəhərlədilər - bioloji silah şübhəsi...

Image


Son aylarda İran universitetlərində qızların müəmmalı və kütləvi zəhərlənməsi halları baş verir. Məsələn, İranda Qum, Tehran, İsfahan və Burucərd şəhərlərində 14 məktəbdə 3 ayda 650 qız şagird zəhərlənib.

İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyxi “Xəbər Online” saytına müsahibəsində qeyd edib ki, təkcə Qum şəhərində 799 zəhərlənmə halı qeydə alınıb, son bir həftə ərzində Burucərdi şəhərində isə 400 tələbə qız zəhərlənib. Hüquq-mühafizə orqanlarının bu insidentlərlə bağlı heç bir təhqiqat aparmaması faktı şübhələri daha da artırıb. İlk hadisə noyabr ayında Qum şəhərində 18 məktəbli qızın ürəkbulanma, baş ağrısı, öskürək, tənəffüs çətinliyi, ürək döyüntüsü, əllərində uyuşma və ağrı kimi simptomlardan şikayətlənərək xəstəxanaya aparılması ilə başlayıb. Xəstələnənlərdən bəziləri xlor və ya təmizləyici maddələrin iyini, digərləri isə havada naringi qoxusunu hiss etdiklərini demələrinə baxmayaraq, xəstəliyun səbəbi hələ məlum deyil. İranın hökumət rəsmisi isə bildirib ki, zəhərlənmə halları ayrı-ayrı şəxslərin qızları universitetlərdən uzaq tutmaq məqsədi ilə təşkil etdikləri hücumların nəticəsində baş verə bilər. İranın hüquq fəalları iddia edirlər ki, tələbə qızların kütləvi zəhərlənməsi 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra başlayan etiraz nümayişlərinə görə qisas aktı ola bilər. ABŞ-da yaşayan iranlı fəal Məsih Əlinecad isə deyib ki, hakimiyyət hicab və rejim əleyhinə nümayişlərdə iştirak edənlərə qarşı bioloji silah tətbiq edir. İranın məşhur sünni ruhanisi Mövləvi Əbdülhəmid bu insidentlərlə bağlı bəyanat yayıb. O qeyd edib ki, Qum və Burucərdi şəhərlərində tələbə qızların kütləvi zəhərlənməsi aktları insanlığa və İslama qarşı törədilən cinayətdir. Mövləvi Əbdülhəmid onu da deyib ki, məktəbli qızlar hökumətə qarşı son etirazlar zamanı gənc qadılnların oynadığı rola görə intiqam almaq üçün zəhərlənir. İctimai fəallar da bu məsələdə hakimiyyəti ittiham edirlər. “Fars” agentliyinin yaydığı məlumatda zəhərlənmənin səbəbinin universitet auditoriyalarında mənşəyi bəlli olmayan spreyin yayılmasıdır. Bu barədə agentliyə qızların valideynləri bildiriblər. Ərdəbil Universitetinin tibb fakültəsinin əməkdaşları “Tasnim” informasiya agentliyinə bildiriblər ki, tələbə qızlar zəhərlənmə halları baş verən auditoriyalarda qaz iyi gəldiyini söyləyiblər. Bəzilərinin xəstəliklərin polis nəzarətində olarkən gənc qadının ölümü ilə nəticələnən hökumət əleyhinə etirazlarda iştirak edən tələbə və qadınlara qarşı qisas olduğunu iddia etdiyi bir vaxt İran prezidenti İbrahim Rəisi ölkədəki qız məktəblərində baş qaldıran xəstəliklər dalğası ilə bağlı araşdırma aparılmasına göstəriş verib. Nazirlər Kabinetinin iclasında çıxış edən Rəisi noyabrdan bəri yüzlərlə qızın məktəblərdə xəstələndiyi barədə xəbərlərdən sonra istintaqa rəhbərlik etməyi daxili işlər naziri Əbdolreza Rəhmani Fəzliyə həvalə edib. Yerli media səhiyyə naziri Bəhram Eynullahiyə istinadən yazır ki, hazırda bu zəhərin haradan qaynaqlandığı və zəhərləmənin bilərəkdən törədilib-törədilmədiyi araşdırılır. Nazir müavini Yunes Pənahi  bildirib ki, bəzi adamlar məktəblərin, xüsusilə də qız məktəblərinin bağlanmasını istəyir. Dövlət mediası xəbər verir ki, Burucərd şəhərindəki oğlan məktəbində də zəhərlənmələr baş verib. Millət vəkili Əlirza Monadi deyib ki, qızların məktəbdən məhrum edilməsi kimi “şər niyyət” ölkəyə çox ciddi təhlükədir. Deputat məsələnin xırdalıqlarına varmayıb, amma əsas şübhənin özlərini İslamın müdafiəçisi elan etmiş sərt xətt-hərəkət tərəfdarı qruplaşmaların üzərinə düşdüyü deyilir. Tehranda qadınlar üçün Əl-Zəhra dövlət universitetinin İslamşünaslıq üzrə tədqiqatçısı Nafiseh Moradi verdiyi şərhdə xəstəlikdən oğlanlar deyil, əsasən qızların təsirlənməsinin şübhəli olduğunu bildirib. Onun “Qum News”dakı məqaləsi sonradan saytdan silinib. Bir çox iranlı rəsmilər xəstəliyin səbəbinin tapılmamaqda və yeni halların qarşısını almaq üçün kifayət qədər iş görməməkdə ittiham edib. Bəzi qəzəbli valideynlər övladlarını məktəbə göndərməkdən imtina edib.

Xatırladaq ki, 2014-cü ildə İsfahan şəhərində qadınlara qarşı silsilə kimyəvi turşu hücumları sonda adamları küçələrə çıxıb etiraz bildirməyə məcbur etmişdi. İslahatyönlü siaysətçi Azər Mənsuri bildirir: “O vaxt hücumları edənlər tapılıb cəzalandırılsaydılar, bugünkü mürtəcelər qızlarımıza qarşı dəstə bağlamazdılar”. Bir neçə nüfuzlu ruhani, millət vəkili və siyasətçi hökuməti zəhərləmə hücumlarına son qoya bilməməkdə, hücumun motivləri barədə ziddiyyətli məlumatlar verməkdə ittiham ediblər. Belə görünürdü ki, turşu hücumları hicab qaydasını pozan qadınlara qarşı yönəlib. İndi də qızların müəmmalı və kütləvi zəhərlənməsi hallarına görə etirazların yenidən baş qaldırması istisna edilmir.   Ayətüllah Məhəmməd Cavad Təbətəbayi-Borucərdi yerli mediaya deyib: “Rəsmilər ziddiyyətli bəyanatlar verirlər. Biri deyir ki, hücumlar qəsdən edilir, digəri deyir ki, burda təhlükəsizlik xidmətlərinin əli var, bəziləri isə hətta məktəblərdə istilik sisteminin işləməməsini əsas gətirirlər. Bu cür bəyanatlar adamların hökumətə inamını sarsıdır”. Bir daha xatırladaq ki, 2022-ci ilin sentyabrında Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsi ölkədə kütləvi etiraz aksiyalarına səbəb olub. Əsasən “Qadın, həyat, azadlıq” şüarı ilə keçirilən aksiyalarda qadınlar xüsusi fəallıq göstəriblər. Onların bir çoxu dini rejimin tətbiq etdiyi geyim qaydalarına itaətsizlik sərgiləyərək hicablarını, baş ötrüklərini yandırıblar. Etirazçı qadınların cərgəsinə məktəbli qızlar da qoşulub. Hökumət rabitə şəbəkəsini nə qədər məhdudlaşdırmağa səy göstərsə də, orta məktəb siniflərində dini rejimə etiraz edən şagird qızların çəkib yaydığı video və fotolar sosial media vasitəsilə yayılaraq ölkədə və dünyada geniş əks-səda doğurub. Bununla İran 1979-cu ildən bəri İslam Respublikası qarşısında ən ciddi sınaqlardan biri ilə üzləşib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ