Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qonşularından və Qərbdən sonra İran indi də Çinlə düşmənçilik siyasətinə başlayır

Image


İran rejiminin kifayət qədər yanlışlıqlar üzərində qurulmuş siyasəti bu ölkənin, Ermənistan istisna olmaqla, artıq bütün qonşuları ilə münasibətlərini olduqca gərgin həddə çatdırıb. Bu hal Çin Xalq Respublikasının sədri Si Tsinpinın Səudiyyə Ərəbistanına səfəri fonunda bir daha özünü qabarıq büruzə verdi. Qeyd edək ki, həmin səfər çərçivəsində tərəflər arasında müxtəlif sahələrə aid müqavilələr imzalanıb. Ümumilikdə, 34 müqavilənin imzalanması mərasimi keçirilib.

 Müqavilələr iqtisadiyyat, ticarət, energetika, informasiya texnologiyaları, nəqliyyat və logistika, sənaye və inşaat sahələrini əhatə edir. Çin lideri imzalanan müqavilələrin Çin-Səudiyyə Ərəbistanı münasibətlərini daha da dərinləşdirəcəyini və tərəflər arasındakı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Bütün bunlar İranda ciddi narahatlığa yol açıb. İran parlamentinin nümayəndəsi Əli Əkbər Əlizadə Çinin dövlət başçısının  Səudiyyə Ərəbistanına səfəri zamanı iki dövlət arasında imzalanan birgə bəyannaməyə münasibət bildirərkən qeyd edib: “Çin Səudiyyə Ərəbistanından istifadə edərək öz iqtisadiyyatını inkişaf etdirməyə çalışır, lakin Pekinin bu addımı İranın milli təhlükəsizliyinə xələl gətirməməlidir. İran heç bir dövlətə qırmızı xətti keçməyə imkan verməyəcək”. O bildirib ki, bəyannamənin bir sıra bəndlərində İrana qarşı məqamlar var. Qeyd edək ki, Çin və Səudiyyə Ərəbistanı arasında imzalanan razılığa əsasən, İran qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşmalı, daxili işlərinə qarışmamalı və nüvə proqramını məhdudlaşdırmalıdır. İki böyük və dünya siyasətinə kifayət təsir etmək imkanına, həmçinin beynəlxalq nüfuza malik dövlət arasında imzalanan bəyannaməyə belə bəndlərin salınması ilk baxışdan təəccüblü görünə bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Çin rəhbəri Səudiyyə Ərəbistanı Kralı ilə regional təhlükəsizlik məsələsini də müzakirə edib. Bu da bəyannamədə İranın maraqlarına cavab verməyən bəndlərin yer almasına səbəb olub. Ərazi bütövlüyü məsələsinə toxunaraq qeyd etmək lazımdır ki, burada söhbət körfəzdə 3 kiçik adadan gedir. Bu adalar mübahisəli hesab edilir. Birgə bəyannamənin digər bəndində İranın qonşu dövlətlərin daxili işlərinə qarışmaqdan imtina etməsinin zəruriliyi göstərilib. Məsələ burasındadır ki, İran Səudiyyə Ərəbistanının xarici siyasətinə təsir etmək məqsədilə Krallığın ərazisində bəzi dini qruplaşmaları maliyyələşdirir və onlardan istifadə edir. Belə siyasətlə İranın regionun sabitliyinə təhdid olduğunu nəzərə alan Çin rəhbəri bəyannaməni imzalayıb ki, bu da İranda əks reaksiyaya səbəb olub. İran parlamentinin üzvü bunlar fonunda Çinə yanlış siyasi xətt tutduğu barədə xəbərdarlıq edildiyini də vurğulayıb. Halbuki, 2020-ci ildə Çinlə İran arasında strateji əməkdaşlıq haqqında 25 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, Çin İrana ilk 5 il ərzində 120 milyard dollar həcmində sərmayə yatıracaq. Lakin indi Çin Səudiyyə Ərəbistanı ilə sözügedən bəyannaməni dünyada baş verən münaqişələrə dair İranın mövqeyinin konstruktiv olmadığını müşahidə edərək imzalayıb.

Bütün bunlar onu göstərir ki, İran hakimiyyətinin həyata keçirdiyi siyasət onun təklənməsinə gətirib çıxarıb. Qonşuları ilə “sıfır problem” siyasəti yürüdən rəsmi Tehran dünyadan tam təcrid olmaq istiqamətinə sürətlə irəliləyir. Çinlə düşmənçilik siyasəti yürüdülməsi isə İranı daha ağır vəziyyətə salacaq. Yuxarıda qeyd edildiyi kimi, İranın qonşuları ilə münasibəti pisdir. Bu fonda Avropa İttifaqı (Aİ) İrana qarşı əlavə sanksiyalar tətbiq edib. Belə ki, Aİ İranda insan hüquqlarının pozulması və bu ölkənin Ukrayna münaqişəsində Rusiyaya dəstək verməsi ilə əlaqədar İrana qarşı əlavə sanksiyalar tətbiq edib. Məlumatda qeyd olunub ki, İrandan olan 1 hüquqi şəxs və 20 nəfər sanksiyalar siyahısına daxil edilib: “Aİ Şurası Rusiyaya pilotsuz uçuş aparatlarının istehsalı və tədarükü ilə bağlı 4 fiziki şəxsin və 4 şirkətin qara siyahıya salınması barədə qərar qəbul edib”. Belə bir vaxtda bəlli olub ki, İran Ukrayna ərazisinə zərbələr endirmək üçün Rusiyaya vermək istədiyi ballistik raketləri modifikasiya edərək, yəni mənzilini məhdudlaşdıraraq BMT Təhlükəsizlik Şurasının sanksiyalarından yayınmağa çalışır. Amerikanın “Axios” nəşri bu barədə İsrailin yüksək vəzifəli dörd məmuruna, həmçinin kəşfiyyatın hesabatına istinadla məlumat yayıb. Məlumatda qeyd olunur: “İranın Rusiyaya ballistik raket verməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsini poza və Tehrana qarşı sərt sanksiyaların bərpası ilə nəticələnə bilər”. Bu, həm İran, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya üçün problemlər yarada bilər. Eyni zamanda, dekabrın 3-də Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri də diqqət mərkəzinə düşüb. İlkin məlumata görə, tərəflər hərbi sahədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Vaşinqtonda bildiriblər ki, Tehran Moskvaya yüzlərlə ballistik raket satmaq, habelə kamikadze PUA-ları Rusiya ilə birgə istehsal etmək imkanlarını nəzərdən keçirir. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2015-ci il tarixli 2231 saylı qətnaməsinə əsasən, heç bir ölkənin hərəkət radiusu 300 kilometrdən çox olan ballistik raketləri və PUA-ları İrana vermək və ya İrandan almaq hüququ yoxdur. Amma İran bu razılaşmaları pozur. Qərb isə buna seyrçi qalmaq istəmir. Bundan başqa, Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları dekabrın 15-də keçiriləcək sammitdə İranın Rusiyaya silah tədarükü məsələsini müzakirə edəcəklər. Qeyd edək ki, Qərb ölkələri İranın Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları verdiyini açıqlayıb. Daha sonra oxşar bəyanatlar ABŞ administrasiyasının nümayəndələri tərəfindən də səsləndirilib. Bu vəziyyətdə Qərb İrana qarşı daha sərt mövqe tutmağa başlayıb. Rusiya isə İrana yardım göstərəcək halda deyil. İran-Hindistan münasibətlərində də ciddi inkişaf yoxdur, ərəb dünyası da cənub qonşumuzdan qaçır. Bu halda İranın Çinə qarşı da çıxması bu ölkəni daha acınacaqlı vəziyyətə salır. Yaranmış vəziyyətə görə əsas günah isə, bilavasitə, İran rejiminin öz üzərindədir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ