Bazar ertəsi günü, 09 noyabr 2026
     

İranda rejimə qarşı məmur üsyanı başladı

Image


İranda davam edən etiraz aksiyaları fonunda çoxdan gözlənilən daha bir mühüm hadisə baş verməkdədir. Söhbət rejimə sadiq hesab edilən şəxslərin də atıq ölkə rəhbərliyinə qarşı çıxmasından gedir. Belə ki, İranın ali rəhbəri ayətullah Əli Xamneyiyə yaxın vəzifəli İran rəsmisi özünün videomüsahibəsində İslam Respublikasının rəhbərliyini kəskin tənqid edib.

İran İslam Respublikası Dövlət Teleradio (IRIB) şirkətinin keçmiş başçısı Məhəmməd Sərəfraz bu xüsusda verdiyi müsahibədə deyib ki, hakimiyyət adamların hətta ən kiçik tələblərini icra etməkdə acizliklə üzləşib. Vəzifəyə Xamneyinin təyin etdiyi Sərəfrazın Şəhrizad Mirquluxanla söhbəti “YouTube” platformasında dərc olunub. Bu müsahibə ölkəni aylardır bürüyən etiraz aksiyaları ilə eyni vaxta təsadüf edir. Məlumdur ki, hökumət hicaba və başqa məhdudiyyətlərə qarşı yönəlmiş etirazlara amansızlıqla divan tutur. Sərəfraz bu barədə deyib: “Bu döymə, həbsetmə və öldürmələrdən kar aşmayacaq. Tez, ya gec, məsələ dalana dirənəcək və buna son qoyulmalıdır”. Qeyd edək ki, Məhəmməd Sərəfraz 2014-2016-cı illərdə dövlət teleradio şirkətinin rəhbəri olub. O hazırda Kibercinayətlərə qarşı Ali Şuranın üzvüdür. Bu hökumət qurumu internetə nəzarəti həyata keçirir. Bu şuranın üzvlərini Xamneyi təyin edir. Ali rəhbərin oğlundan danışan Sərəfraz deyib ki, Müctəba Xamneyi də düzgün yol seçməyib: “Adamların üzərinə təzyiq göstərmək, onların siyasi, iqtisadi tələblərinə, legitim azadlıqlarına məhəl qoymamaq metodu işləməyəcək. Mən bilirəm ki, bu sözləri dediyimə görə başıma nəsə bir iş gələ bilər. Mən hətta vəsiyyətimi də yazmışam”. “Azadlıq” radiosunun fars xidməti yazır ki, bir çoxlarının onu səriştəsiz hesab etməsinə baxmayaraq, Əli Xamneyinin nüfuzlu oğlu Müctəba Xamneyinin atasına siyasi varis kimi hazırlandığına dair söz-söhbət dolaşır. Şərhçilər bildirir ki, belə söz-söhbətlər ilk dəfə 2009-cu ildə mübahisəli prezident seçkisinin ardınca etirazlar başlananda ortaya atılmışdı. Həmin etirazlarda bəziləri “Müctəba, səni görüm öləsən, ali rəhbər olmayasan” kimi qarğış-şüarlar səsləndirirdilər. Bəzi məlumatlara görə, həmin etirazlara divan tutulmasına o rəhbərlik etmişdi. Bu yaxınlarda müxalifət siyasətçisi Mirhüseyn Musəvi Xamneyini bu kimi şayiələri təkzib etməyə və oğlunun onun yerinə hazırlanmadığı barədə bəyanat verməyə çağırmışdı. Lakin Xamneyi bunu etməkdən imtina etmişdi. Hazırda isə vəziyyət fərqlidir. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İslam Şurasının Araşdırma Mərkəzində keçirilən tədqiqat həftəsində maraqlı açıqlamalar verib. O qeyd edib: “Biz bu gün etiraf etməliyik ki, bir sıra sahələrdə problemi həll etmək qüdrətinə malik deyilik. Yenilik cəsarət tələb edir”. O hesab edir ki, islahat və yenilik risqli işdir: “Cəsarətli və yaradıcı qüvvələrə ehtiyacımız var. İdarəetmə sistemi bu cəsarəti dəstəkləməlidir. Transformasiyaya və yeniliyə sahib olmaq bunu tamamlayır”. Parlament sədri deyib ki, problemi həll etmək gücündədirlər, lakin bunu vaxtında etməyiblər, sonradan atılan addımlar isə öz dəyərini itirir.

Xatırladaq ki, indiki etirazlar bir gənc qadının hicab məsələsi ilə bağlı polisdə ölməsindən sonra ümumilikdə bütün dini üsul-idarə əleyhinə yönəlib və 1979-cu ildən bəri ən böyük etiraz hərəkatı sayılır. Bu il sentyabrın 17-də İranda başlanan etiraz aksiyasında “Qadın, həyat, azadlıq!”, “Diktatora ölüm” şüarları ön plana çıxıb. Hazırda bu aksiyalar davam edir. Güney Azərbaycan türkləri etiraz yürüşlərinin aparıcılarındandır. Onlar bu hərəkatda “Azadlıq, ədalət, milli hökumət!” şüarları ilə çıxış edirlər. Bu, güney azərbaycanlıların İrandakı aksiyalara yeni çalarıdır. Bu şüar həm də demokratikləşmə, milli hüquqların təmin olunması deməkdir.  Rejim tərəfdarlarının da tədricən aksiya iştirakçılarını dəstəkləməsi İranda yeni hakimiyyət quruluşunun yaradılacağını istisna etmir. Indilikdə rejim repressiv yolla baş verənlərin qarşısını almağa çalışır. Elə bundan irəli gəlir ki, son günlər İranda etirazçıların edam edilməsi intensiv xarakter alıb. Demək olar ki, hər gün 1 nəfər, bəzən isə bir gündə 2-3 etirazçının asıldığına dair rəsmi məlumatlar yayılır. Burada bir mühüm məqamı qeyd edək ki, İslam inqilabının ilk illərində İran hakimiyyəti rejimə etiraz edən qüvvələri, müxalifləri məhkəməsiz edam edirdilər. Bunu o vaxtı İslam İnqilabı Komitəsi edirdi. O komitə 6-7 nəfərdən ibarət idi və onlar mühakimə olunan “əksinqilabçı ünsürlər”i sorğu-sual edir və barələrində həmin gün edam hökmü çıxarıb bunu icra edirdilər. Onları ya güllə vuraraq, ya da dar ağacından asaraq edam edirdilər. Həmin komitənin üzvlərindən biri də İranın indiki prezidenti İbrahim Rəisi idi. Onlar bununla həm etirazın qarşısını alır, həm cəmiyyətdə xof yaradırdı. İndi də İbrahim Rəisi eyni metoddan istifadə edir. Amma bu dəfə vəziyyət fərqlidir. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da qeyd edir ki, rejim edamdan etiraz aksiyalarının qarşısını almaq və nümayişçiləri qorxutmaq üçün istifadə edir: “Lakin onun icrası əks effekt verə bilər. Etiraz koordinatorları və təşkilatları edamları pisləyərək, qətlə yetirilənlərin qisasını alacaqlarına söz veriblər”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ