çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

Dünyada silah alveri qızışır, hərb şirkətləri ağlagəlməz sərvətlər qazanır

Image


Aparılan hesablamalar göstərir ki, ötən il dünyada hərbi xərclər 0.7 faiz artaraq 2 trilyon 113 milyard dollara çatıb. Hərbiyə ən çox pul ayıran ölkələr isə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiya olub. Müvafiq qlobal xərclərin 62 faizi onların payına düşür.

Cari il ərzində bu göstəricinin daha da artması istisnalıq təşkil etmir. Səbəb Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra az qala dünya ölkələrinin hamısının hərbi xərclərin artırılması istiqamətində müvafiq addımlar atmasıdır. Belə cəziyyətdə hərbi məhsullar satan şirkətlərin gəlirlərində fantastik artım müşahidə edilir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bu haqda maraqlı hesabat açıqlayıb.

Qurum bildirir ki, təkcə 2021-ci ildə dünyada 100 ən böyük silah və hərbi xidmət şirkətinin satışı 592 milyard dollara çatıb. Bu, 2020-ci illə müqayisədə 1.9 faiz artım deməkdir. Artıq yeddinci ildir dünyada silah satışı ardıcıl yüksəlir. SIPRI-da Hərbi xərclər və silah istehsalı proqramının direktoru  Lusi Bero-Sudro qeyd edir: “Davamlı təchizat problemləri olmasaydı, 2021-ci ildə silah satışında daha böyük artım baş verərdi. Həm böyük, həm də kiçik şirkətlər il ərzində satışlarının təsirləndidirini deyiblər. “Airbus”, “General Dynamics” kimi şirkətlər işçi çatışmazlığı ilə üzləşib”. Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiya şirkətlərinin istehsalı artırması xəbərləri gəlsə də, onların yarımkeçiriciləri çətinliklə əldə etdiyi bildirilir. Həm də bu şirkətlər müharibəyə görə sanksiyalar altındadır. Məsələn, data çəlumatlar  çatışmazlığına görə ilk 100-lüyə daxil olmayan “Almaz-Antey” şirkəti silah ixracının bir hissəsi üçün ödənişləri ala bilmədiyini bildirib. ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heynsin Kaliforniyada keçirilən illik Milli Müdafiə Forumunda çıxışı zamanı qeyd edib ki, Rusiya Ukraynaya zərbə endirmək üçün istifadə olunan dəqiq idarə olunan raketlərin hazırlanmasında çətinlik çəkə bilər.Onun sözlərinə görə, Rusiya istehsal etdiyi raketlərdən daha çox istifadə edir: “Hazırda konkret rəqəmlər deyə bilmərəm, lakin dəqiq idarə olunan sursatların istehlakı olduqca tez baş verir. Əldə etdiyimiz məlumata görə, onların ölkə ərazisində silah istehsal etmək imkanları yoxdur. Odur ki, Rusiya dəqiq raketlərin yaradılmasında problemlərlə üzləşəcək”. Silah satışı iləbağlı siyahıdakı 40 ABŞ şirkətinin 2021-ci ildə ümumi satışı 299 milyard dollar olub. Şimali Amerika 2020-ci illə müqayisədə silah satışında azalma baş verən yeganə regiondur. 0.8 faizlik azalma ötən il ABŞ iqtisadiyyatında yüksək inflyasiya ilə izah olunur. Amma 2018-ci ildən bəri 100-lükdəki ilk 5 şirkət ABŞ-a məxsusdur.

İlk 100-lüyün 27 şirkətinin qərargahı Avropada yerləşir. Onların cəmi silah satışı 2020-ci illə müqayisədə 4.2 faiz artaraq 123 milyard dollara çatıb. Hərbi aerokosmik sahə üzrə ixtisaslaşmış Avropa şirkətlərinin çoxu 2021-ci ildə təchizat zəncirində pozuntulardan dolayı itkilərlə üzləşdiklərini deyiblər. Ötən il Asiya və Okeaniyadan 21 şirkətin ümumi satışı 136 milyard dollar olub. Bu, 2020-ci ildəkindən 5.8 faiz çoxdur. Siyahıdakı səkkiz Çin şirkətinin ümumi satışı 6.3 faiz artaraq, 109 milyard dollar təşkil edib. İlk yüzlükdə Rusiyanın altı şirkəti var, onlar 2020-ci ildəkindən cəmi 0.4 faiz çox, 17.8 milyard dollarlıq silah sata biliblər. Ümumilikdə ötən il Rusiyanın silah sənayesində durğunluq əlamətləri müşahidə olunub. Ötən il Türkiyə, Ukrayna, Hindistan şirkətlərinin satış gəlirləri ümumi satışın 1 faizindən də azını təşkil edir. İlk yüzlükdə Yaxın Şərqdən beş şirkət var və onların ötən il silah satışından ümumi gəliri 15 milyard dollar olub. Bu şirkətlər əsasən yüksək ixtisaslaşmış hərbi məhsullar buraxırlar. Onların gəlirinin 92 faizi hərbi sektordan qaynaqlanır. İlk 100-lükdə təmsil olunan Cənubi Koreya şirkətlərinin ümumi satışları 2020-ci illə müqayisədə 3,6 faiz artaraq 7,2 milyard dollar təşkil edib. Bu, əsasən “Hanwha Aerospace”dən silahların tədarükü ilə bağlı olub. O, həcmini 7,6 faiz artıraraq 2,6 milyard dollara çatdırıb. Ukraynadakı münaqişə fonunda Polşa ilə böyük sövdələşmə bağlayan bu şirkətin növbəti illərdə satışlarının daha da artacağı gözlənilir. Siyahıda 38-ci yerdə olan “Israel Aerospace Industries”in satışı isə 1.9 faiz artıb. Siyahıdakı üç İsrail şirkətinin cəmi gəliri 11.6 milyard dollar olub ki, bu da 2020-ci ildəkindən 3.0 faiz çoxdur. Elə Azərbaycanın da silahı əsasən İsraildən aldığı bildirilir. Türkiyənin “Turkish Aerospace” siyahıda 84-cüdür, silah satışında 62 faizlik artım qeydə alınıb. “Turkish Aerospace” və ASELSAN (56-cı yerdədir) şirkətlərinin cəmi gəliri 3.4 milyard dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan İsraildən başqa, Türkiyə şirkətlərinin də hərbi məhsullarının əsas alıcıalrından biridir. Həm İsrail, həm də Türkiyə silahları ümumiyyətlə, dünyada getdikcə daha çox tələb olunur. Lakin heç də hər ölkə bunu əldə edə bilmir. Azərbaycan üçün isə qeyd edilən istiqamətdə heç bir problem yoxdur.

Silahla bağlı qlobal miqyasda diqqət edilən daha bir məqam nüvə arsenalı ilə bağlıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu bildirir ki, dünyada nüvə silahı olan doqquz ölkə, o cümlədən Birləşmiş Ştatlar və Rusiya növbəti on il ərzində döyüş başlıqları arsenalını böyüdəcək və müasirləşdirəcək, bu isə narahatedici tendensiyadır.  Qurum bildirir ki, ötən il döyüş başlıqlarının sayında cüzi azalmaya baxmayaraq, növbəti 10 il ərzində arsenalların böyüyəcəyi gözlənir: “Doqquz nüvə ölkəsi – Birləşmiş Ştatlar, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya nüvə arsenallarını modernləşdirməyə davam edirlər. 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək nüvə silahlarının ümumi sayında cüzi azalmaya baxmayaraq, bu sayın növbəti onillikdə artacağı gözlənir”.  SIPRI-nın hesablamasına görə, 2022-ci ilin əvvəlində nüvə ölkələrinin cəmi 12 min 705 döyüş başlığı olub. Onun 9 min 440-ü isə potensial istifadə üçün hazır vəziyyətdədir. 3 min 732 döyüş başlığı raketlərə və təyyarələrə yerləşdirilib, 2 minə yaxını yüksək əməliyyat hazırlığı vəziyyətinə gətirilib. Bunların demək olar, hamısı Rusiyaya, yaxud ABŞ-a aiddir. ABŞ və Rusiyaya məxsus döyüş başlığı inventarları 2021-ci ildə azalmağa davam edib. Ancaq SIPRI qeyd edir ki, bu daha çox hərbi xidmətdən çıxarılan döyüş başlıqlarının sökülməsi ilə əlaqədardır. Bu iki ölkə qlobal nüvə silahlarının 90 faizinin sahibidir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 10:27
İranın bir ay əvvəl vurduğu supertanker Hörmüz boğazında minaya düşdü…

15.09.2026 / 10:11
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə cinayət işi açıldı

15.09.2026 / 10:02
XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

15.09.2026 / 09:57
Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırdı

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:32
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması enerji sektorunda əməkdaşlıq imkanlarının artmasına şərait yarada bilər" - Nazirlik

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

15.09.2026 / 08:25
Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə kövbəti köç karvanı yola salındı

15.09.2026 / 08:10
Bu gün Azərbaycanda Bilik günüdür

15.09.2026 / 08:09
Öcalana villa tikilib - kim, kimin pulu ilə?.. İnanılmaz…

15.09.2026 / 07:40
Binali Yıldırımın başında “qara buludlar” dolaşır? - Ailə sərvət təlaşında…

15.09.2026 / 07:14
Litva səmasında PUA həyəcanı - yardıma NATO qüvvələri gəldi

15.09.2026 / 06:50
Putinin dostundan Trampın oğluna maraqlı toy hədiyyəsi - Baham adalarında “iki inanılmaz şənlik gecəsi”…

15.09.2026 / 06:42
Trampın oğlu Gürcüstanda 2 milyardlıq yaşayış kompleksi tikəcək - təkcə “Trump Tower” 200 milyon…

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ