Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya-Qərb ziddiyyəti ATƏT-i də dağıdır

Image


ABŞ-ın məşhur “Foreign Policy” jurnalı yazır ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı amansız müharibəyə başlayandan doqquz ay sonra, indi də diplomatik cəbhədə başqa bir dağıdıcı həmləyə keçib. Vyanadakı Qərb diplomatları bildirirlər ki, Rusiya son səkkiz ay ərzində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) normal fəaliyyətinə əngəl olub.

Burada xatırladaq ki, “soyuq müharibə” dövründə yaradılmış ATƏT Şərq və Qərb arasında dialoq üçün yeganə platformadır. Təşkilat Ukrayna və Gürcüstanda, Qarabağ və Dnestryanı bölgələrində münaqişələrin tənzimlənməsində mühüm rol oynayıb. Lakin indi Rusiya ATƏT-in büdcəsinə və təşkilatın 2024-cü ildəki sədrliyinə dair qərarların qəbulunu bloklayır. Rusiya bundan əvvəl ATƏT-in Ukraynadakı əməliyyatlarının mandatını uzatmaqdan imtina edib. “Foreign Policy” yazır ki, ATƏT-in işini pozmaq Rusiya üçün çətin deyil, çünki bu təşkilatda bütün qərarlar bütün 57 üzv ölkənin razılığı, yəni konsensusu ilə qəbul edilir.  Məqalədə deyilir ki, ATƏT hazırda Birləşmiş Ştatları, Kanadanı, bütün Avropa ölkələrini, Rusiya da daxil bütün keçmiş Sovet İttifaqı respublikalarını bir araya gətirən yeganə təhlükəsizlik strukturudur. Təşkilatın təhlükəsizliyə yanaşması yalnız hərbi-siyasi aspektlərlə deyil, həm də demoktratik islahatlara, insan haqlarına, milli azlıqların hüquqlarına və antikorrupsiya fəaliyyətlərinə dəstəklədir. ATƏT, ABŞ da daxil, 57 üzv ölkənin seçkilərində monitorinq missiyalarını yerinə yetirir. “Foreign Policy” yazır ki, indi bütün bu fəaliyyətlər Rusiyaya görə iflic ola bilər. Rusiya isə ATƏT-in öz fəaliyyətində təhlükəsizlikdən daha çox siyasi məsələlərlə - demokratiyaya, insan haqlarına müdaxilə ilə məşğul olmasını kəskin tənqid edir. Moskva ATƏT-i Ukraynanın rusdilli əhalisinin hüquqlarına biganəlikdə günahlandırır. Rusiyanın ATƏT-in fəaliyyətinə törətdiyi ən təhlükəli əngəl isə bundan ibarətdir ki, o, ötən 12 ay ərzində təşkilatın 2022-ci il üçün 138 milyon avroluq və ya 143 milyon dollarlıq büdcəsi ilə razılaşmır. “Foreign Policy”yazır ki, indi bu əngəldə Rusiyaya, çox ehtimal, bir-birinə ziyan vurmaq məqsədilə Ermənistan və Azərbaycan da qoşulub. Onlar da ATƏT-in büdcəsini təsdiq etməkdən boyun qaçırırlar. Bu da qeyd olunur ki, təsdiq olunmamış büdcə ilə ATƏT son bir il ərzində yalnız məhdud çərçivədə fəaliyyət göstərə bilib. Büdcənin təsdiq olunmaması o deməkdir ki, ATƏT mümkün geosiyasi böhranlara lazımınca müdaxilə edə bilməyəcək.

“Foreign Policy” yazır ki, yaranmış dalandan çıxış yollarından biri də ATƏT ölkələrinin spesifik layihələrə büdcədən əlavə vəsait töhfəsi ola bilər. Lakin ekspertlərin fikrincə, bu, ən yaxşı halda, keçid dövrü üçün çıxış yolu ola bilər. ATƏT-in 2024-cü il üçün sədrliyi məsələsi də açıq qalır. Estoniyanın namizədliyi mübahisələrə və uzun-uzadı danışıqlara səbəb olub. Sədrliyə növbəti namizəd kimi Qazaxıstan, İspaniya və Türkiyə də daxil bir neçə ölkənin adları hallandırılır. Hesab edilir ki, Rusiya və Qərb ölkələri yalnız Türkiyənin namizədliyi məsələsində ortaq mövqe nümayiş etdirə bilərlər. Əks halda sədrlik məsələsi də dalana dirənəcək. Hazırda ATƏT məsələsində Rusiya ilə Qərb arasında ziddiyyət dərinləşir. Qeyd edək ki, ATƏT-in hazırkı sədri olan Polşa Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının 1-2 dekabr tarixlərində Lodz şəhərində keçirilən iclasında iştirakına icazə verməyib. İclasda Rusiya nümayəndə heyətinə ATƏT-dəki daimi nümayəndə Aleksandr Lukaşeviç rəhbərlik edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu xüsusda bildirib: “Polşa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasında iştirakından imtina etməklə, bu təşkilatın özünü məhv edir. Söhbət təkcə bir dövlət kimi Polşadan deyil, ATƏT-ə sədrlik edən və bütün üzv ölkələr üçün bərabər iş şəraiti təmin etməli olan ölkədən gedir. Polşa Avropada təşkilatın öz sisteminə, təhlükəsizlik və əməkdaşlığına zərbə vurur”. Zaxarova ATƏT-in müxtəlif ölkələr və müxtəlif baxışlı siyasətçilər üçün müzakirə platforması kimi yaradıldığını xatırladıb: “Bu gün Polşa sədrliyi faktiki olaraq bu danışıqlar platformasını məhv edir”. Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Varşavanın Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT Nazirlər Şurasının iclasında iştirakına icazə verməməsi, çətin ki, Rusiya və Lavrova diskomfort yaratsın. Bu, ATƏT üçün başağrısıdır: "Gəlin ötən ilin sonunu, bu ilin əvvəlini xatırlayaq. Təhlükəsizlik məsələləri üzrə strukturlaşdırılmış, layihəyönümlü və gələcəyə yönəlmiş danışıqlar üçün Rusiyanın konstruktiv təklifini məhz ATƏT-in özü rədd etdi. Bu cür bəyanatlar bizim tərəfimizə, xüsusən də Sergey Lavrova çətin ki, diskomfort yaratsın. Amma bunun təşkilat olaraq ATƏT üçün böyük başağrısı olması birmənalıdır. Polşa səlahiyyətliləri ATƏT-in öz funksiyalarını yerinə yetirməsinə mane olur. Əminik ki, bütün sağlam düşüncəli siyasətçilər belə hərəkətlərin yolverilməzliyi ilə bağlı Rusiya tərəfinin mövqeyini bölüşür. ATƏT-in bütün iştirakçı dövlətlərinə bununla bağlı müvafiq sorğu göndərilib”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ