Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya neftinə qiymət tavanı Qərbin birliyini parçalayır, “qara qızıl” yenidən bahalaşır

Image


Rusiya və Qərb ölkələri arasında davam edən zidiyyətlər neft bazarına öz təsirini göstərməkdə davam edir. Bu fonda qeyd edək ki, Avropa İttifaqının əksər ölkələri Rusiya neftinə qiymət həddinin qoyulmasına tərəfdardır, lakin bu həddin nə qədər olacağına dair fikir ayrılıqları qalır.

“Politico” qəzeti bu barədə Avropa İttifaqının rəsmi nümayəndələrinə istinadla yaydığı məlumatda bildirir ki, Rusiya neftinə qiymət həddi qoyulmasına dair qərar noyabrın 23-də qəbul edilməli idi. Lakin bu mümkün olmayıb. Polşa bu həddin 1 barrel üçün 65 dollar olması təklifi ilə razılaşmayıb. Varşava hesab edir ki, bu, Moskvaya münasibətdə çox “səxavətli” addım olardı.

Ümumiyyətlə, Polşa və Baltikyanı ölkələr Rusiya neftinin ən yüksək qiymətinin 1 barrel üçün 30 dollardan çox olmamasını təklif ediblər. Halbuki, Avropa İttifaqı ölkələrinin əksəriyyəti Rusiya neftinin qiymətinin bir barrel üçün 65-70 dollar səviyyəsində məhdudlaşdırılması ilə razıdır. Məlumata görə, ittifaq ölkələrinin səfirləri bütün gün ərzində qiymət məhdudiyyətini müzakirə etsələr də, razılığa gələ bilməyiblər. Polşa neft məsələsini Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə əlaqələndirməyə çalışır. Varşavanın mövqeyi qiymət tavanı və növbəti məhdudiyyətlər paketi ilə bağlı qərarın qəbulunu gecikdirir. Polşadan fərqli olaraq, dəniz daşımalarının inkişaf etdiyi Yunanıstan və Malta bildirir ki, Rusiya neftinə 70 dollardan aşağı hədd qoyulmamalıdır. Müzakirələr noyabrın 24-də də davam edib. Həmin gün Avropa İttifaqı qaz qiymətlərinin cilovlanması tədbirlərini müzakirə etməli idi. Lakin yenə ortaq qərara gəlmək mümkün olmayıb. Bu yaxınlarda “The Wall Street Journal” qəzeti yazmışdı ki, Avropa İttifaqı Rusiya neftinə ən yüksək qiymət həddi kimi 1 barrel üçün 60-70 dollar variantını müzakirə edir.Amma bu qərarın qəbul edilməsi üçün Avropa İttifaqının bütün üzvlərinin razılığı tələb olunur. Bundan sonra isə bu qərarı “Böyük yeddilik” qrupu üzvlərinin və Avstraliyanın təsdiqləməsi gözlənilirdi. Amma hələlik bu mümkün olmayıb. Onu da xatırladaq ki, tankerlərlə daşınan Rusiya neftinə ən yüksək qiymət həddinin qoyulması təklifi ilə bir neçə ay bundan əvvəl ABŞ-ın maliyyə naziri Cannet Yellen çıxış etmişdi. ABŞ və Qərb ölkələri Rusiya neftinə qiymət həddi qoymaqla Moskvanın neft gəlirlərini məhdudlaşdırmağa çalışırlar. Onların fikrincə, Rusiya Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəsini maliyyələşdirmək üçün neft və qaz gəlirlərindən istifadə edir. Lakin ABŞ və Qərb həm də neft və qaz qiymətlərinin kəskin artımını istəmir. Məhz bu səbəbdən də limitin müəyyən edilməsi çətinliklər yaradır. Bundan əvvəl Rusiya neftinə 1 barrel üçün 40-60 dollar arası qiymət həddinin qoyulması müzakirə edilirdi, amma oktyabrda “Bloomberg” yazmışdı ki, ABŞ bu məsələdə mövqeyini yumşaldaraq 1 barrel üçün 60 dollardan yuxarı hədd təklifi verib. Onu da xatırladaq ki, dekabrın 5-də Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 8-ci paketi qüvvəyə minməlidir. Bu paketə Rusiya neftinə qiymət həddinin qoyulması da daxildir. Avropa İttifaqı üzvləri ən yüksək qiymət həddi barədə razılığa gələ bilməsələr, dekabrın 5-dən Rusiya neftinin maliyyələşdirilməsinə və sığortalanmasına qoyulan qadağa qüvvəyə minəcək. Ağ Ev narahatdır ki, bu, dünya bazarında neft qiymətlərinin kəskin artımına səbəb ola bilər. Rusiya bundan əvvəl bildirib ki, öz neftini ona sərf etməyən qiymətlərlə satmayacaq və lazım gələrsə, hasilatı ixtisar edəcək.

Bu arada isə ABŞ Maliyyə Nazirliyi Rusiyadan Yaponiya, Bolqarıstan, Xorvatiya və Avropa İttifaqı ölkələrinə xam neftin tədarükü üçün əməliyyatların aparılması məqsədilə ümumi lisenziyalar verib. Bolqarıstan, Xorvatiya və ya Avropa İttifaqının dənizə çıxışı olmayan üzv ölkələrinə də xam neft idxalı ilə bağlı bütün əməliyyatlara icazə verilir. Yaponiyaya isə xam neftin tədarükü “Saxalin-2” layihəsindən icazə veriləcək: “Saxalin-2” layihəsində hasil edilən xam neftin dəniz daşınması ilə bağlı bütün əməliyyatlara 30 sentyabr 2023-cü il tarixinədək icazə verilir, bu şərtlə ki, “Saxalin-2” istehsalı olan məhsul Yaponiyaya tam idxal olunsun”. Bundan əlavə, Amerikanın fiziki və hüquqi şəxslərinə Rusiya neftinin marjinal və ya ondan aşağı qiymətə alınması şərti müqabilində dəniz yolu ilə daşınması üçün müəyyən xidmətlər göstərməyə icazə verilir. Bu qərar dekabrın 5-dən qüvvəyə minir. Belə vəziyyətdə Rusiya neftinə qiymət limitinin tətbiqi daha mümkünsüz hala gəlir. Ümumiyyətlə, hesab edilir ki, neft bahalaşmasının qarşısını almaq üçün Rusiya neftinə qiymət limitinin tətbiqi çətin olacaq. Amma buna rəğmən də neft qiymətləri yüksək həddə qalmaqda davam edir. bu btün hasilatşılar kimi Azəraycanın da neft satışından yüksək gəlirlər əldə etməsini şərttləndirir. Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 28 ölkəyə xam neft və xam neft məhsulları göndərib. Hesabat dövründə Azərbaycandan ümumilikdə 22 milyon 682,7 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 17 milyard 179,6 milyon dollar olub. Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 8 milyon 362,8 min ton, dəyəri isə 6 milyard 263,8 milyon dollar olub.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ