çərşənbə günü, 14 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Təbiət aşiqi, torpağa bağlı şəxsiyyət - akademik Həsən Əliyev...
Tarix: 06.11.2014 / 02:27
Bölmə: Layihə
XX yüzillikdə Azərbaycan elmi özünün intibah dövrünə qədəm qoyub və bu dönəm uğurla yaşanıb. Son yüz il ərzində Azərbaycanın çox görkəmli, dünya miqyasında tanınan və qəbul edilən alimləri, fikir adamları yetişib. Bu alimlərin hər biri qədim tarixə malik milli elmimizin uğurlu təbliğatçıları olub. Elm tariximizin səhifələrində öz işıqlı simaları, parlaq əməlləri, qiymətli əsərləri isə söz deyən qüdrət sahibləri saysız-hesabsızdır.
Bu da faktdır ki, o alimlərin bir çoxunun fəaliyyəti indiki nəslə yetərincə çatdırıla bilmir. Bir qisim alimlər də var ki, onlar elm hadisəsi kimi yaddaşlarda qalıb.
Azərbaycan təbiəti zəngindir və bu zənginliyi zamanında dərk edib ona yüksək qiymət verməyi bacaranlar çox azdır. Təbiətin gözəlliyini, zənginliyini, insanlara verdiyi faydanı dərk edən və bu mirasa, sərvətə gələcək nəsillərdə böyük sevgi oyadan, daha doğrusu, o sevgini aşılayan elm adamları çox deyil. Onların sırasında ən parlaq görünəni Azərbaycan elminin cəfakeşlərindən olan, böyük təbiət alimi, akademik Həsən Əlirza oğlu Əliyevdir. Akademik Həsən Əliyev Azərbaycan xalqının çox hörmətlə yanaşdığı, dərin rəğbət bəslədiyi elm xadimi, ziyalı idi.
Comərdlidən başlanan yol...
Qeyd edək ki, Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə Sisyan rayonunun Comərdli kəndində anadan olub. Bildiyimiz kimi Həsən Əliyev torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim, ictimai-siyasi xadim olub. Kənd təsərrüfatı elmləri doktoru, professor kimi elmə böyük xidmətlər göstərib. 1952-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilib. 1947-ci ildə Azərbaycan Respublikası əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1978-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını alıb. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsinin iştirakçısı olub. Həsən Əliyev haqqında "Vikipediya" Açıq Ensiklopediyasında verilən məlumata görə, cəfakeş alim Böyük Vətən Müharibəsində ağır yaralandıqdan sonra arxa cəbhəyə göndərilir, səngəri elm cəbhəsi ilə əvəz edən Həsən Əliyev 1944-1949-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eyni zamanda 1945-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Pedaqoji Universiteti) baş müəllim,, 1949-1952-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru olub. Azərbaycan kənd təsərrüfatı nazirinin birinci müavini və 1952-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub. 1952-1957-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, 1957-1967-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri, 1968-ci ildən ömrünün sonuna qədər isə (1993) Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru (1968-1993) vəzifələrində işləyib. Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. O, Şərqi Zaqafqaziya torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edib.
Azərbaycan təbiətinin cəfakeş mühafizəçisi...
Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, kütlələrin ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi. Həsən Əliyevin "Həyəcan təbili" əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. H.Əliyev coğrafiya üzrə bir sıra elmi şuraların sədri və üzvü olub. Yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidməti var. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və Cəmiyyətinin sədri, 1975-1990-cı illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, 1975-ci ildən "Azərbaycan təbiəti" məcmuəsinin baş redaktoru olub. Həsən Əliyev 1958-ci ildə Yunanıstanda, 1960-cı ildə Polşada, 1964 və 1977-ci illərdə ABŞ-da, 1966-cı ildə Rumıniyada, eyni ildə İsveçrədə, 1968-ci ildə Avstraliyada, 1978-ci ildə Kanadada, 1980-ci ildə Yaponiyada, 1981-ci ildə Almaniyada və başqa ölkələrdə keçirilmiş beynəlxalq konqreslərdə məruzələr edib. Azərbaycan SSR Ali Sovetinin 10-11-ci çağırışda deputatı olub. Lenin ordenı, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N.İ.Vavilov adına qızıl medalı ilə təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Həsən Əliyevin adını daşıyır. Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olub.
Gördüyümüz kimi, Həsən Əliyevin həm Azərbaycan elmi, həm də Azərbaycan ictimaiyyəti qarşısında zəhməti əvəzsiz olub.
İlham Əliyevin sərəncamı...
Həsən Əliyev Azərbaycan təbiət elmində elə əvəzsiz işlər görüb ki, bu iş ölçüyəgəlməzdir. Özündən əvvəlki təbiət alimlərindən başlanan cığırı davam etdirən, eyni zamanda həmin cığırı böyük bir yola çevirən Həsən Əliyev tükənməz elmi irsə sahibdir. Onun təməlini qoyduğu elm məktəbi bu gün də öz işini uğurla davam etdirir.
Məlumdur ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Zəngəzur Milli Parkı Həsən Əliyevin adını daşıyır.
Qeyd edək ki, 25 noyabr 2009-cu ildə akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda bildirilir: "Ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanması, Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:
1. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkının ərazisi Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğu (3139,0 hektar), habelə Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131,0 hektar) torpaqları hesabına əlavə olunan xəritədə göstərilmiş cəmi 30666,4 hektar genişləndirilsin.
2. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı adlandırılsın.
3. "Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli, 1249 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 6, maddə 312) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin".
Həsən Əliyevin adını daşıyan parka göstərilən Prezident qayğısı Həsən Əliyev irsinə böyük qiymət və hörmətdir. Bu sərəncamı həm də Həsən Əliyev arzularını yerinə yetirən bir sənəd kimi qəbul etmək olar.
Torpağa bağlı ömrün işıqlı akkordları...
Həsən Əliyevin ömür yolu çox zəngindir və o zəngin ömürdə isə böyük bir Azərbaycan dünyası yaşayırdı. Akademiki şəxsən tanıyan insanların xatirələrindən məlum olur ki, o, ana torpağa, ana təbiətə, təbiətin yaratdığı gözəlliklərə, ülviliyə bağlı bir insan olub. Əlbəttə, torpaqdan yaranan insanın torpağa ali hisslər, bakirə duyğular bəsləməsi təbiidir. Akademik təbiətə bağlı insan olduğundan, ona zərər dəyməsini qətiyyən istəmirdi. Dəfələrlə alimlərdən eşitmişik ki, Həsən Əliyev yaşıllaşdırma işinə böyük rəğbətlə yanaşıb. Təbiətə doğması kimi münasibət göstərən Həsən Əliyev ağac əkməyi, meşə salmağı çox xoşlayıb. Həsən Əliyevin vaxtilə mətbuatda dərc edilən fikirləri çox maraqlıdır. "Meşə həyat mənbəyidir"-deyə yazırdı. Onun fikirlərindən nümunə götürüb belə bir məsələni önə çəkmək lazımdır ki, hər bir insan ağac əkməyə, yaşıllaşdırma işinə həvəs göstərməlidir. Həsən müəllimin nəsihətlərindən yararlansaq, çox şey əldə etmiş olarıq. Gərək övladlarımıza uşaqlıqdan təbiətə qayğı göstərmək tərbiyəsini aşılayaq.
Akademik haqqında xatirələrə və barəsində yazılan məqalələrə nəzər saldıqda bir daha təsdiqlənir ki, o, ömrünün sonuna qədər torpaqdan ayrılmayıb.
Erməni məkri Əliyevlər ailəsini isti yuvasından didərgin salıb...
Akademik haqqında mətbuatda çap olunan məqalələrdən aydın olur ki, erməni-müsəlman qırğını zamanı azərbaycanlı ailələr öz doğma yurdunu - İrəvanın Zəngəzur qəzasını tərk edərək pərən-pərən düşüb, müxtəlif yerlərə pənah aparıb. Onların sırasında Əliyevlər ailəsi də olub. Ermənilərdən xilas olan Comərdli kəndinin əhalisi Naxçıvan torpağının müxtəlif kəndlərində məskunlaşıb. Həsən Əliyevin ailəsi də Zəngəzur qəzasını tərk edərək böyük çətinliklərlə Naxçıvan şəhərinə pənah gətirib.
Hələ sağlığında xalqın qəlbində özünə abidə ucaldan alim...
Həsən Əliyevin fəaliyyətini tədqiq edən alimlər və publisistlər qeyd edir ki, 1920-ci ildən etibarən Azərbaycanda kütləvi savadsızlığın ləğv edilməsi uğrunda başlanan hərəkata qoşulanlardan biri də 17 yaşlı gənc Həsən Əliyev olub. Böyük alimin ömür yolu hamar olmur, o, əməklə, zəhmətlə gələcək həyatını, elm yolunu müəyyən edir.
Mətbuatda yer alan məlumatlara görə, Naxçıvan elində pambıq əkilirdi, lakin su qıtlığı pambıq əkininin genişlənməsinə ciddi əngəl törədirdi. Həsən müəllim 1929-cu ildə Gəncə dairəsinin Naxçıvan pambıq birliyinin təşkilatçısı və aqrotexniki işləyir. 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbəsi olmasına səbəb də kənd təsərrüfatına olan marağın onun qanına, canına hopması ilə bağlı idi. Artıq 23 yaşlı Həsən Əliyev əməkdə bişmiş, böyük həyat təcrübəsi qazanmış bir gənc olmuşdu. Odur ki, maarifpərvər, oxumağın, elmdə yüksəlməyin tərəfdarı olan atası Əlirza kişi övladlarının hamısının orta məktəbi bitirməsi ilə kifayətlənməyib, onları ali təhsil almağa sövq edib. Buna görə də o, 1930-cu ildə gənc Həsəni Gəncəyə öz qəlbinə yatan sahəyə- Kənd Təsərrüfatı İnstitutunda təhsil almağa yola salır. Bununla da Həsən Əliyevin bizə bəlli olan geniş fəaliyyətinin əsası qoyulur.
Жurnalist Rəfiqə Məsud yazır ki, akademik Həsən Əliyev elmi yeniliklərilə xalqın sevimlisinə çevrilmişdi: "Mənalı ömür sürmüş alimimizi həyatı boyu qayğısını çəkdiyi torpaq indi öz ağuşuna almışdı. Həsən müəllim hələ sağlığında öz abidəsini xalqın qəlbində ucaltmışdı. Onu tanıyanlar adını hörmətlə anır, ona rəhmət oxuyur. Ürəyi xalqın ürəyi ilə birgə döyünən həyatı xalqın taleyi ilə sıx bağlı olan şəxslər əbədi yaşayanlardır. Belə şəxsiyyətlərin taleyinə bir qismət yazılır. Torpağa bağlı ömür, Həsən Əliyev ömrü! Əbədiyaşar ömür! Yaradıcılıq özü də tale məsələsidir. Hər bir yaradıcılıq işi millətinə, xalqına, torpağına sonsuz sevgidən yaranır. Sevgilə yaranan hər bir əsər həmişəyaşarlığı ilə müəllifini də əbədi yaşadır..."
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı
14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum
- 100-dən çox saytda problem yarandı...
14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi
- cəsur və qüdrətli lider...
14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi -
“qeyri-etik davranış” səbəbindən…
13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq
– İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…
13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj
– münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…
13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir
- indi də kəşfiyyat məlumatları...
13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur
- pis də olmuruq, yaxşılaşmasını da istəmirik...
13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır"
- 54 manata bilet yoxdur...
13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...
13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib
13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...
13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq:
Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır
13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...
13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...
13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...
13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...
13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır”
- Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...
13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...
13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib
- FOTO
13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb
13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var"
- QMİ sədri
13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib
13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi
- İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...
13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı
- AK Parti iqtidarının hərkətləri suallar doğurur...
13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi
13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...
13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...
13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.
13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi
- VİDEO
13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...
13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir -
ziyanlı və faydasız üslub....
13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...
13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək –
İngiltərə dilə gəldi...
13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir”
- Rizvan Qarabağlı
13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı
- VİDEO
13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...
13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
- FOTO
13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...
13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...
13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb
13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
- Əhliman Əmiraslanov
13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır
13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım"
- Prezident Thonqlun Sisulit
13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı
13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"
13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
- Prezident
13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...
13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"
13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək"
- Prezident İlham Əliyev
13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"
13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək"
- Prezident
13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- FOTO/YENİLƏNDİ
13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib
- FOTO/ YENİLƏNDİ
13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO/YENİLƏNDİ
13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara
ŞAD XƏBƏR...
13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
- FOTO
13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası...
29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…
13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
- FOTO
13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq
- bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO
13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu
- sürücü son anda qurtuldu...
13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi
– sanksiyalar hara, 320 milyardlıq ticarət hara…
13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…
13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi
13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış -
“ruslara vizaları dayandırın…”
12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb
VİDEO
12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu...
Aydın QULİYEV yazır...
12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...
12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...
12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi
12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...
12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…
12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir
12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...
12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir
12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...
12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...
12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı
- təşkilata 2-ci nəfəsi verə bilərik?...
12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...
12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
XƏBƏR ARXİVİ