Cümə günü, 13 noyabr 2026
     

Dünya virusa görə kütləvi tədbirlərdən imtina edirsə, biz niyə düşünməyək…

Image


Dünyanı cənginə alan koronavirus epidemiyası caynaqlarını əksər ölkəyə uzadıb. Bütün ölkələr, o cümlədən də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun lokallaşdırlması, insanların bu bəladan daha az itkilə çıxması üçün müxtəlif istiqamətlərdə tədbirlər görür. Buna baxmayaraq, yenə də bütün dünya koronavirusla bağlı kəskin həyəcan keçirir. Vəziyyət o həddə çatıb ki, artıq bir sıra beynəlxalq tədbirlər təxirə salınır.

Yayılan məlumatlara görə, Çində başlayan, indi isə bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası kütləvi tədbirlərin təqvimini ciddi şəkildə dəyişir. Məsələ koronavirusun hava-nəfəs yolu ilə ötürülməsində və buna görə də tez yayılmasındadır. Yoluxmamaq üçün həkimlər insanların kütləvi yığıldığı yerlərə getməməyi məsləhət görürlər.

“Trend”in məlumatına görə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı bildiriblər ki, yaxın günlərdə birgə iclasın təxirə salınması ilə bağlı müzakirələr keçirəcəklər. 2020-ci ildə birgə iclasın aprelin 13-19-da Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.

Fevralın 29-da Fransa bütün ictimai tədbirlərin ləğv olunmasını elan edib. Bu, Prezident Emmanuel Makronun iştirakı ilə Yelisey sarayında fövqəladə iclasdan sonra baş verib. Ləğv edilmiş böyük tədbirlər sırasında Paris marafonu, Kannda daşınmaz əmlak investisiyalarının sərgisi, Ansi şəhərində karnaval var. Parisdə Kənd Təsərrüfatı Sərgisi 1 gün qısaldılır.

Daha əvvəl bənzər addımı İsveçrə də atıb. Orada tədbirlər ləğv edilir. Bu tədbirlərdən ən mühümü Cenevrə avtosərgisidir.

Almaniyada, daha dəqiq desək, Berlində dünyanın ən iri turizm sərgisi ləğv edilib. Koronavirus Sars-CoV-2 ilə bağlı vəziyyətin gərginləşməsi səbəbindən Almaniyada dünyanın ən böyük İTB turizm yarmarkasının təşkilatçıları tədbirin keçirilməsindən imtina barədə qərar qəbul ediblər. Bu barədə İTB-nin rəsmi nümayəndəsi fevralın 28-də bildirib. Yarmarka martın 4-dən 8-dək Berlində keçməli idi. Orada turizm biznesi ilə məşğul olan on mindən artıq şirkətin iştirak edəcəyi nəzərdə tutulurdu. Təşkilatçılar yarmarkada 160 mindən çox daimi və yeni müsafirlərinin olmasını gözləyirdilər.

İtaliyada bir sıra mədəni tədbirlərin təşkilatçıları kitab təqdimatları və sərgilər, mətbuat konfransları və premyeralar kimi tədbirləri koronavirusun yayılmasına görə ləğv edir və ya təxirə salırlar. Virusun yayıldığı Lombardiya və Veneto vilayətlərində, Milandakı "La Skala" və Venesiyadakı "La Feniçe" daxil olmaqla bütün teatrlar, muzeylər, kitabxanalar, qalereyalar bağlanıb. Yoluxma qeydə alınmayan Liqurianın ən gözəl turizm məkanları bağlıdır. Həftənin sonuna qədər şəhərin mərkəzi sərgi salonu olan Genuya Akvariumu və Palazzo Dukale ziyarətçiləri qəbul etmir. Analoji tədbirlər Friuli-Venesiya-Ciulia və Trentino-Alto-Adidje bölgələrində tətbiq edilir.

Bu il İspaniyada ən populyar mobil texnologiyalar sərgilərindən biri ləğv edildi. “Mobile World Congress” adlı tədbirdən bəhs olunur. Sərgi təşkilatçıları bildiriblər ki, ziyarətçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən tədbir ləğv edilməli olacaq.

Qonşu Gürcüstanda İvan Cavaxişvili adına Tiflis Dövlət Universiteti yaz semestrinin başlanğıcını ölkənin Təhsil Nazirliyinin təlimatlarına əsasən, martın 2-dən 16-na keçirib.Yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Gürcüstanın dövlət məktəblərində yaz tətillərini 2 həftə tez - martın 2-də başlamaq qərara alınıb. Tətillər martın 16-dək davam edəcək. Uşaq bağçalarında da təlimlər 2 həftə dayandırılıb. Bu müddət ərzində tədris müəssisələrində dezinfeksiya aparılmalıdır. Gürcüstan Təhsil Nazirliyi analoji tövsiyələrlə özəl məktəblərə də müraciət edib. Universitetlərə və peşə məktəblərinə yaz semestrinin başlanğıcını təxirə salmaq tövsiyə olunub.

Cənubi Koreyada idman tədbirləri ləğv edilib. 13-15 mart tarixlərində keçirilməsi planlaşdırılan Şort trek üzrə Dünya Çempionatı kütləvi yoluxma təhlükəsi səbəbindən keçirilməyəcək. K-Pop musiqi janrının vətənində konsertlər və şənliklər də ləğv edildi. BTS qrupu Seulda böyük bir konsertdən imtina etmək istəyir, qrupun pərəstişkarları üçün bu, böyük bir zərbədir.

Yaponiyada kütləvi tədbirlər ləğv edilib, məktəblərin əksəriyyəti bağlanacaq. Tokio və Osakada bu il martın ikinci yarısında baş verən ənənəvi sakura çiçəklənməsi bayramı qeyd edilməyəcək. Şənbə günündən başlayaraq martın ortasınadək Disneylend və digər attraksion parkları bağlanıb. Şimalda yerləşən Hokkaydo adasında xəstəlik hallarının artması ilə əlaqədar fövqəladə

vəziyyət elan edilib.

Koronavirus təhlükəsinə görə Azərbaycanda da yerli və beynəlxalq əhəmiyyətli tədbirlər təxirə salına, yaxud vaxtı dəyişdirilə bilərmi? Bizdə bu ehtimal nə dərəcədədir?

Xatırladaq ki, 2020-ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 matçını qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşü Azərbaycanda təşkil ediləcək. Həmçinin, martın 25-29-da Bakıda böyüklər arasında karate üzrə 55-ci Avropa çempionatı keçiriləcək.

Bundan başqa, 2020-ci ildə paytaxtımızda Beynəlxalq Muğam Festivalının və digər beynəlxalq səviyyəli tədbirlərin də keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi bütün dövlət muzeylərində həftənin ilk bazar günü keçirilən "pulsuz muzey" aksiyasını ləğv edib. "Martın 1-də muzeyləri, arxeoloji parkları və digər görməli yerləri pulsuz ziyarət etməyə imkan verən aksiya dayandırılacaq", - qurumun məlumatında deyilir. Səhiyyə Nazirliyinin sərəncamına və Nazirlər Kabinetinin qərarına əsasən, məktəb ekskursiyalarının bütün proqramları dayandırılır. Kinoteatrların bağlanması nəticəsində bir neçə bölgədə iki filmin ekranlara çıxması təxirə salınıb. “RAI News 24” kanalının məlumatına görə, artıq nümayiş etdirilən filmlərə tamaşaçı sayı da əhəmiyyətli dərəcədə azalıb.

  • Səmayə Məmmədova: “Hələ ki, bu çempionatın təxirə salınması ilə bağlı planda heç nə yoxdur”

Ölkəmizdə keçiriləcək beynəlxalq idman turnirlərinin, yarışlarının təxirə salınıb-salınmayacağı barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxladıq. S.Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, hələlik hər hansı bir beynəlxalq tədbirin təxirə salınması haqqında heç bir söhbət getmir. “Bilirsiniz ki, hələ Avropa çempionatına çox var. Xüsusi qeyd etməliyəm ki, Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq ölkəmizə gələn idmançılarla bağlı yoxlamalar aparılır. Eyni zamanda, həmin idmançıların aid olduqları ölkələrlə, həmin ölkələrin fedarasiyaları ilə danışıqlar aparılır və Azərbaycana daxil olan idmançılar mütləq şəkildə yoxlanılır. Bizi qarşıda martın sonlarında keçiriləcək ən böyük lisenziya xarakterli, böyüklər arasında karate üzrə 55-ci Avropa çempionatı gözləyir. Hələ ki, karate üzrə 55-ci Avropa çempionatının təxirə salınması ilə bağlı planda heç nə yoxdur. Amma biz Avropa Karate Federasiyası, eyni zamanda, Dünya Karate Federasiyası ilə mütəmadi olaraq əlaqə saxlayırıq və bu qurumlar da bizə ölkəmizə gələcək idmançıların durumu və onların ölkələrinin vəziyyətilə bağlı hesabatlar verirlər. Əgər Avropa Karate Federasiyası və ya Dünya Karate Federasiyası hansısa bir ölkədə bu xəstəliklə bağlı hər hansı bir problemin yaşandığını və buna görə də çempionatın təxirə salınmasını tövsiyə edərsə, onda biz onu təxirə salacağıq. Amma bu gün ölkəmizə gələn idmançıların hamısı nəzarətdədir” - deyə S.Məmmədova vurğuladı.       

  • Şakir Ağayev: “Virusla bağlı hansısa bir ciddi təhlükə ehtimal edilərsə, Azərbaycanda da beynəlxalq tədbirlərin təxirə salınması çox vacibdir”

“Novoe vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, bu gün dunyanı təhdid edən və canlar alan virusa görə ölkəmizdə də müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin təxirə salınması doğru olardı: “Bütün dünyada Çin virusu kimi bəla tüğyan edir və bu virusdan həyatını itirənlərin sayı artır. Hətta hazırda Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarının təxirə salınması üçün müzakirələr aparılır. Bu gün elə fikirlər var ki, Yay Olimpiya Oyunlarını ya tamaşaçısız keçirsinlər, ya da vaxtını dəyişsinlər. Bilirsiniz, təbii ki, dünyada hər şeydən yuxarıda insan amili dayanır. Bütün ölkələrdə vətəndaşların sağlamlığı daha vacibdir, əsasdır. Azərbaycanda da hər il yüzlərlə beynəlxalq tədbir keçirilir, bura nüfuzlu idman yarışları, çempionatlar da daxildir. Bu yarışların təxirə salınıb-salınmaması haqqında hələlik heç bir rəsmi qərar yoxdur. Bu tədbirləri keçirən müxtəlif təşkilatlar bəyan edirlər ki, hələlik heç bir tədbir təxirə salınmayacaq. Çox təəssüflər olsun ki, bu virus ölkəmizdə də qeydə alınıb. Ancaq mən hesab edirəm ki, burada söhbət təkcə Azərbaycandakı vəziyyətdən getmir, bu, bütün dünya ilə bağlı məsələdir. Çünki bu yarışlara, tədbirlərə qatılmaq üçün ölkəmizə müxtəlif ölkələrdən insanlar gələcək. Əgər bir təhlükə olarsa, güman edirəm ki, Azərbaycan vətəndaşının sağlamlığı hər şeydən yüksək tutulacaq və nəzərdə tutulan beynəlxalq tədirlər də təxirə salınacaq. Yəni bu ehtimallar var. Biz Avropanın Fransa, Almaniya, İtaliya və İspaniya, eləcə də digər dövtlətlərindən böyük dövlət deyilik, əgər onlar bununla bağlı təxirəsalma tədbirləri görürsə, biz niyə görməyək? Fikrimcə, virusla bağlı hansısa bir ciddi təhlükə ehtimal edilərsə, Azərbaycanda da beynəlxalq tədbirlərin təxirə salınması  çox vacibdir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ