Bakıda koronavirus şübhəsi ilə hotel müştəriləri xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, Nəsimi rayonunda yerləşən "Holiday İnn Baku" hotelində müştəri olan İran İslam Respublikasının 5 vətəndaşı həkim nəzarətinə götürülüb.
Bundan başqa, İrandan Azərbaycana gələn 4 xarici ölkə vətəndaşı da koronavirus şübhəsi ilə 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib. Həmin şəxslərdən 3-ü Çexiya, 1 nəfər isə İtaliya vətəndaşlarıdır: "Həmin şəxslər fevralın 29-u axşam yerləşdikləri oteldə özlərini pis hiss edib və təcili tibbi yardım vasitəsilə mərkəzə gətiriliblər. Müayinə olunandan sonra onlar Qobustan Xəstəxanasına köçürülərək karantinə götürülüblər. Hazırda Kliniki Tibbi Mərkəzdə 2 nəfər Azərbaycan vətəndaşı karantində saxlanılır. Onların səhhətləri normaldır, dəyişiklik yoxdur".