Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan “COVİD-19” koronavirusundan əvvəl hansı daha qorxulu viruslardan itkisiz çıxdı...

Image


Bu gün dünyanın müxtəlif ölkələrində tüğyan edən “COVİD-19” koronavirusu Çinin Uhan şəhərində aşkarlansa da, onun miqyası kifayət qədər genişlənib. Koronavirusun ABŞ-da, Avropa ölkələrində, Azərbaycanla qonşu olan İranda, Gürcüstanda mövcud olduğu təsdiqlənib. 

Koronavirusla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı son məlumatlara istinad edərək bildiririk ki, dünyanın 33 ölkəsində “COVİD-19” koronavirusuna yoluxma ilə bağlı 80 980 hal qeydə alınıb.

ÜST-nin Avropa üzrə regional ofisinin direktoru Hans Klügenin sözlərinə görə, yeni növ koronavirus Avropanın 13 ölkəsində yayılıb. “Yoluxma hallarının 96,5%-i Çində qeydə alınıb”, – ÜST nümayəndəsi bildirib.

Onu da vurğulayaq ki, virusa Çində təxminən 77 min insan yoluxub, ölənlərin sayı 2700-ü çoxdan ötüb.

Məlum olduğu kimi, Çində koronavirusla bağlı ilkin məlumatlar yayıldıqdan dərhal sonra Azərbaycan dövləti bu virusun ölkəmizdə peyda olmaması üçün qabaqlayıcı tədbirlərə start verdi. Yanvarın 28-də Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin toplantısı keçirilib və toplantıda Çin virusuna qarşı tədbirlər planı hazırlanıb.

Bu gün, demək olar ki, bütün yerlərdə bu istiqamətdə işlər görülür. Hazırda ölkədə Səhiyyə Nazirliyinin əmrinə əsasən, koronavirusla bağlı bütün profilaktik tədbirlər həyata keçirilir. Eyni zamanda, Gömrük Komitəsi ilə birgə müəyyən işlər aparılır. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyevanın mətbuata verdiyi məlumata görə, Azərbaycanda bu məsələ diqqətdədir və bununla bağlı tədbirlər gücləndirilir.

Ölkəmizdə koronavirusa qarşı qabaqlayıcı tədbirlərin intensiv hal aldığı, artıq İran, Gürcüstan, digər ölkələrlə sərhədlərdə səyyar xəstəxanaların, tibb məntəqlərinin yaradıldığı, bura peşəkar həkimlərin cəlb edildiyi məlumdur. Dövlətimiz bu xəstəliyin ölkəmizə daxil olmaması üçün ciddi mübarizə tədbirləri görür. Onu da vurğulayaq ki, bununla bağlı sərhəd-keçid məntəqələrində Azərbaycan vətəndaşları, digər ölkələrin vətəndaşları, həmçinin, Çindən gələn vətəndaşlar müayinədən və yoxlanışdan keçirilirlər. Xüsusilə Çindən və ona qonşu ölkələrdən gələn şəxslər hərarəti olarsa, xüsusi nəzarətə və müşahidəyə götürülürlər. Həmçinin, müxtəlif müəssisələrdə, məktəblərdə, məktəbəqədər uşaq müəssisələrində müşahidələr və dezinfeksiya işləri aparılır.

Azərbaycan dövlətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Ümumiyyətlə, koronavirus təhlükəsinə qədər də dünyanı saran bir sıra virus mənşəli infeksion xəstəliklər olub. Məsələn, 2008-ci ildə bütün dünyanı dəhşətə salan “Quş qripi” infeksiyası tüğyan etdiyi vaxtlarda Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində bu virus ölkəmizin əhalisinə ziyan vurmadan keçib. Məlum olduğu kimi, həmin dövrdə Səhiyyə Nazirliyi H5N1 “Quş qripi” xəstəliyinə dair təlimat hazırlamışdı. Azərbaycan dövlətinin “Quş qripi”nə qarşı ehtiyat tədbirləri görməsi və bu hala qarşı mübarizə tədbirlərini gücləndirməsi müsbət nəticələr verdi. Halbuki, həmin dövrdə Avropada, ABŞ-da “Quş qripi” onlarla insanın həyatını əlindən almışdı. 2009-cu ildə dünyada yayılan “Donuz qripi”nə (SIV) qarşı mübarizədə də Azərbaycan aktivliyi ilə seçilib və bu xəstəliyin qarşısının alınması üçün gərəyi olan bütün tədbirləri həyata keçirib. Burada söhbət “Donuz qripi”nin Azərbaycanda yayılmaması üçün hazırlanan tədbirlər planı və o planda nəzərdə tutulan məsələlərin yüksək səviyyədə icrasından gedir. Bilirik ki, bu virusların ölkəmizdə yayılmaması üçün əhalinin “Quş qripi”nə və “Donuz qripi”nə yoluxmaması məqsədilə onların peyvəndlənməsi həyata keçirlib. Ayrıca olaraq xəstəxanalar, tibb müəssisələrində xüsusi izolyasiya edilmiş palatalar yaradılmışdı.

Həmin dövrdə xəstəliyin geniş yayıldığı ölkələrdən ərzaq məhsullarının gətirilməsinə də qadağa qoyulmuşdu. Kənd Təsərrüfatı Nazirliyi virusun bizim ölkəyə nüfuz etməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri həyata keçirmişdi. Həmçinin, Meksikadan və ABŞ-dan Azərbaycana baytarlıq nəzarəti altında olan, o cümlədən, heyvani mənşəli ərzaqların gətirilməsi qadağan edilmişdi.

  • Rafis Bağırov: “Bu virusun hələ Çində tüğyan etdiyi və dünyaya elə də geniş yayılmadığı zamanda Azərbaycan dövləti qabaqlayıcı tədbirlərin görülməsi üçün konkret addımlar atdı”

Tibbi ekspert Rafis Bağırov “Bakı-Xəbər”ə bildirdi ki, bütün dövrlərdə dünyada yayılan və böyük insan tələfatına səbəb olan virusların ölkəmizdə yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilib. “Azərbaycanda qrip mənşəli infeksiyaların ciddi fəsadlar verməməsinin, indiyə qədər başqa ölkələrdəki kimi kütləvi can almamasının səbəbi dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdir. Bilirsiniz ki, bundan əvvəlki dövrlərdə də dünyada yayılan bir çox virus mənşəli xəstəliyin, o cümlədən də “Quş qripi”, “Donuz qripi” kimi təhlükəli epidemiyanın ölkəmizdə yayılmaması üçün dövlət tərəfindən ciddi qabaqlayıcı tədbirlər görülüb. Nəticə də məlumdur. Dövlətimiz əhalinin sağlamlığı üçün keçən dövrlərdə də, indi də gərəyi olan bütün tədbirləri həyata keçirir. Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər, görülən işlər Azərbaycanın bu viruslardan itkisiz çıxmasına imkan verib. Bu virusun hələ Çində tüğyan etdiyi və dünyaya elə də geniş yayılmadığı zamanda Azərbaycan dövləti qabaqlayıcı tədbirlərin görülməsi üçün konkret addımlar atdı” - deyə ekspert bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ