07/04/2020 13:28
728 x 90

Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayandı, sərnişinlər təxliyə olunur

img

Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur.

Hazırda tunellərdə qalan qatar yoxdur.

Son xəbərlər