04/04/2020 00:03
728 x 90

İrandan gəlmiş 52 nəfər Cəlilabadda koronavirus şübhəsi ilə yoxlamadan keçirildi

img

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirus təhlükəsilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərlə bağlı növbəti birgə məlumat yayıb.

“Trend”ə daxil olan birgə məlumatda bildirilir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına fevralın 26-da həkim müayinəsi üçün daha 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, bir gün öncə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılması, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməki xahiş olunur.

Son xəbərlər