Cümə günü, 13 noyabr 2026
     

Koronavirus məsələsi fonunda Səhiyyə Nazirliyi qınaq obyektinə niyə çevrilir...

Image


Çində və digər ölkələrdə onlarla insanın canını alan koronavirus kabusu bütün dünyanı təhdid edir. Bir sıra ölkələrdə artıq Çin virusunun olduğu faktı təsdiqlənib. Azərbaycanda isə rəsmən koronavirusun olduğu təsdiqlənməyib, ölkəmizdə bu virus yoxdur. 

Məlum olduğu kimi, yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, Çinin Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilmişdi.

Onu da qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, Azərbaycanda koronavirusla bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb.

Ölkəmizdə Çin virusu təhlükəsinin olmasına baxmayaraq, dövlət bu sahədə artıq qabaqlayıcı tədbirlər həyata keçirib. Bütün xəstəxanalarda, idarə və müəssisələrdə, orta məktəblərdə, bağçalarda,  metropolitendə və s. yerlərdə qabaqlayıcı tədbirlər görülüb. Sərhəd-keçid məntəqələrində, gömrükdə də bu istiqamətdə tədbirlərin həyata keçirildiyi faktdır.

Azərbaycanda Çin virusunun olmamasına baxmayaraq, dövlət əvvəlcədən ehtiyat tədbirləri görməklə bu məsələnin nəzarətdə saxlandığını bir daha vətəndaşlara bildirir.   

Çin virusunun qonşu İranda peyda olması xəbərinin ardınca bu virusun Azərbaycanın bəzi bölgələrində yayılması ilə bağlı şayiələrin yaranmasına səbəb olub. Hətta həqiqətə uyğun olmayan məlumatlar yayılıb ki, guya bizim ölkəmizdə Çin virusu diaqnozu ilə xəstəxanalara yerləşdirilən insanlar var. Bu məsələ də rəsmən öz təsdiqini tapmayıb. Dövlət öz vəzifəsini yerinə yetirsə də, bütün qurumlar qabaqlayıcı tədbirlər həyata keçirsələr də, bəzi aidiyyəti qurumlar tərəfindən yaradılan informasiya boşluğu bu cür şayiələrin meydana çıxmasına şərait yaradıb.

Məlumdur ki, sosial şəbəkələrdə yayılan naməlum və şübhəli səs yazılarına inansaq, artıq koronavirus “Azərbaycana da gəlib çatıb”. Bir həftəyə yaxındır ki, vətəndaşlarımız ölkəmizdə olmayan koronavirusa “yaxalanmamaq” üçün müxtəlif üsullardan yararlanırlar. Başlıcası isə apteklərdən spirti, qoruyucu maskaları daşımaqla özlərini təhlükəsiz vəziyyətdə hiss etmək istəyirlər. Fakt budur ki, hazırda paytaxt apteklərində spirt də, qoruyucu maskalar da qəhətə çəkilib. Az-çox apteklərdə varsa da, onun da qiyməti 5-6 qat bahalaşıb. İşbazların əlində olan apteklər insanların təşviş və əndişəsindən sui-istifadə edərək qiymətləri bir neçə qat qaldırıblar.

Dövlətin qabaqlayıcı tədbirlər görməsinə baxmayaraq, aidiyyəti qurumların yaratdıqları informasiya boşluğundan istifadə edən qüvvələrin yaydıqları şayiələrdən, yalan məlumatlardan insanlar əndişələnir, ölkəmizdə olmayan koronavirus “təhlükəsi”ndən narahat olurlar, Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayevin “nəyə deyirsiniz and içim ki, ölkədə sabitlikdir və koronavirus yoxdur” açıqlamasını nəzərə almasaq, demək olar ki, Səhiyyə Nazirliyi əhalini məlumatlandırmır.

Nazirliyin Baş epidemioloqu isə açıqlamanı fevralın 24-də, yəni sosial şəbəkələrdə qorxulu səs yazıları yayıldıqdan, təhlükənin mövcudluğu ilə bağlı fikirlər səsləndirildikdən, vətəndaşlar artıq “tədbir” gördükdən sonra verib. “Bu gün Azərbaycanda koronavirusa yoluxan insan yoxdur. Səhiyyə Nazirliyi bu kimi hallardan qorunmaq üçün hər zaman qabaqlayıcı tədbirləri yüksək səviyyədə görür. Hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. Buna tam əmin ola bilərsiniz”. Halbuki, nazirlik yetkililəri Azərbaycanda koronavirus epidemiyasının olduğu iddiasının hələ meydana çıxmadığı vaxtdan açıqlamalar verməyə başlamalı idilər.

Müşavirənin keçirilməsindən bir aya yaxın vaxt keçməsinə baxmayaraq, Səhiyyə Nazirliyi əhali arasında koronavirs təhlükəsi ilə bağlı heç bir maarifləndirici iş aparmayıb. Bu müddət ərzində nazirliyin aidiyyəti sektorlarının rəhbərləri, əməkdaşları camaatla hər hansı bir şəkildə ünsiyyətdə olmayıb, onları sakitləşdirmək üçün heç bir addım atmayıblar. Kabinetlərdə, kağız üzərində ömrünü başa vuran qərarlar, qaydalar vətəndaşların işinə yaramır. Ölkə əhalisinin sağlamlığına birbaşa cavabdeh olan Səhiyyə Nazirliyinin Baş epidemioloqunun “bəziləri əllərində dəqiq məlumat olmadığı halda, yalan informasiyalarla camaatı qorxudub xofa salırlar. Əmin ola bilərsiniz ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bunu hamıdan əvvəl nazirliyin rəsmisi kimi özüm xəbər verəcəm. Allah o virusu bizdən kənar eləsin” açıqlaması daldan atılan daşa bənzəyir.

Artıq əhali təşviş içindədir, ölkəmizə ayağı, nəfəsi dəyməyən bir virusla “döyüş vəziyyəti”ndədir, lap Donkixot sayağı. Əslində, vəziyyət bu cür olmalı deyildi. İnsanlar olmayan bir təhlükədən bu qədər əndişələnməməli idilər. Hamı gözünü nazirlik rəsmilərinin ağzına dikmişdi ki, bəlkə onlar tez-tez “ölkəmizdə koronavurus təhlükəsi yoxdur, vəziyyət tam nəzarətdədir” desinlər. Halbuki, Səhiyyə Nazirliyi gün ərzində bir neçə dəfə telekanallarda, sosial şəbəkələrdə əhalini qorxmamağa, əndişələnməməyə çağırmalı, ölkəmizdəki vəziyyətlə, yayılan şayiələrlə bağlı açıqlamalar verməli idi. Nazirliyin qorxulu, əndişəli, insanları təşvişə salan uydurma, yalan informasiyalar yayıldıqdan sonra məsələyə reaksiya verməsi ölkə ictimaiyyətini ciddi narahat edir və insanlar nazirliyi qeyri-operativlikdə suçlayırlar.

Səhiyyə Nazirliyinin susduğunu görən Azərbaycanı istəməyən qüvvələr öz təxribatçı dəstələrindən istifadə edərək cəmiyyətimizdə təşviş yaratmağa cəhd etdilər. Hətta buna müəyyən mənada nail oldular da. Onlar bu istiqamətdəki boşluqdan istifadə etdilər. Yadınıza gəlirsə, bir neçə il əvvəl “quş qripi” və “donuz qripi” ilə də bağlı ölkə əhalisi arasında təşviş yaratmaq istəyən qruplar meydana çıxmışdı. İnsafən, deyək ki, həmin dövrlərdə Səhiyyə Nazirliyinin mətbuat xidməti daha çevik işləyir və maarifçilik işini həyata keçirirdi. Hesab edirik ki, Səhiyyə Nazirliyi bundan sonra bu istiqamətdə mövcud olan informasiya boşluğunu doldurmaq üçün vaxtlı-vaxtında ictimaiyyəti informasiya ilə təmin edəcək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ