09/04/2020 12:02
728 x 90

Siyəzən Rayon Polis İdarəsində Xocalı faciəsi anıldı - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov bəşəriyyət tarixində amansız soyqırımı olan Xocalı dəhşətindən danışıb. Polis rəisi bildirib ki, şaxtalı və qarlı fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və texnikasının iştirakı ilə şəhərə hücum edərək, azərbaycanlılara qarşı böyük amansızlıqla soyqırım törədiblər. Görünməmiş bu vəhşiliklər nəticəsində günahsız dinc sakinlər xüsusi qəddarlıqla qətlə yetirilib, ahıl qocalar və körpələr silahlılar tərəfindən işgəncələrə məruz qalıblar. Çıxışın sonunda polis rəisi onu da bildirib ki, 1992-ci ildə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım cinayətlərindən biridir.

Daha sonra çıxış edən polis əməkdaşları və Siyəzən Rayon Təhsil Şöbəsinin nümayəndəsi Vuqar Abdullayev Xocalı haqqında həqiqətin dünyaya yayılması və bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığını bildiriblər.

Son xəbərlər