04/04/2020 12:48
728 x 90

DİN koronavirusla bağlı sosial şəbəkədə yalan məlumat yayan şəxsi saxlamayıb… hələlik…

img

Sosial şəbəkələrdə Bakıda Mərkəzi Klinik Xəstəxanada koronavirusla bağlı xəstələrin olması ilə bağlı şayiələr yayanlara qarşı tədbirlər görülür. Bu barədə “Trend”ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, həmin səs yazıları yayan şəxslərlə bağlı araşdırmalar aparılır: "Sözsüz ki, bu məsələ cəmiyyətin həssas nöqtəsi olduğu üçün bütün qurumlar bununla bağlı ciddi tədbirlər görür. Bu məsələ ilə bağlı kimlərinsə şayiə xarakterli məlumat yayması, əhali arasında vahimə yaratması yolverilməzdir. Bununla əlaqədar lazımi profilaktik tədbirlər həyata keçirilir. Hələlik bu məsələ ilə bağlı saxlanılan yoxdur".

Son xəbərlər