04/04/2020 12:12
728 x 90

İranda yayılan koronavirusla əlaqədar Astara ilə Biləsuvar gömrük-sərhəd məntəqələrində nəzarət gücləndirildi

Azərbaycan İranla sərhədini bağlamayıb

img

Çində aşkar edilən və qonşu İranda da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Dövlət Gömrük Komitəsindən baki-xeber.com-a verilən məlumata görə, sərhəd keçid məntəqələri bağlanmayıb və dezinfeksiya səbəbindən 1 saatlıq məhdudiyyət tətbiq olunub. Bu gün də gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılıb. Proses fevralın 22-dən başlayaraq gündə bir dəfə həyata keçiriləcək.

Hazırda hər iki məntəqədən gediş-gəliş təmin olunur.

O da bildirilir ki, ölkə vətəndaşlarının zərurət yaranmadıqca İran İslam Respublikasına səyahət etməmələri tövsiyə olunur.

İranın Ərdəbil vilayətinin yol nəqliyyat idarəsinin baş direktoru Əli Rəhməti isə deyib ki, Azərbaycanla sərhəddə Biləsuvar sərhəd keçid məntəqəsində yeni koronavirusla mübarizə məqsədilə səhiyyə tədbirləri gücləndirilib və sərhəddə 24 saatlıq müayinələr tətbiq olunacaq.

İran tərəfində Biləsuvar sərhəd keçid məntəqəsinin bütün zalları dezinfeksiya olunur və işçilərə maskalar paylanılıb.

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonunda, Azərbaycanla sərhəddə Biləsuvar sərhəd keçid məntəqəsində yeni koronavirusla mübarizə məqsədilə səhiyyə tədbirləri gücləndirilib. Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin yol nəqliyyat idarəsinin baş direktoru Əli Rəhməti deyib.

Ə.Rəhmətinin sözlərinə görə, Ərdəbil vilayətinin Tibb Elmləri Universiteti ilə razılaşma nəticəsində sərhəddə 24 saatlıq müayinələr tətbiq olunacaq.

Rəhməti əlavə edib ki, Biləsuvar sərhəd keçid məntəqəsinin bütün zalları dezinfeksiya olunur və işçilərə maskalar paylanılıb.

İdarə rəsmisi deyib ki, gündəlik 4,5 min nəfər əcnəbi vətəndaş bu sərhəd keçid məntəqəsi vasitəsi ilə İrana daxil olur.

Son xəbərlər