04/04/2020 21:02
728 x 90

Azərbaycan MDB ölkələrinin turistləri üçün ən təhlükəsiz ölkələrdən biridir

img

Azərbaycan səhayətlərin sığortasını müqayisə edən Insurly saytının metodologiyası üzrə tərtib olunan ölkələrin reytinqdə turistlər üçün ən təhlükəsiz ölkələr arasında 52-ci yerdədir.

Sığortaçılar Azərbaycanın səhiyyə sistemini 79 bal, havanın çirklənməsini – kafi olaraq qiymətləndiriblər.

Həmçinin, qeyd olunub ki, Azərbaycanda sarı qızdırma, malyariya, vəba və Zika virus ilə yoluxma təhlükəsi yoxdur, əsas sanitar şərait isə yaxşı kimi müəyyən olunub.

Ekspertlər nəqliyyat şərtlərini – 75 bal, təbii fəlakətlər riskini – 58 bal, təcavüz səviyyəsini – 51 bal ilə qiymətləndiriblər.

Qeyd etmək lazımdır ki, Azərbaycan MDB ölkələri arasında reytinqdə üçüncü nəticə göstərib.

Siyahının maksimal 100 baldan 93,4 bal toplayan İsveçrə liderlik edir. İkinci tyerdə 92,7 bal ilə Sinqapur, üçüncü yerdə - 91,1 bal ilə Norveç qərarlaşıb. Həmçinin Lüksemburq, Kipr, İslandiya, Danimarka, Portuqaliya, Finlandiya və Yaponiya onluğa daxil olub.

180 ölkəni qiymətləndirən reytinqdə son üç yeri CAR, Konqo Demokratik Respublikası və Cənubi Sudan tutub.

Son xəbərlər