09/04/2020 10:31
728 x 90

Bəzi xəstələr ixtisas həkiminə birbaşa müraciət edə biləcək

img

Araşdırmalarımızın nəticəsinə görə, şəxs qeydiyyatda olduğu ərazilərdə bəzi sahələr üzrə ailə həkiminin göndərişi olmadan və müştərək maliyyələşmə məbləği ödəmədən birbaşa ixtisas həkiminə müraciət edə bilər. Trendin məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzən şəxsin etdiyi müraciətlə bağlı ailə həkiminin yetəri qədər bilik və bacarığı olmaya bilər: "Hesab edirik ki, vətəndaşı buna görə əziyyətə salmamaq üçün ona müştərək maliyyələşmə məbləği ödəmədən, birbaşa ixtisas həkiminə müraciət etmək imkanı yaradılsın. Biz yaxın zamanlarda məlumat verəcəyik ki, vətəndaş hansı ixtisaslar üzrə ailə həkiminə müraciət etmədən, birbaşa ixtisas həkiminə müraciət edə bilər".

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsidir.

Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış yeri üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 manat, tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 manat, qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 manat müştərək maliyyələşmə məbləği ödəməli olacaq.

Son xəbərlər