07/04/2020 15:01
728 x 90

Polis yenə sevindirdi - FOTO

img

Fevralın 18-də metronun “Xalqlar Dostluğu” stansiyasında oturacağın üzərində olan polietilen paket orada xidmət aparan polis əməkdaşının diqqətini çəkib. Polis serjantı Rəhman Ağayev onun sahibsiz olduğunu görüb və aidiyyəti üzrə Metropolitendə Polis Şöbəsinə təhvil verib.

Həmin gün vətəndaş X.Nəzərova metroda üzərində nömrəsi olan gömrük karqo paketini unutması barədə  Metropolitendə Polis Şöbəsinə müraciət edib. O, Şöbəyə dəvət olunub, polis əməkdaşları qeyd olunan əşyanı sahibinə qaytarıblar.

Fevralın 19-da isə Metropolitendə Polis Şöbəsinə dəvət edilən digər vətəndaş – M.Məhərrəmovaya polis əməkdaşları itirdiyi pulu təhvil veriblər.

Qeyd edək ki, o, metronun “Xalqlar Dostluğu” stansiyasında 200 manatını itirmişdi. Stansiyanın girişindən pulu tapan  polis əməkdaşları onu aidiyyəti üzrə təhvil verdikdən sonra məlum olub ki, həmin qadın Metropolitendə Polis Şöbəsinə pulunu itirməsi ilə bağlı müraciət edib. 

Hər iki vətəndaş belə humanistliyə və nəcib əmələ görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Son xəbərlər