07/04/2020 13:00
728 x 90

Zakir Qaralov Şirvan şəhər və Sabirabad rayon sakinlərini qəbul edəcək

img

Baş prokuror Zakir Qaralov fevralın 28-də saat 10:00-da Şirvan Şəhər Prokurorluğunun inzibati binasında Şirvan şəhər və Sabirabad rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər