02/04/2020 15:33
728 x 90

Bakı Biznes Universitetində yeni layihə... - FOTO

img

Bakı Biznes Universiteti və "Easymark" şirkətinin təşkilatçılığı ilə "Marketingguide in BBU" layihəsi həyata keçirilib. Tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açaraq, tələbələrə tədbirdə fəal iştirak etməyi tövsiyə edib.

Layihə çərçivəsində “ABAD”, “Azərsun”, “Dünyagöz”, “Easymark”, “Stimul Education” və digər nüfuzlu şirkətlərin sərgisi keçirilib. Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi marketinqin son trendlərinin müzakirəsi, beynəlxalq təcrübənin, strateji həmlələrin tətbiqi, markalaşmada və xarici bazarlara addımlarda əsas məqamlara diqqət yönəltməkdir.

Tədbirin sonunda fəal tələbələr setifikat və digər həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb. “Dünyagöz” klinikası tərəfindən tələbələrə ödənişsiz müayinə və əməliyyat endirim kuponları və digər şirkətlərin hədiyyələri təqdim edilib.

Son xəbərlər