Fevralın 18-də Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın zamanı polis əməkdaşları da yanğınsöndürənlərlə birgə alovun qarşısının alınmasında iştirak edib, sahibkarların əmlakının təhlükəsiz yerə çıxarılmasında və mühafizə olunmasında köməklik göstəriblər.