şənbə günü, 04 iyul 2026
     

55 nəfər doktorant Ali Attestasiya Komissiyasının sədrinə niyə etiraz edir...

Image


“Cənab AAK sədri, ilk növbədə, həmin iclasda Prezidentə müraciət edən iddiaçılarla görüşməli idi,  görünən odur ki, o, müraciət edənlərin etiraz səsinə məhəl qoymadı”

 

Ali Attestasiya Komissiyasının (AAK) 13 dekabr 2019-cu il tarixində elmi işləri ilkin müzakirədən və seminardan keçmiş dissertant və doktorantlarla bağlı çıxardığı qərar az qala bir aydır gündəmdədir. Məlum olduğu kimi, qərara etiraz edən doktorant və dissertantların redaksiyamıza müraciətlərini, eyni zamanda, onları müdafiə edərək AAK-ı verdiyi qərarı dəyişməyə çağıran tanınmış professorların müsahibələrini dərc etmişik. Məsələ gündəmə gələn ilk günlərdən də AAK-la əlaqə saxlamağa cəhd göstərmişik, cəmi bircə dəfə qurumun aparat rəhbəri Gülarə Tağızadə ilə əlaqə yarada bilmişik, digər cəhdlərimizdə isə telefon zənglərimizə cavab verilməyib.

Biz AAK-ın hər zaman cavabını dərc etmək istəmişik, amma, görünür, qurum bunda maraqlı olmayıb. Odur ki, bu dəfə yenidən quruma müraciət etdik və sullarımızı AAK-ın [email protected] elektron ünvanına göndərdik. Ümid edirik ki, AAK suallarımıza cavab verəcək.

İndi keçək dissertantların və doktorantların redaksiyamıza göndərdikləri yeni məktuba. BDU-nun və digər ali məktəblərin doktorantları adından redaksiyamıza daxil olan məktubda AAK sədrinin bir neçə gün əvvəl BDU-da keçirdiyi görüşdən və bu görüşdə AAK sədri Famil Mustafayevin doktorant və dissertantlara münasibətindən bəhs edilir. Məktubda qeyd edilir ki, AAK sədri mövcud qərara etiraz bildirən gəncləri təhdid edib. “AAK sədri qərara etirazını bildirən və ölkə başçısına müraciət edən doktorant və dissertantları aşağıladı (təhdid etdi). Qeyd edək ki, AAK-ın məlum qərarına görə, fəlsəfə doktoru elmi adı almaq üçün  müzakirədən keçmiş dissertasiyalar yenidən ilkin müzakirəyə qaytarılmalı, seminardan keçənlər isə yenidən seminarda iştirak etməlidirlər. AAK-ın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlməyən 13 dekabr 2019-cu il tarixli qərarına etirazını bildirən iddiaçılar onun ləğvinə nail olmaq üçün ölkə başçısı İlham Əliyevə də müraciət ediblər. AAK Rəyasət Heyətinin çıxardığı 13 dekabr 2019-cu il tarixli, 13-R nömrəli qərarı yalnız doktorant və dissertantlar deyil, ölkənin nüfuzlu elm adamları da ədalətsiz qərar adlandırırlar.

Görünür, yanlış qərar çıxardıqlarının fərqində olan AAK rəhbərliyi vəziyyətdən çıxış yolunu ali təhsil müəssisələrinə səfər etməkdə görüb. Qanunsuz qərara etirazdan sonra belə addımların atılmasının nə mənasının olduğu anlaşılmır. AAK sədri rektor, prorektor, elmi katiblərlə görüş keçirib, onlara əsasnaməni “izah” edib, amma heç bir doktorant və dissertantı içəriyə buraxmayıblar. Halbuki, əsasnaməni hər kəsin oxumaq imkanı var və hörmətli F.Mustafayevin onu şərh etməsinə lüzum yoxdur. AAK-da atdığı yanlış addımları, qərarları bu cür səfərlərlə iş görüntüsü yaradıb kompensasiya etməyə çalışan F.Mustafayev ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edən tədqiqatçıları bu görüşündəki çıxışında “savadsız”, “az balla universitetə daxil olanlar”, “qorxaqlar” deyə aşağılayıb. AAK sədri F.Mustafayev bu epitetləri özünü düşməndən müdafiə edən cəngavər kimi iftixarla söyləyib. O, dolayısı ilə DİM, Təhsil Nazirliyi və digər dövlət qurumlarını savadsız tələbələri qəbul etməkdə suçlayıb. Belə çıxır ki, hamı pisdir, yaxşı olan yeganə qurum rəhbəri səhv qərarlarla insanları narazı salan F.Mustafayevdir. Sırf formal xarakter daşıyan iclasda öz təşəbbüsü ilə, güclə də olsa, sual vermək imkanı əldə edən iştirakçılardan birinin plagiat proqramının göstəricisi ilə bağlı verdiyi “Elmi işdə orijinallıq neçə faiz orijinaldır” sualından da məharətlə yayınan AAK sədri konkret cavab verməkdən yayınıb. Yəni “iş neçə faiz orijinal olmalıdır” sualını dəqiq cavablandıra bilməyib. Bircə onu deyib ki, müzakirə, seminar və müdafiələrin çəkilişini və onun ödənişini müəssisə özü təşkil etməlidir. Gənc tədqiqatçıların ölkə rəhbərinə müraciətinin üzərindən ötəri keçən AAK sədri F.Mustafayev bildirib ki, verilmiş qərarın tətbiqi zamanın tələbidir və onun dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Dissertasiyalar yeni tələblərə uyğun hazırlanmalı və yenidən ilkin müzakirədən və elmi seminardan keçməlidir. Belə çıxır ki, hörmətli AAK sədri dissertantların işinin dolaşığa salınmasını, onların süründürülməsini, aylarla mənəvi-psixoloji işgəncələrə məruz qoyulmasını zamanın tələbi hesab edir. Qəribə məntiqdir. Hətta sədr F.Mustafayev bir qədər də irəli gedərək qanunazidd qərarla razılaşmayan doktorant və dissertantlara “qorxaqlar”, “işlərinə və özlərinə əmin olmayanlar” - deyərək həqarət edib və onları aşağılayıb. AAK sədri deyib: “Hətta mən bunlar haqqında araşdırma aparıb öyrənmişəm ki, onların çoxu universitetlərə aşağı ballarla - 200-300 balla daxil olub, aşağı ballarla və müxtəlif yollarla magistratura və doktoranturaya qəbul edilib alimlik iddiasında olanlardır”.

F.Mustafayevin AAK sədrinə yaraşmayan qeyri-etik davranışları birbaşa və ya dolayısı ilə DİM rəhbərliyini, Təhsil Nazirliyini, ali məktəb və akademiya rəhbərlərini savadsızlığa şərait yaratmaqda ittiham etməsi xəbəri bir sıra tələbə, magistr və doktorantları hiddətləndirib. Cənab AAK sədri, ilk növbədə, həmin iclasda Prezidentə müraciət edən iddiaçılarla görüşməli idi, görünən odur ki, o, müraciət edənlərin etiraz səsinə məhəl qoymadı”.

İddiaçılar yazırlar ki, AAK rəhbəri AAK-ın Kollegiya iclasının çıxardığı Konstitusiyaya zidd qərara münasibət bildirməyib və neçə-neçə insanın taleyinə biganə qalıb. “Tədqiqatçılar AAK sədrinin belə davranışını qanuna hörmətsizlik və elmi tədqiqatçılara saymazlıq kimi qiymətləndiriblər. Gənc tədqiqatçılardan biri deyir: “Əsasnamə Azərbaycan dilində yazılıb, şükr Allaha, onu biz ziyalılar oxuyub rahat başa düşürük. İzahata nə ehtiyac var idi ki? Əsas mətləb AAK-ın Rəyasət Heyətinin qərarının izah olunması idi ki, sədr öz çıxışında bundan yüz kilometrlərlə aralıda dayandı. Amma iclasda oturanlar da AAK sədrinin niyyətini yaxşı başa düşürdürlər. Hər şeyin əvvəlcədən ssenariləşdirildiyi aydın görünür. Çox hörmətli F.Mustafayev deyir ki, gənclər qorxur. Gənclər qorxsa idi, səsləri çıxmazdı, qanunsuz tələbə boyun əyərdilər. Elə bir ciddi qurumun sədrinə belə fikir yaraşarmı? Bu, ancaq özünə bəraətdən başqa bir şey deyil, fikirləri yayındırmaq üçün ortaya atılmış bir ideyadır. Əgər F.Mustafayev çıxardığı qərarı düzgün sayırsa, ilk olaraq, öz üzərində tətbiq etsin. Özünün dediyi kimi, əgər qorxmursa, diplomunu bir daha sübut etmək üçün tədqiqatçılar qarşısında təkrar müdafiə proseduruna girsin, çünki onun müdafiəsi, hətta seminar və ilkin müzakirəsi yeni əsasnaməyə uyğun deyil. AAK sədri deyir ki, ”şikayət” edən şəxslər aşağı balla universitetlərə qəbul olunan və oxuyanlardır. Deməli, F.Mustafayev özü azmış kimi, orta məktəblərdəki təhsilin səviyyəsinə, DİM sədri Məleykə Abbaszadənin fəaliyyətinə, ali təhsil müəssisələrinin rəhbərlərinə ironiya ilə yanaşıb onları səriştəsizlikdə ittiham edir. Görəsən, cənab F.Mustafayev rəhbərlik etdiyi qurumda saxta yollarla müdafiə edib alimlik dərəcəsi alan nə qədər ekspertin olduğunu bilirmi? Onu da bilirmi ki, lap yaxın zamanlarda nə qədər aşağı səviyyəli, elmi kontenti olmayan dissertasiyalara məhz F.Mustafayevin imzası ilə diplomlar verilib? Faktlar tərs şeydir, hörmətli Famil müəllim! “Savadsızlar”, “qorxaqlar” deyib aşağıladığınız bizlərin işi “savadlı”, “qoçaq” deyib rəy yazdırdığınız, dərəcə verib tərif etdiklərinizin işindən qat-qat yaxşıdır. Bunu ki, siz çox yaxşı bilirsiniz...

Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddəsini pozan qərara haqq qazandırmağa çalışan F.Mustafayev, təəssüf ki, çıxış yolunu tələbə, magistr və dissertantları aşağılamaqda görür. Biz hamılıqla inanırıq ki, AAK sədri F.Mustafayevin bu hərəkətləri haqqında ölkə başçısına etdiyimiz müraciət öz nəticəsini verəcək və hər şey qanuni məcraya düşəcək” - deyə doktorantlar qeyd edirlər.

Yeri gəlmişkən, doktorantlara “siz öz savadınıza, biliyinizə güvənirsinizsə və elmi işinizi özünüz yazmısınızsa, bəs onda elmi işinizin təkrarən ilkin müzakirəyə getməsinə, seminardan keçməsinə niyə etiraz edirsiniz” sualına onların cavabı belə olur. “Biz hamımız elmi işimizi özümüz yazmışıq və elmi işimizi istənilən səviyyədə müdafiə etməyə hazırıq. Burada söhbət başqa məsələdən gedir. Biz elmi işimizi yenidən təkrar müzakirəyə versək, onun üçün bizə çoxlu sənəd yığmaq tələb olunur. O sənədi yığmaq özü böyük vaxt aparan işdir. Sənədi yığmaq, onları imzalatmaq böyük problemdir. Bir sənədi imzalatmaq üçün universitetlərin müdafiə şuralarının rəhbərlərinin arxasınca günlərlə, həftələrlə, bəzən aylarla sürünürük. Adi bir imza üçün şura sədrlərini axtarırıq. Məsələ burasındadır ki, bəzi dissertasiya şuralarının üzvləri və onların köməkçiləri müəyyən şirinlik müqabilində sənədlərə qol çəkdirirlər. Deyirlər ki, filankəs müəllim yerində deyil, sen mənə hörmət et, tez bir zamanda sənin işinə qol çəkdirəcəyəm. Yəni artıq dissertasiya şuralarını rüşvət yuvasına çevirən adamlar da var. Təbii, bunlardan dissertasiya şuralarının rəhbərlərinin xəbəri yoxdur, köməkçiləri doktorant və dissertantlardan bu yolla rüşvət tələb edirlər” - deyə doktorantlar bildirirlər.

AAK-ın qərarından narazı doktorant və dissertantların yeni məktubunu dərc etdik, ümid edirik ki, tez bir zamanda AAK rəhbərliyi də suallarımıza cavab verəcək.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

03.07.2026 / 22:55
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik etdi

03.07.2026 / 22:42
Ukraynadan Rusiyaya ağır zərbə - Krımda çox sayda qırıcı məhv edildi...

03.07.2026 / 22:15
Novorossiysk benzinsiz qalıb…

03.07.2026 / 20:17
İran prezidenti Xamenei üçün göz yaşı töküb…

03.07.2026 / 20:08
Rusiya Paşinyanın adını "İnnoprom"a dəvət olunmuş natiqlər siyahısından sildi...

03.07.2026 / 19:40
Rusiyada yanacaq böhranı qonşu ölkələri də vurdu - Qırğızıstan Azərbaycandan kömək istədi...

03.07.2026 / 19:33
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib - FOTO

03.07.2026 / 19:03
Apellyasiya Məhkəməsində ermənilərin vəsatətlərinə baxıldı...

03.07.2026 / 18:35
Uşaqların virtual aləmdə fəaliyyəti özbaşına buraxıla bilməz...

03.07.2026 / 18:18
“Rəqəmsal inkişaf dövlət siyasətinin əsas vektorlarındandır” - Əhliman ƏMİRASLANOV yazır...

03.07.2026 / 18:02
Moskvadan İrəvana növbəti xəbərdarlıq – “Aİ-nin siçan tələsində” pendir pulsuz olmayacaq...

03.07.2026 / 17:47
Türk general Azərbaycan HDQ-də...

03.07.2026 / 17:30
Sabunçuda saxlanan şəxslərdən 19 kq-dan artıq marixuana aşkarlandı

03.07.2026 / 17:26
Vüqar Rəhimzadə: Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir

03.07.2026 / 16:53
Qərb bu dəfə Ermənistanı Rusiyaya yem edəcək...

03.07.2026 / 16:39
Makron niyə ABŞ-ı Ukrayna ilə bağlı "neytrallıqdan" məhrum etdi

03.07.2026 / 16:30
Dünya yanır-Azərbaycan indiki sabitliyini yalnız bu şərt daxilində saxlaya bilər...

03.07.2026 / 16:24
Peskov Avropanın silahlanmasından narahatdır - “Avropa… çoxlu pul xərcləyir”

03.07.2026 / 16:09
"Cənubi Qafqazda sülh Avropanın rifahına töhfə verəcək" - Avrokomissar

03.07.2026 / 15:46
Əliyevə ictimai etimadın araşdırılması maraqlı nəticələr verdi...

03.07.2026 / 15:41
Vətənə və xalqa həsr olunmuş ömür

03.07.2026 / 15:30
Zalujnı Zelenskini əvəzləməyə hazırlaşır: “Prezidentliyə namizəd olacağam”

03.07.2026 / 15:14
Netanyahunun ABŞ yardımından imtinasının arxa planları var...

03.07.2026 / 15:05
Avropa "yaşıl enerji" iddialarından çəkilir, yenidən neft və qaza üz tutur...

03.07.2026 / 15:00
İmtahandan kəsilən müəllimlər üçün iş imkanları araşdırılır...

03.07.2026 / 14:54
Rusiyadan yanacaq tədarükü kəsildi, Qırğızıstan Azərbaycana üz tutdu

03.07.2026 / 14:52
Qondarma genosiddən 1 il əvvəl Türkiyədə doğulmuş erməni qadın 112 yaşında öldü - ucuz təbliğat...

03.07.2026 / 14:26
Etibar Pirverdiyevlə əlaqələndirilən şirkətin sabiq rəhbəri həbs edildi

03.07.2026 / 14:13
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin beşinci təlimi

03.07.2026 / 13:50
Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILDI...

03.07.2026 / 13:37
İsrailin Əraqçi və Qalibafa sui-qəsd planı necə pozuldu? – ABŞ-dan İsrailə qarşı İrana kəşfiyyat dəstəyi... ŞOK İDDİA...

03.07.2026 / 13:18
Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olundu

03.07.2026 / 13:06
Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb - FOTO

03.07.2026 / 12:46
İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

03.07.2026 / 12:10
Azərbaycan vasitəsilə Ermənistana 976 ton buğda göndərildi

03.07.2026 / 11:26
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

03.07.2026 / 11:06
Səfərbərlik Xidməti 88 nəfərin işini Baş Prokurorluğa göndərdi

03.07.2026 / 10:50
Dövlət torpaqlarını zəbt edib satan 11 nəfər məsuliyyətə cəlb edildi...

03.07.2026 / 10:36
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr çıxarmağa başladı...

03.07.2026 / 10:15
Məhkəmə “Arzum 9999” ləqəbli tiktoker bərəsində hökmə aydınlıq gətirdi

03.07.2026 / 09:59
Rusiyadan NATO ölkəsinə nüvə təhdidi - artıq hədəf siyahımızdasınız...

03.07.2026 / 09:41
Yenilənmiş 100 manatlıqlar gəlir - iyulun 15-də...

03.07.2026 / 09:30
Bakıda ölümlə nəticələnən qəza - "Prius” dəmir məhəccərə çırpıldı...

03.07.2026 / 09:06
Netanyahu açılış mərasimində həyat yoldaşından irad “yedi” - “Sənin üzündən…”

03.07.2026 / 06:34
Rusiya İsveçə nota verdi

03.07.2026 / 06:00
İsrail İranla təkbaşına savaşmağa hazırdır - ölkənin müdafiə naziri belə deyir…

03.07.2026 / 05:58
Belarus vətəndaşlarını Rusiya səfərindən çəkinməyə çağırdı

03.07.2026 / 04:40
İranda Xamenei ilə vida mərasimi başlayır

02.07.2026 / 23:12
Sovet tarixşünaslığının səhvləri: Qızıl ordu, yoxsa qırmızı ordu?

02.07.2026 / 22:34
Zəngəzur dəhlizi üçün Rusiyadan yeni şərt - tranzit qaydaları Aİİ reqlamenti əsasında...

02.07.2026 / 22:08
Ursula xanımın Bakı səfərindən xalqın əsas gözləntisi - “fəal dialoq Avropanın qərəzinin kökünü kəsməlidir”...

02.07.2026 / 21:48
“Türkiyənin aparıcı partiyası” yazısı CHP-də niyə yoxa çıxdı?..

02.07.2026 / 21:40
Xoşbulaq yaylağında naməlum siklopik qalanın struktur və memarlıq xüsusiyyətlərinin təhlili - Rizvan Qarabağlı yazır...

02.07.2026 / 20:28
Avropadan böyük etiraf - Qafqaza sülh Əliyevin şəxsi liderliyi ilə gəldi...

02.07.2026 / 20:10
Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

02.07.2026 / 19:47
Avropa Qafqazda ticarətin 70 faizini Azərbaycanla edir - Əliyev hansı perspektivə işarə etdi...

02.07.2026 / 19:30
Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib

02.07.2026 / 19:17
“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

02.07.2026 / 18:51
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

02.07.2026 / 18:30
Tramp Ankara zirvəsi öncəsi NATO ölkələrini hədəf aldı, dərhal da Berlindən cavab gəldi - itaət etməyəcəyik...

02.07.2026 / 18:17
Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışdı

02.07.2026 / 18:07
Nazir Prezident İlham Əliyevi əmin etdi: "...öz andına həmişə…" - FOTO/VİDEO

02.07.2026 / 18:05
Kapitalist Amerikanın sosializmə keçidi başlandı - sosialistlər hücumda...

02.07.2026 / 18:02
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

02.07.2026 / 17:56
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində... - FOTO

02.07.2026 / 17:44
Tramp NATO ölkələrini yenə tənqid etdi – hamıdan çox xərcləyirik, ancaq faydasını görmürük...

02.07.2026 / 17:30
ABŞ-İran danışıqlarının növbəti raundu 18 iyulda keçiriləcək...

02.07.2026 / 17:22
Uşaqların sosial şəbəkələrə yox, sosial şəbəkələrin uşaqlara çıxışı məhdudlaşacaq - dünya nəhayət "açarı tapdı"...

02.07.2026 / 17:09
108 ildir insanların və gələcəyin keşiyində - VİDEO

02.07.2026 / 16:40
Azərbaycan ÜDM-də rəqəmsal iqtisadiyyatın payını artırır - hədəf göstərildi...

02.07.2026 / 16:31
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı

02.07.2026 / 16:14
Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

02.07.2026 / 16:06
"Bütün yollar Azərbaycana aparır" - Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bir arada...

02.07.2026 / 15:50
108 il qanunun keşiyində - VİDEO

02.07.2026 / 15:45
Rəqəmsal İnkişaf Şurası konkret hədəflərə yönəldi - vətəndaşlara dövlət xidməti tam dəyişəcək...

02.07.2026 / 15:16
Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

02.07.2026 / 14:52
Gürcü məmurlar İrəvandakı qondarma genosid abidəsinə xüsusi baş əyir...Niyə?

02.07.2026 / 14:17
Paşinyan bu dəfə spiker vəzifəsini Simonyana vermədi, o da mandatdan imtina etdi...

02.07.2026 / 14:01
Aİ Avropaya ixracı təşviq etmək üçün Ermənistana bir qrup ekspert göndərəcək...

02.07.2026 / 13:46
Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu – Moskvadan sərt açıqlama...

02.07.2026 / 13:32
Bir əsr Asayişin Keşiyində

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ