2016-cı ildən sonra Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki qanunsuz silahlı birləşmələrə qoşulma halları qeydə alınmayıb. “Trend”in məlumatıma görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.
S.Heydərov vurğulayıb ki, qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar da səhv etdiklərini, aldandıqlarını etiraf ediblər: “Məsuliyyətə cəlb olunmuş şəxslərin ifadələrindən biz bunu görürük, eləcə də onların yaxınları, qohumlarından da eşidirik”.