27/01/2020 01:50
728 x 90

3-cü mikrorayon bazarında yanğın… bəzi yollarda hərəkət tam məhdudlaşdırıldı, ərazidə elektrikin verilişi dayandırıldı

img

Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yağın baş verib.

Baki-xeber.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın söndürülüb.

"Bir qədər əvvəl Nəsimi rayonu "3-cü mikrorayon bazarı" yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində və Ceyhun Səlimov küçəsində, eyni zamanda 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb". Bu barədə isə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Bununla yanaşı hazırda dairədəki körpünün üzərində Ziya Bünyadov istiqamətində tıxac müşahidə olunur: "Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətdə hərəkət etməmələrini xahiş edirik. Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir".

Bakının Nəsimi rayonu ərazisindəki 3-cü mikrorayon bazarında baş verən yanğınla bağlı əraziyə elektrik enerjisinin verilişi dayandırılıb. Bu barədə Trend-ə "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.Onun sözlərinə görə, elektrik enerjisi Fövqəladə Hallar Nazirliyinin tələbi ilə dayandırılıb: "Fövqəladə Hallar Nazirliyinin tələbi ilə bazarın elektrik enerji verilişi xəttinin açmışıq".

Son xəbərlər