23/11/2019 00:16
728 x 90

Nəsimi İcra Hakimiyyəti 9 noyabr – Bayraq Gününə həsr edilmiş bayram tədbiri keçirdi - FOTO

img

Noyabrın 8-də Nəsimi rayon İcra Hakimiyyəti Mudafiə Nazirliyinin N saylı hərbi hissəsində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi veteranlarının iştirakı ilə  Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə  tədbir keçirib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan hərbi qulluqçu,  polkovnik leytenant.Zaur Həmidov  tədbir iştirakçılarını Dövlət Bayrağı günü münasibətilə təbrik edərək, çətin və şərəfli fəaliyyətlərində onlara  yeni-yeni uğurlar arzulayıb.

Sonra Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını  təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və Azərbaycan Xalq Cümhuriyyəti süqut edənədək  dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.  

Asif Əsgərov qeyd edib ki, Prezident İlham Əliyev xalqımızın mənəvi dəyərlərinə və dövlət rəmzlərinə böyük önəm verir. Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı gününün təsis olunması bunun bariz nümunəsidir. Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. A.Əsgərov “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlıda, Lələtəpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalacağına əminliyini bildirib.

Daha sonra Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək, tədbirdə iştirak edən hərbiçiləri təbrik edib, onlara hərbi xidmətlərində uğurlar arzulayıb. Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Daha sonra tədbir Milli Konservatoriya tərkibində Musiqi Kollecinin nağaraçılar qrupunun və xalq çalğı alətləri ansanblının, incəsənət ustaları- Şahin İsmayilovun, Rövşən Əzizin iştirakı ilə konsert proqramı ilə  davam  edib.

Baki-xeber.com


 

 

Son xəbərlər