Bazar günü günü, 27 sentyabr 2026
     

Alın yazısı hədər yazılmır...!

Image


Bayramınız Mübarək, əziz Müəllimlər!

Bu dünyada iki nəfərin haqqı ödənməz deyiblər, bir ANANIN, bir MÜƏLLİMİN! Bu heç kəsin inkar edə bilməyəcəyi həqiqətdir. Kamal Abdullanın bir şeirində deyildiyi kimi, “Alın yazısı hədər yazılmır... “ Bu doğrudan da belədir, müəllimlik bizim alın yazımızdır və bu fikrə şeirdən süzülüb gələn anlamlarla davam etmək istərdim...

Kim xatırlayar, nədən başladıq,

Bu ömür ki var - əvvəli hanı?

Necə yaşadıq, necə yaşlandıq,

Payız da bitir - xəzəli hanı?

Sənin özünün Allahın varmış,

Sənin gözünün içində imiş

Sənin Allahın daha cavanmış,

Sənin Allahın daha gözəlmiş.

Alın yazısı hədər yazılmır,

Qayıdacaqdın - taleyin budur.

Sənin üzündə kədər yazılıb,

Gözün doludur, qəlbin doludur.

Bütün peşələr özəl xüsusiyyətlərinə görə müəyyən əhəmiyyət daşıyır və əlbəttə ki, hamısı həyatımızda önəmli yer tutaraq vacib hesab olunur. Amma müəllimlik peşəsi xarakter və prinsip etibarilə bütün peşələrdən öndə gedərək zirvədə dayanır. Özünəməxsus cəhəti “Docendo discimus”, yəni daim öyrədərək daha çox öyrənməklə, bəşər övladlarının gələcəyinə məsuliyyət daşımaqla düzgün istiqamətlərə yönəltmək, dünyagörüşlərinin formalaşmasında mənəvi-intellektual dəstək olmaq, daimi yaradıcılığın inkişafında mühüm rol oynamaqdan ibarətdir. Saf və pak sənət olması baxımından daim cəmiyyətdə seçilən müəllimlik peşəsinin iş prinsipi birbaşa və müntəzəm elmi-nəzəri-praktiki biliklərlə əlaqədar olub, daim özünü inkişaf etdirməklə yanaşı tələbələri də inkişafa sövq etmək kimi ciddi missiyaları öz üzərinə götürən məsuliyyətli və çətin bir peşədir. İllərdir bu sahədə külüng vuran, tanıdığım müəllim ordusunun önündə addımlayan yalnız bir neçə müəllim adlarını sadalamq istərdim. Eyni ali təhsil müəssisəsində təhsil aldığım və çalışdığım zaman kəsiyində onların pedaqoji sahədə uzun və uğurlu yollarının şahidi olmuşam. Əsl ziyalı, bilikli, elmli şəxsiyyətlər olaraq yaddaşımızda xüsusi iz qoyan, elmi və qələmi ilə bu gün də xalqına və millətinə xidmət edən hörmətli akademik, xalq yazıçısı Kamal Abdulla, gənc müəllim və alimlərin elmi mühazirələrini maraqla izlədiyi hörmətli professor Qorxmaz Quliyev, dilçilik sahəsində öz möhürünü vurmuş dəyərli alim professor Fəxrəddin Veysəlov, hər zaman dünyagörüşü ilə seçilən və gözəl həmsöhbət olan professor Nailə xanım Sadıxova, yaddaşlarda iz qoyan, elmə, vətəninə və xalqına sevgini ehtiva edən cəssarətli çıxışları ilə sevilən professor Məsmə xanım Qazıyeva, yüksək inteligenti, şəxsiyyəti, gözəl insani keyfiyyəti ilə kafedra rəhbəri kimi hamının çox sevdiyi və hörmət bəslədiyi Ədalət xanım Abdiyeva, Sevdagül xanım Əliyeva, kafedra rəhbəri kimi gözəl idarəçiliyi və alicənablığı ilə seçilən dosent Şaban Şabanov, işləməkdən yorulmayan, elmi işlərə məsuliyyətlə rəhbərlik edən, ciddi və haqqlı iradlarıyla seçilən dosent Sevinc xanım Zeynalova, elmi işlərin fəal təşkilatçısı Sevda xanım İmanova və magistrlərdən tutmuş elmlər namizədlərinə qədər bir çox müəllimin elmi işlərinin ərsəyə gəlməsində xüsusi zəhməti olan dosent Dilbər xanım Zeynalova, uzun illər yüksək intellekti ilə bizlərə örnək olan professor Dilarə xanım İsmayılova, Serbiya və digər xarici dövlətlərdə Azərbaycan mədəniyyətini və elmini layiqincə təmsil edən, tanıdan dosent Lalə xanım Məcidova, kübarlığı, yüksək mədəniyyəti və bacarığı ilə rəhbərlik etdiyi kollektivdə böyük hörmət və sevgi qazanan dosent Nərgiz xanım Seyidova, ziyalı ailənin layiqli davamçısı dosent Aytən xanım Hacıyeva, müəllimlərin hüququnun layiqli müdafiəçisi dosent Misgər Məmmədov və gözəl insan, gözəl dost müsiqi üzrə mütəxəssis Gülnarə xanım Quliyeva kimi neçə-neçə yüksək şəxsiyyətli pedaqoq ordusu olduqca Azərbaycanın gələcəyinin ümidverici və gözəl olmasına inam daha da artır. Birmənalı şəkildə qeyd edə bilərik ki, adları sadalanan ziyalılarımızla yanaşı, adlarını çəkə bilmədiyimz neçə-neçə hörmətli ziyalı müəllimlərimiz vardır ki, onların varlığı və zehni əməyi Azərbaycan xalqına böyük töhfədir. Öz müəllimlərimizə ehtiram əlaməti olaraq onu da mütləq vurğulamalıyıq ki, bugün biz müəllimlərin mütəxəssis kimi yetişməsində bizim də yüksək səviyyəli müəllimlərimiz olmuşdur. Bir çoxlarının artıq həyatda olmamalarına baxmayaraq, onların nurlu simaları əbədi olaraq qəlbimizdədir və onların dəyərli zəhməti bizim bugünkü fəaliyyətimizdə yaşayır və yaşayacaq. Bizim peşənin digər peşələrdən ən fərqli, maraqlı, ağır deməzdim, amma sonsuz zehni zəhmət tələb edən cəhətlərindən biri də odur ki, biz tək iş yerində öhdəliyimizi yerinə yetirmir, iş saatından sonra, bir sıra ailə-məişət məsələlərini yoluna qoymaqla yanaşı, gecə yarısınadək, masa üzərinə yorulmuş başımız əyilənədək öz sevimli işimizdən ayrılmadan çalışırıq...hətta məvacibimizin azlığı müqabilində belə, bunu nəzərə almadan belə... Nə deyim...Nə qədər zehni əmək sərf etsək də, etiraf etməliyik ki, MÜƏLLİMlik doğrudan da ŞƏRƏFLİ peşədir və bu böyük müəllim ordusu sıralarında xidmət edən hər bir müəllim şərəfli yoldadır... Zəhməti, əziyyəti qədər böyük olan adımız bizi cəmiyyətin önəmli , vacib və əhəmiyyətli şəxsi edir!.. Bu ada layiq olaq! Layiq olaq ki, layiqli, keyfiyyətli və dəyərli vətəndaşlar yetirə bilək!...Bu yolda sənə böyük uğurlar diləyirik, əziz MÜƏLLİM! Müəllim adının arxasında səbr, təmkin, bilik, bacarıq, humanistlik, təlim, tərbiyə, sözün əsl mənasında insanı fərddən şəxsiyyətə çevirən bir ali varlıq dayanır. Bu ada layiq olaq! Bu adın layiqli daşıyıcıları olmaq arzusuyla əziz MÜƏLLİMLƏR bayramınızı təbrik edir və sizlərə ÇOX SAĞ OLUN deyirik!

Nigar HAQVERDİYEVA
ADU-nun Beynəlxalq münasibətlər və Regioşünaslıq fakültəsinin nəzdində Xarici dillər kafedrasının baş müəllimi

P.S. Ancaq vacib olan bir məqamı, bunu da etiraf etmək olar, vurğulamaq istərdik ki, bizi yaxşı bir müəllim kimi yetişdirən, inkişaf etdirən həm də katablardır.Yəqin hamı razılaşar ki, hamımızın ən birinci və ən ümdə bir “müəllimi” var, o da KİTABdır. İstəməzdim müasir informasiya texnologiyalarının mühüm rol oynadığı bir dövrdə kitablar arxa plana keçsin, unudulsun, axı bizi biz edən, kamilliyə aparan möcüzə kitablardır, bu baxımdan bu günü həm də kitablarımızın da bayramı hesab etmək olar! 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "daha uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ