Cümə günü, 02 oktyabr 2026
     

Novruz çərşənbələri - el inancı, el saxlancı...

Image


Məhərrəm Qasımlı çərşənbələrin adlarının «su, od, yel və torpaq» olmadığını bildirir

Bu gün «əzəl çərşənbə»dir

Azərbaycan mədəniyyətində, adət-ənənələr sistemində, həyat tərzində çox əlamətdar hadisələr var ki, onlar bizim dünyagörüşümüzün formalaşmasında mühüm əhəmiyyət daşıyır. Təbiət öz ecazkarlığı ilə hər zaman bizi təəccübləndirib, fəsillərin bir-birini əvəz etməsi ahəngi insanlara çox şeylər anladıb.
Maraqlıdır ki, hər fəslin öz gözəlliyi, öz dəyəri, öz əhəmiyyəti olduğu kimi, öz ayin və mərasimləri, bayramları da mövcuddur. Elə bir fəsil yoxdur ki, onun öz mərasimi, ayini olmasın. Ola bilər ki, bir zamanlar mərasimlərin, bayramların sayı daha çox olub, sonralar sadəcə müxtəlif məsələlər üzündən onların sırasında seyrəlmə müşahidə edilib. Buna baxmayaraq, elə mərasimlər var ki, indinin özündə də qeyd edilir. Bilirsiz ki, davamlı olaraq mərasim və bayramlarımız haqqında yazılar, araşdırmalar, ekspert fikirləri dərc edirik.
Novruz çərşənbələri barəsində, hər il olduğu kimi, bu il də silsilə yazılar hazırlayacağıq. Təbii ki, alimlərin tutarlı məlumatları, verdikləri bilgilər bu yazıların əsasını təşkil edəcək. İndiyə qədər böyük çillə, kiçik çillə, Xıdır Nəbi və boz ay haqqında ətraflı söhbət açmışıq. İndi isə Novruza qədər olan çərşənbələrlə dəyərli oxucuları tanış edəcəyik. Bu silsilədən olan keçən yazımızda qeyd etdik ki, müqəddəs çərşənbələr məsələsində mübahisəli məqamlar var. Burada söhbət çərşənbələrin adlarına münasibətdən gedir. Bilirik ki, son illər çərşənbələr su, od, yel və torpaq çərşənbəsi adı ilə tanınır. Bunun da, keçən yazımızda bildirdiyimiz kimi, «abi-atəş, xaki-bad» sistemi ilə əlaqədar olduğunu dəfələrlə mərasimşünas alimlər qeyd ediblər. Biz özümüz də doğulub boya-başa çatdığımız obalarda, kəndlərdə, mahallarda çərşənbələrin su, od, yel və torpaq adı ilə qeyd edildiyini duymadıq. Baba və nənələrimiz çərşənbələri başqa cür adlandırırdı. Nənələrimiz deyirdi ki, yeddi çərşənbə var, onlardan üçü oğru, dördü doğrudur. Təbii ki, bunlar maraqlı idi. Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı ata-babalarımızdan bizə miras qalan çərşənbə adları haqqında dəfələrlə oxucularımıza məlumat verib. Tarix elmləri namizədi, görkəmli türkoloq, etnoqraf Güllü xanım Yoloğlunun da bu sahədə araşdırmaları təqdirəlayiqdir.
Professor Məhərrəm Qasımlının qeyd etdiyinə görə, bayramlar çox olsa da, türk xalqı üçün ən əziz bayram Novruz bayramıdır. Professor bizimlə söhbətində bildirdi ki, gün-güzəranımız hər zaman bu ulu bayramın qədəmlərinin uğuruna, sayasına güvənib. Onun sözlərinə görə, əski çağlardan üzü bəri elimiz çillələr, Xıdır Nəbi, boz ay boyu Novruzun mübarək gəlişini gözləyə-gözləyə çal-çağırlı yığnaqlar qurub, bayrama yetməkdən ötrü vaxtı-zamanı söz-söyləmə ilə, düzgü-qoşquyla yorub yola salıb: «Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. İbtidai çağlara məxsus ilkin dünyaduyumu və arxaik mifoloji inanclardan qaynaqlanan yazı - yeni günü qarşılama mərasimi yüzillikləri çevrələyən tarixi təkamül prosesi nəticəsində zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına - Novruza çevrilib. Bu baxımdan Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. İbtidai sivilizasiyanın digər üzvləri kimi, qədim azərbaycanlılar da öz ətraflarında baş verən kosmoloji prosesləri, xüsusən də təbiət hadisələrini özünün ilkin bədii təxəyyülündə, ibtidai şəkildə olsa da, obrazlaşdırmağa çalışırdı. Həyatı çətinliyə salan, qida, istilik çatışmazlığı və başqa bu kimi sıxıntılarla imtahana çəkən qışın obrazı, heç şübhəsiz, ulu babalarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı. Ulularımız qışı dərd-bəla, müşkül, çətinlik kimi qəbul etdiklərindən, onu iki yerə bölərək «böyük çillə» (böyük çətinlik - dekabrın iyirmi ikisindən yanvarın otuz birinədək olan qırx günlük dönəm) və «kiçik çillə» (kiçik çətinlik - fevralın birindən iyirmisinədək olan iyirmi günlük dönəm) adlandırmışlar. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında «çillə qovan tonqal» deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə (qulaq falı, üzüksalma, oddan, sudan atlanma və s.) «çillə çıxartma», «çilləkəsmə» adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi «çillə» obrazında folklor biçimi qazandığını göstərir. Qışı-çilləni yola salmaq, yazı - yeni günü qarşılamaq məqsədilə keçirilən «Novruz çərşənbələri» adlı silsilə rituallarda da qədim azərbaycanlının təbiətə təsir etmək, onu mülayimləşdirmək, işığı, günəşi çağırmaq arzu-niyyəti öz əksini tapıb. «Oğru çərşənbələr» və «doğru çərşənbələr» adı ilə iki qismə ayrılan «Novruz çərşənbələri»nin ümumi sayı bəzi elmi ədəbiyyatlarda qeyd olunduğu kimi dörd yox, yeddidir. Sadəcə olaraq, onların dörd sonuncusu əsas çərşənbələr sayılır. Əsas çərşənbələrə qədərki üç çərşənbə el arasında «oğru çərşənbələr» adlanır və kiçik çilləyə düşür. İnama görə, «oğru çərşənbələr»də yazın nəfəsi oğrunca yer üzünə - suya, torpağa, ağaclara toxunub geri qayıdır, bu minvalla yaxın zamanlarda gəlib çıxacağına işarə etmiş olur. «Oğru çərşənbələr»dən sonra başlayan əsas çərşənbələr «doğru çərşənbələr» adı ilə tanınır».
Alim bildirdi ki, el inamına görə, «doğru çərşənbələr»də yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hopub onları oyadır. O qeyd etdi ki, yazın nəfəsi öncə suya toxunur və bununla da, el arasında deyildiyi kimi: «sulara ixtiyar verilir». Alimin sözlərinə görə, sulara ixtiyar verilməsi, daha doğrusu, suların ixtiyarının özünə qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxta-qış onu dondurub ixtiyarını əlindən ala bilmir: «İkinci çərşənbədə torpağa ixtiyar verilir. Torpaq qarını-buzunu əridib, nəfəsinin buğu ilə toxumu cücərdir, əkini dikəldir. Torpaqdan sonra növbə ağaclara çatır. «Doğru çərşənbə»nin üçüncüsündə ağaclara ixtiyar verilir. Həmin çərşənbədə ağaclar qış yuxusundan oyanır və tumurcuğa dolmağa başlayır. Ən sonda - axır çərşənbədə yazın nəfəsi canı-qanı olanları tərpədir - heyvanların, quşların, adamların qanı yerindən oynayır. Beləcə, yaşayış, varlıq yeni bir axara düşür. «Doğru çərşənbələr»in el arasında çeşidli adları var. Bu sıradan olan birinci çərşənbə «əzəl çərşənbə»dir. «Əzəl çərşənbə»yə Azərbaycanın müxtəlif bölgələrində «sular novruzu» və «yalan çərşənbə» də deyilir. İkinci çərşənbə «müjdəverən», «muştuluqçu», «külə», «kül», «xəbərçi» adları ilə tanınır. Üçüncü «gül çərşənbə»dir. Bu çərşənbədə rəhmətə gedənlərin ruhu xatırlanıb qəbir üstünə gedildiyindən, ona «ölü çərşənbəsi» və ya «ata-baba günü» də deyilir. Sonuncu, ən təmtəraqlı, təntənəli qeyd olunan «axır çərşənbə»dir. Çərşənbələrin ümumi sayının, yəni «oğru və doğru» çərşənbələrin birgə sayının yeddi olması təbii və qanunauyğundur. Türk folklor düşüncəsində evolyusion-irəliləyiş rəqəmləri təklik (3,5,7,9) sistemi üzərində qurulduğundan, çərşənbələr də, təbii olaraq, bu qanunauyğunluq içərisində sıralanmalıdır. XX əsrin səksəninci illərinin sonlarından başlayaraq əvvəlcə elmi ədəbiyyatda, az sonra isə kütləvi informasiya vasitələrində - televiziya, radio və qəzetlərdə Novruz çərşənbələrinin «yeni» - qurama adları görünməyə başlayıb, hətta «su çərşənbəsi», «od çərşənbəsi», «külək çərşənbəsi», «torpaq çərşənbəsi» kimi adlar orta məktəb dərsliklərinə də yerləşdirilib. Xalqımızın folklor və etnoqrafiya mədəniyyətində tarixən bu adların heç birisinə təsadüf olunmur. Bu gün folklor sərvətimizin daha saf şəkildə qorunduğu Cənubi Azərbaycanda - Təbrizdə, Urmiyada, Zəncanda heç kəsin yuxarıdakı uydurma çərşənbə adları barədə təsəvvürü belə yoxdur. Bu barədə hər hansı bir tarixi qaynaqda da söz açılmır. Azərbaycanda səksəninci illərin sonlarından əvvəl bu adların mövcudluğunu əks etdirən hər hansı bir mənbə yoxdur. Elə isə bu adlar haradan və necə uydurulubğ Həyatı, yaranışı şərtləndirən məşhur «abi-atəş-xaki-bad» dördlük sistemi farscadan tərcümə edilərək buradakı hər bir ünsürə uyğun şəkildə bir çərşənbə adı (ab- su, atəş-od, xak-torpaq, bad-külək) düzəldilib. Bu adların çərşənbə adı kimi qeyri-dəqiqliyi sıravi məntiqlə də ortaya çıxır: hansı çərşənbə axşamında od yandırılmır? Elə isə «od çərşənbəsi» adlı ayrıca bir çərşənbənin olması hansı məntiqə əsaslanır? Bəzilərinin qondarma təxəyyül məhsulu kimi ortaya çıxardığı bu adların «folklorlaşdırılması» istiqamətində kor-koranə şəkildə kütləvi təbliğatın aparılması təəssüf doğurur.
Çərşənbələrdə (daha dəqiq desək, çərşənbə axşamlarında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü-lopa atılması, bayram süfrəsi düzəldilməsi ululardan qalma qədim el adətidir. Tonqal qalamaq, oddan atlanmaq, başı üzərində yanar fişəng, lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşü ilə bağlı bir məsələdir. İşığın, Günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə neqativ səciyyəli yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis-şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od Günəşin rəmzi kimi düşünülürdü. Çillədən - qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin - yazın çağırılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: ağırlığım, uğurluğum tökülsün, bu odda yansın, - söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda - mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Yeri gəlmişkən, aydınlıq üçün deməliyik ki, bir sıra araşdırıcılar Novruz mərasimindəki od-tonqal ünsürünü yalnız zahiri əlamətlərinə istinadən yanlış olaraq atəşpərəstliklə bağlayırlar. Bəllidir ki, atəşpərəstlər odu ilahiləşdirərək ona sitayiş edirdilər. Oda Novruz mərasimindəki yanaşma ilə atəşpərəstlik dini - Zərdüşt sisteminin yanaşması arasında kəskin fərq var. Atəşpərəstlər öz nəfəslərinin belə od-atəşə toxunmasını yasaq saydıqları halda, Novruz mərasimində od-tonqal üstündən atılan mərasim iştirakçıları: «ağrım-acım tökülsün, bu odda yansın» - mövqeyindən çıxış edir, öz çillələrini, ağırlıqlarını, dərd-bəlalarını odun üstünə töküb orada yandırmaq istəyirlər. Deməli, Novruz mərasimindəki od ünsürü «Avesta» - atəşpərəstliklə bağlı deyil. Bu, odu-atəşi-işığı-günəşi xilaskar sayan, onun həyatı, yaşayışı ağrı-acıdan, müşküldən, sıxıntıdan qurtaran təmizləyici, saflaşdırıcı bir magik qüvvə olduğunu qəbul edən əski türk mifoloji inancıdır! Bəs Novruza qədərki çərşənbə mərasimlərinin icrası üçün niyə məhz həftənin ikinci günü - çərşənbə axşamı seçilib? Bilindiyi kimi, el inamına görə, çərşənbə axşamı ağır gündür, uğurlu, düşərli sayılmır. Bu səbəbdən həmin gün nəsə bir işin binəsini - başlanğıcını qoymaq, ev tikintisinə başlamaq, toy-düyün etmək, səfərə yollanmaq, elçi getmək və s. məsləhət bilinmir. Sınayıblar ki, çərşənbə axşamında başlanan iş uğur gətirməz. Görünür, çillədən çıxmaq, dərd-bəlanı, ağrı-acını bu ağır günün üstünə tökmək, qarşıdakı günlərə, xüsusən də ilaxır çərşənbə axşamından sonra gələn Novruza arınıb durulmuş halda, saf ruh, pak, sağlam bədənlə getmək el inancına daha uyğun bilinib. Bu barədə görkəmli maarifçi Məhəmməd ağa Şahtaxtinskinin 1880-ci ildə Tiflisdə çıxan «Obzor» qəzetində çap etdirdiyi «Novruz bayramı» məqaləsində də söz açılıb. Həmin mötəbər qaynaqda deyilir: «Çərşənbə ağır gün, ilaxır - ilin axır çərşənbə axşamı isə ondan betər hesab olunur. Odur ki, çərşənbənin ağırlığını yüngülləşdirmək üçün müxtəlif vasitələrə əl atırlar. Deyilənə görə, axır çərşənbəni quş kimi ötüb keçməyən adam təzə ildə dərd-sərə tutulur». İlaxır çərşənbədə icra olunan bütün mərasim, oyun və əyləndirici vasitələr bütövlükdə bir tam halında yüngülləşdiricilik, saflaşdırıcılıq funksiyası daşıyır və həmin funksiya yeni ovqatın, yeni ruhun - yaz ovqatının, yaz ruhunun, yeni günün - yaz gününün gəlişi və qəbulu üçün psixoloji-estetik zəmin hazırlayır...».
Alimin sözlərinə görə, Novruz süfrəsinə bol nemətlərin düzülməsi də yeni ildən xeyir-bərəkət, bolluq-firavan həyat diləmək arzu-istəyini simvollaşdırır. Onun dediyinə görə, süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə inamla bağlıdır. Azərbaycanın bir sıra bölgələrində (Ordubad, Təbriz, Urmiya və s.) ilaxır çərşənbənin «yeddi ləvin bayramı» adı ilə tanınması da bu səbəbdəndir: «Yazın gəlişinin daha yaxın iqlim qurşağında olan xalqlar tərəfindən eyni zamanda bayram edilməsi tamamilə təbiidir. Novruzun qırğız-qazax-tacik, yaxud özbək-əfqan, eləcə də Azərbaycan-Anadolu-İran-İraq oxşarlıqları bu baxımdan, bir çox başqa cəhətlərlə yanaşı, coğrafi şərait və iqlim uyğunluğundan irəli gəlir. Bununla belə, Novruzla bağlı sırf elat həyat tərzindən gələn mərasim-tamaşalar təbiətin oyanışı, ilin yeniləşməsi, güzəranın, yaşayışın canlanıb qaynaması ilə bağlı yaranıb və istisnasız olaraq hamısı türk bədii təxəyyülünün məhsullarıdır. Məsələn, Azərbaycan Novruzunun mühüm atributu olan «kosa-kosa» mərasimində «kosa» - köhnə ilin təmsilçisi olan qocalmış keçi obrazında çıxış edir və mərasimin sonunda oyun - tamaşaya daxil olan yeni, gənc keçi tərəfindən qovulur və ya öldürülür. Burada məclisə yeni gələn, gənc keçi yeni ilin, məclisdən qovulub uzaqlaşdırılan kosa - köhnə keçi isə köhnə ilin simvolu kimi düşünülüb. Bu sıradan olan bir çox folklor örnəkləri Novruzu bayram kimi qeyd edən başqa xalqların (fars, tacik, ərəb) yazı qarşılama mərasimlərində müşahidə olunmur.
Yuxarıda adı çəkilən mərasim-tamaşaların, xüsusən də sayaçı mərasiminin yurdumuzda keçirilən Novruz - yeni gün şənliklərində folklor kollektivləri tərəfindən icra-ifa edilməsi soykökə, qan yaddaşına qayıdış üçün son dərəcə gərəkli və əhəmiyyətlidir».
(Ardı növbəti çərşənbədə)

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:07
Prezident İlham Əliyev: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - FOTO

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ