Cümə günü, 06 noyabr 2026
     

Mətbuat Şurasında Umud Rəhimoğlunun 65 illik yubileyi ilə bağlı toplantı keçirilib - FOTO

Image


Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri, əməkdar mədəniyyət işçisi Umud Rəhimoğlunun 65 illiyinə həsr olunmuş toplantı keçirilib. U.Rəhimoğluya həsr olunmuş və yenicə çapdan çıxmış “Təmənnasız missiya” kitabının təqdimatı kimi də yadda qalan tədbiri giriş sözü ilə MŞ sədri Rəşad Məcid açıb, yubilyarın keçdiyi ömür yolundan bəhs edib.

R.Məcid bildirib ki, U.Rəhimoğlu həyatını Azərbaycan naminə əməli fəaliyyətə həsr etmiş istedadlı həmkar, bacarıqlı təşkilatçı və dərin mənəvi keyfiyyətləri özündə birləşdirən ziyalı, xeyirxahlıq, fədakarlıq və zəhmətkeşlik nümunəsidir. Qurucusu və rəhbəri olduğu BAMF da onun nümunəvi obrazının geniş platformasına çevrilmiş təşkilatdır. Bu təşkilat BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvüdür. Mövcud amplua, eləcə də U.Rəhimoğlunun təbiətindən irəli gələn dərin keyfiyyətlər ən çətin dövrlərdə - torpaqlarımızın işğal altında olduğu dönəmlərdə təşkilatı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, bir növ, mayaka çevirdi. BAMF xarici media nümayəndələrinin cəbhə xəttinə yaxın ərazilərimizə yüzdən artıq səfərini reallaşdırdı, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərlə bağlı obyektiv məlumatların beynəlxalq aləmə çatdırılması istiqamətində müstəsna xidmətlər göstərdi.

R.Məcid çıxışında, həmçinin, U.Rəhimoğlunun Azərbaycanın beynəlxalq media müstəvisindəki əməkdaşlığının qurulmasına da mühüm töhfələr verdiyini vurğuladı. O bildirdi ki, yubilyar dünyanın tanınmış media qurumlarını özündə birləşdirən Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin, Nobel Sülh Mükafatı laureatı olan Beynəlxaq Sülh Bürosunun Ali Şurasının üzvü və qurumun 18 Qərbi Asiya ölkəsi üzrə nümayəndəsi kimi də Azərbaycan naminə çalışıb, habelə ölkəmizin təbliği istiqamətində çoxsaylı təşəbbüslər irəli sürüb və reallaşdırıb. MŞ sədri U.Rəhimoğlunun ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasındakı və inkişafındakı xidmətlərinin də müstəsna əhəmiyyət daşıdığını vurğuladı. “Ayrıca onu da deyim ki, onun rəhbərlik etdiyi təşkilatın Qarabağ münaqişəsi ilə bağlı 10-dan yuxarı bəyanatı BMT–nin rəsmi səhifəsində dərc edilmiş, BMT-nin Nyu York, Cenevrə ofislərində Azərbaycan həqiqətləri ilə bağlı paralel sessiyalar, tədbirlər keçirilmiş, çoxsaylı nəşrlər, müraciətlər hazırlanmışdır. BMT-nin Cenevrə ofisində BAMF-ın təmsilçisi vasitəsi ilə erməni vandalizmi, erməni işğalçılıq siyasəti haqda hazırlanan bəyanat dünya liderlərinin çap olunduğu “Diva İnternational Diplomat” və “Diva İnternational Geneve” jurnallarında nəşr edilərək BMT-nin bütün ofislərində yayılmışdır”, - deyən R.Məcid əlavə edib ki, U.Rəhimoğlu CNN, BBC, Əl-Cəzirə, CGTN, DND və dünya miqyasında məşhur digər televiziya kanallarında ölkəmiz haqqıda məlumatların yer almasını təmin edib, dünyadan və xüsusilə münaqişə bölgələrindən obyektiv informasiya verilməsi məqsədi ilə 2015-ci ildə yaradılan və 5 dildə (ingilis, rus, türk, ərəb, azərbaycan) yayımlanan “Avrasiya Gündəliyi” analitik-informasiya saytının daxil olduğu “Avrasiya Media Şəbəkəsi”ni formalaşdırıb. Yubilyar, həmçinin, 44 günlük Vətən Müharibəsi dövründə Tərtər, Bərdə, Gəncə, Ağdam, Goranboy, Füzuli istiqamətindəki ən qaynar nöqtələrdən 40-dan çox televiziya reportajını və 100-dən çox canlı yayımı dünyaya təqdim edən “Əl-Cəzirə” telekanalını Azərbaycana dəvət və müşayət edib. R.Məcid bütün bunlara görə U.Rəhimoğlunun Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunduğunu bildirib və diplomu ona təqdim edib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov U.Rəhimoğlunu media məkanımızda öz dəst-xətti ilə seçilən həmkar kimi xarakterizə edib və bildirib ki, onun ən böyük xidməti torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətindəki fəaliyyətə göstərdiyi əməli dəstəkdir.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müşaviri, yazıçı-publisist Orxan Fikrətoğlu çıxışında U.Rəhimoğlu obrazını səciyyələndirən xüsusiyyətlərdən söz açıb. Bu mənada onun vətənpərəvər ziyalı və sadiq dost keyfiyyətlərini qabardıb və deyib ki, yubilyar Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə bəyan edilməsində etibarlı bələdçi rolunu oynayıb.

Milli Məclisin deputatı Azər Allahverənov U.Rəhimoğlunu vətəndaş cəmiyyəti müstəvisində öz alqoritmi olan ziyalı və yurd təəssübkeşi kimi səciyyələndirib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, yubilyar peşəkarlıqla şəxsi düşüncəni məharətlə birləşdirməyi bacaran, çoxşaxəli fəaliyyət diapazonu ilə seçilən xarakterə malikdir.

Eyni fikir davam etdirən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xeyirxahlığı ilə də cəmiyyətdə tanınan U.Rəhimoğlunun yaratdığı BAMF-ın, eyni zamanda, oturuşmuş məktəb funksiyası yerinə yetirdiyini və bu məktəbin müdavimlərinin ölkəmizin ictimai həyatında fəal mövqe tutduqlarını vurğulayıb.

Yubilyarı gözəl dost, qayğıkeş və həssas ailə başçısı kimi xarakterizə edən məqamlardan söz açan MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov onu da bildirib ki, U.Rəhimoğlu incə ruhlu şair təbiətinə malik olmaqla, poeziyamız üçün də müstəsna tapıntıdır.

Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir U.Rəhimoğlunun fəaliyyətinin xalq diplomatiyasının bariz örnəyi, sülhyaratma missiyası olduğunu vurğulayıb, ona işlərində müvəffəqiyyətlər arzulayıb.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə çoxdan tanıdığı yubilyarın fəaliyyəti ilə eyni zamanda müdrik missiya yerinə yetirdiyini bildirib və bu mütərəqqi missiyanın davamlılığının zəruriliyini əsaslandırıb.

Bakı Dövlət Universitetini Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli U.Rəhimoğlunu təmənnasız cəsarət sahibi kimi dəyərləndirib və onun bu keyfiyyətinin xalqa xidmət amalı ilə çulğalaşdığını deyib.

Yubilyarı ötən əsrin 80-ci illərinin sonları – 90-cı illərinin əvvəllərindən, yəni xalq hərəkatı dövründən tanıdığını deyən Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında onun gözəl şairlik keyfiyyətlərini qabardıb.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, U.Rəhimoğlu öz həyat hekayəsinin müəllifi və qəhrəmanıdır. Bu qəhrəmanın ictimai həyatın müxtəlif sahələrində təmsil olunan çox şəxsin ömür yolunda izinin olması ötən 65 ilin ən böyük mükafatıdır.

“Umud Rəhimoğlu əməl adamıdır. Yorulmaz adamdır, işdən, çalışmaqdan bezməyən, usanmayandır”, - deyən yazıçı, şair və publisist Vaqif Bəhmənli yubilyarla bağlı xatirələrini bölüşüb, onun həssas keyfiyyətlərinin üzərində dayanıb.

U.Rəhimoğlunun 65 illiyi münasibəti ilə yazılmış “Təmənnasız missiya” kitabının müəllifi, yazıçı, şair və jurnalist Gülşən Behbud çıxışında bildirib ki, yubilyar Vətən naminə iş görmək lazım olanda daim öndə dayanmağı bacarır və bu cəhət onun ən ümdə keyfiyyətlərindəndir.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, U.Rəhimoğlu ölkəmiz üçün vacib işlərin görülməli olduğu anlarda zaman və məkan anlayışı tanımır, özünün fədakarlığı ilə bütün vəzifələrin öhdəsindən gəlməkdə misilsiz nümunəvilik göstərir.

MŞ sədrinin müavini, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu çıxışında U.Rəhimoğlunun fakültənin tələbələrinə göstərdiyi daimi dəstəyi xatırladıb və bildirib ki, yubilyarın rəhbərlik etdiyi BAMF gənclər üçün real və oturuşmuş təcrübə platforması, biliklərini nümayiş meydanıdır.

Toplantıda çıxış edən Sahil Kərimli təmsil olunduğu Trend Beynəlxalq İnformasiya Agentliyinin U.Rəhimoğluna təbriklərini, xoş arzu və duyğularını çatdırıb. MŞ İdarə Heyətinin üzvləri Bəhruz Məmmədzadə, Hacıbəy Heydərli, Ceyhun Musaoğlu və Yadigar Məmmədli də çıxışlarında təbriklərə qoşularaq U.Rəhimoğlu zəhməsevərliyinin örnək cəhətlərinə, nəcib və qayğıkeş xarakterinə diqqət yetiriblər. Digər çıxış edənlərdən publisist Rəhilə Gülgün, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, həmin qurumun sədr müavini Əminə Yusifqızı, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə, İTV telekanalının departament rəhbəri Anar Yusifoğlu, “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həziyev, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, tanınmış jurnalist Fuad Abbasov, “Baku Network” Ekspert Platformasının direktoru Elçin Alıoğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, yubilyarın övladı Oğuz Mirzə və başqaları U.Rəhimoğlu şəxsiyyətini xarakterizə edən keyfiyyətlərə diqqət yetirib, onun Azərbaycanda ictimai sektorun və medianın inkişafına eyni dərəcədə töhfə verdiyini vurğulayıb, xatirələrini bölüşüblər.

Sonda çıxış edən U.Rəhimoğlu barəsində deyilən xoş sözlərə, qədirbilənliyə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib, həyat yoluna verilən qiymətin onda yeni səmərəli fəaliyyət üçün stimul verdiyini, böyük ruhyüksəkliyi yaratdığını deyib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ