Bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamla Gömrük Komitəsinin əməkdaşı Fuad Məmmədovu general-mayor rütbəsi ilə təltif etməsi ətrafında ziddiyyətli xəbərlər dolaşır.
Bəzi məlumatlarda Fuad Məmmədovun atası Orxan Məmmədovun "Bp"-də vitse-prezident olduğu deyilir. Az sonra xəbər təkzib olundu və generalın atasının sadə müəllim olduğu deyildi.
Həqiqət haradadır? Ən gənc general olduğu deyilən Fuad Məmmədovun atası ixtisas və peşə eribarilə kimdir?
Bizcə, sualın ən doğru cavabını general-mayorun özü və ya Gömrük Komitəsi açıqlayana qədər başqa müxtəlif xəbərlər də yayılacaq...
Lazımdırmı…
Əli Turabov