Cümə günü, 06 noyabr 2026
     

Xeyrəddin Qoca Gömrük Komitəsini sərt tənqid etdi

Image


Xeyrəddin Qoca özünün Facebook sosial hesabında Dövlət Gömrük Komitəsi haqqında böyük bir status paylaşıb. Statusda deyilir:

- Mən bu yazını yazmaya da bilərdim. Müxtəlif orqanlara şikayətlərimizə cavab verilmədi...

Azərbaycan Dövlət Gömrük Komitəsində işləyən qızım Aygün Qocanın 12 il, 6 yaşından etibarən qızını evdə tək qoyub möhnət çəkə-çəkə yayın istisində, qışın soyuğunda zülmlə ora gedib-gəlməsi, katorqa qaydalarını gördükcə hər gün əsəbiləşməsi, əsəblərinin son həddə çatması, buna baxmayaraq işinə məsuliyyətlə yanaşması və ciddi səyi nəticəsində polkovnik-leytenant rütbəsinə yüksəlməsi, attestasiyanı bəhanə edərək vəzifəsinin ikiqat aşağı salınması (DGK-nın Gömrük tarifləri şöbəsində çalışırdı. Vəzifəsi bir pillə endirilərək böyük inspektor təyin olundu . 2025-ci il 10 dekabr tarixli əmrlə isə özünün razılığı olmadan və ixtisasına tamamilə zidd olan Katibliyin qərarlarının icrasına nəzarət (kargüzarlıq) şöbəsinə yerdəyişmə edildi. Bu əmr qanunsuzdur!) onun işinin sonlandırılması deməkdir.

İndi nəvəmin 18 yaşı var, universitet tələbəsidir. Onu oxutmaq, qayğısına qalmaq lazımdır. Əlbəttə, qızımın və nəvəmin yaşaması üçün maddi vəsait olmalıdır. Bir sözlə, bu tale məsələsidir...

Bütün bunlardan ümidimiz kəsilir, nə var, nə var, Şahin Bağırov kimi birisi Gömrük Komitəsində "Gestapo" rejimi həyata keçirir!

Sıravi əməkdaşlar üçün orada işləmək cəhənnəm əzabına çevrilib! Belə rəhbər işçilər təkcə tabeçiliklərində olanlara yox, dövlətə, dövlətçiliyə də zərər vururlar!

Ulu Öndərimiz deyirdi: "Vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər şey onun ağlından, biliyindən asılıdır.

Əgər səlahiyyət sahibinin zəkası və mədəniyyəti yoxdursa yüzlərlə insan taleyini şikəst edir və sonda özünü də məhv edir.

Nəhayət, ən pisi odur ki, belə münasibət vətəndaşın dövlətə olan inamını darmadağın edir, kökündən sarsıdır".

Əslində, məni daha çox narahat edən də dövlətimizə qarşı olan bu cür təxribatlardır!

Keçək əlahəzrət faktlara:

1.Dövlət dəftərxana ləvazimatları və əməkdaşların geyimi üçün milyonlarla manat pul ayırır. Lakin bütün geyimləri işçilərin əksəriyyəti öz pulları ilə tikdirirlər və bu geyimlər olduqca bahadır. Hər hansı geyimi, adicə gömrük papağını da istəyəndə deyirlər "gedin, maaşınızdan alın". Bəs dövlət tərəfindən ayrılan pullar hara gedir?

2. Komitənin təzə binası istifadəyə verilib. Pəncərələri açılmır. Xüsusilə isti havalarda nəfəs almaq mümkün olmur. Türmədə olduğu kimi, gündə 2 dəfə 20 dəqiqəliyə hava almağa icazə verirlər, onun da 10 dəqiqəsi lift gözləməklə keçir.

Təzə bina qəzalıdır, qazanxanadan bəzən dəhşətli uğultu gəlir. Fəhlələrin bildirdiklərinə görə, qazanların biri partlasa adamların tikəsini tapmaq mümkün olmayacaq.

3. Mətbəxdə yemək yeməyə qoymurlar, deyirlər "düşün bufetdə yeyin". Bufetdə də yemək yoxdur, 1 ildir işləmir, əməkdaşlar evdən gətirdikləri yeməyi qızdırmaq üçün cəmi 2 ədəd qızdırıcıdan istifadə edirlər ki, nəticədə növbə yaranır.

4. Sıravi əməkdaşlar heç bir tədbirə dəvət edilmir, onları yalnız müharibə mövzusunda filmlərə, şəhid qəbirstanlıqlarına ziyarətlərə və mənasız iclaslara çağırırlar.

5. Ezamiyyətlərə eyni adamları - rəhbər işçiləri, özlərinin seçdikləri əməkdaşları göndərirlər.

Sıravi əməkdaşlar heç yada düşmür! "Seçilənlər" dünyanın bütün ölkələrinə, ən çox İsveçrəyə gedirlər!

6. Hər gün xidməti qeyd gəlir, işçilərə gün verib işıq vermirlər.

7. İşə 1 dəqiqə gecikməyə görə izahat alıb, töhmət verirlər. Hər şeyə qadağa qoyurlar, heç nədən işçilərə töhmət verirlər.

8. Təcrübəsiz gəncləri nəyə görəsə rəis vəzifəsinə təyin edirlər. Adını qoyurlar ki, "gəncləri qabağa çəkirik".

9.Attestasiya keçirib, istəmədikləri adamların vəzifələrini aşağı salır, bəzilərini işdən uzaqlaşdırıb, yerlərini təmənnalı şəkildə başqalarına verirlər. Məsələn, Şirvan rayonunun post rəisi attestasiyadan aşağı bal yığdığına baxmayaraq, onu Aksiz idarəsində baş əməliyyat müvəkkili vəzifəsinə təyin etdilər.(?!)

10. Günaşırı mikrofonla anons verirlər ki, "daxili test məqsədi ilə yoxlanışdır, narahat olmayın", filan-filan...

11. Attestasiyadan əlavə 2 gündən bir daxili imtahan keçirilir. Güya komitəni "təmizləyib" çıxarılanların əvəzinə öz adamlarını işə götürürlər, bəzi işçilərini postlarda narkotik buraxmaq adı ilə tutdururlar. Bir sözlə, yer açmaq üçün bütün fəndlərə əl atırlar! Bu əməllər kadrlar şöbəsinin rəisi Vüqar Əsgərovun əllaməlikləri ilə baş tutur. Vüqar özünü külli-ixtiyar sahibi kimi aparır, özbaşınalıq edir, qadınları otağına çağırır, onları aşağılamaqdan zövq alır.

12. İş yerində qorxusundan heç kim bir-birinə salam verə bilmir. Hamını bir-birinə düşmən salıblar!

"Virtual gigiyenaya diqqət edin" deyə əməkdaşlara məktub göndərirlər. Bu nə deməkdir?

13. Binada kiçik bir hadisə baş versə, liftə minmək mümkün olmayacaq, pəncərələr isə açılmır ki, heç olmasa əməkdaşlar özlərini çölə atsınlar!

14. Bir salonda 20 əməkdaş əyləşir, yayın istisində bəzi əməkdaşlar havalandırmanı işlətməyə qoymurlar, qeyd etdiyim kimi, pəncərələr açılmadığından salona hava girmir, ürək dayanır, təzyiq qalxır!

15. Pəncərələr qara pərdələrlə örtülür, sanki matəmdir! Pərdələri açmağa icazə vermirlər, deyirlər "işçilər çölə baxırlar, fikirləri yayınır".

16. Əməkdaşlar komitənin binasına daxil olmaq üçün əyri-üyrü, daşlı yollarla binanın arxasından fırlanmağa məcbur olurlar. Çünki ön tərəfdən binaya daxil olmağa icazə verilmir. Buradan yalnız sədr girə bilər! İşçilərin,xüsusilə qadınların ayaqları burxulur, ayaqqabılarının dabanları qopur, bəzən ağrıdan yeriyə bilmirlər! Yastı dabansız ayaqqabı geyinməyi isə qadağan ediblər.

17. Qadınların qulaqlarındakı sırğaya , geyindikləri kalqotkaların rənginə, kosmetikalarına, parfümlərinə - hər şeyə qarışırlar. Deyirlər, " parfümdən istifadə etməyin, əllərinizə krem vurmayın, vətəndaşlar ehtiraslana bilərlər".(?!) Bunlara bir deyən gərək, gedin, öz ailələrinizin dərdini çəkin!

18. Tapşırırlar ki, əlinizdə "bloknot" gəzdirin, rəhbərlər nə desələr hamısını yazın.

19. Respublika Prokurorluğuna (dövlət orqanlarına) yazılan şikayət məktubları tədbir görülmək əvəzinə, komitəyə göndərilir. "Vətəndaşların müraciətləri haqqında qanunun 7.12 ci maddəsinə əsasən, vətəndaşın müraciətinə baxılmaq üçün barəsində şikayət edilən dövlət orqanına, quruma və ya onların vəzifəli şəxslərinə göndərmək qadağandır. Bu, ən fundamental pozuntudur, çünki şikayətin obyektinə (iş yerinə) həmin şikayəti göndərmək həm araşdırmanın obyektivliyini itirir, həm də şikayətçi üçün mənfi nəticələr doğura bilər. Bu, qaydaları kobud surətdə pozmaqdır və cinayət sayılır. Məgər, bunu Respublika Prokurorluğuna izah etmək lazımdır?

20. Heydər Əliyev adına hava limanında gömrükçülər sərnişinlərin başlarına oyun gətirirlər. "Gestapo" əməkdaşları ayaqlarını aralayıb, əlləri bellərində dayanaraq sərnişinlərin qarşısını kəsirlər. 1 ədəd telefona görə vətəndaşı qandallayırlar. Yük yoxlanışlarında " qanunsuz" hesab olunan malları müsadirə edib, sonra Bakının müxtəlif yerlərində satdırırlar.

Xaricdən qayıdan gömrükçülər belə oradan keçməkdə çətinlik çəkirlər. Bakıdan bahalı geyimləri ilə çıxmış, şəxsi zinət əşyalarını da qadınlara irad tutaraq deyirlər ki, "sən bunları satmaq məqsədi ilə almısan"! Sərnişinlər çətinliklə sübut edirlər ki, həmin geyimlər və zinət əşyaları Bakıdan çıxanda üzərlərində olub. Gömrükçü sərnişinlər məcbur olub özlərini təqdim edirlər ki, gömrük əməkdaşlarıdır, hava limanındakı gömrükçülər deyirlər ki, " mən bilmirəm sən kimsən?"

Keçən il yayda aeroport "gestapo"çuları mənim ailəmin də başına oyun açmışlar. Əvvəlcə biri demişdir ki, "bu qapıdan keçin". Həyat yoldaşım, Gömrük Komitəsində işləyən qızım Aygün Qoca və nəvəm göstərilən qapıdan keçmək istəyəndə basqa bir "gestapo" əməkdaşı yüksək səslə əmr verib ki, " geri qayıt , siz o qapıdan keçə bilməzsiz!" Əlbəttə, qızım gömrük əməkdaşı kimi həm də oradakı "gestapo"çulardan daha yüksək rütbəli olduğu üçün onlardan kobud olmamağı, mədəni danışmağı tələb edib. Mübahisə yaranıb, 4,5 nəfər əməliyyat işçisi tökülüşüb gəliblər, mənim 73 yaşlı həyat yoldaşım 1 saat ayaq üstə qalıb, 17 yaşlı nəvəmə də "sən kəs səsini" deyiblər. Mən onların rəisi Anar Cahangirova zəng etdim, hörmətlə danışdıq, bildirdi ki, "onlar haqqında mütləq tədbir görüləcək". Qızım da komitə sədrinə ərizə ilə müraciət etdi. Tədbirləri o oldu ki, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov qızımı 4 dəfə otağına çağırıb təzyiq göstərərək "ərizəni müzakirəsiz geri götür"demişdir. Qızım ərizəni geri götürməmiş, Fuad Qasımov sədrin "ona da cəza verəcəyik" fikrini qızıma çatdırmışdır. Nəticədə komitənin sədri Şahin Bağırov "gestapo"çulardan birinin rütbəsini artırmışdır...

Şahin Bağırovun nəzərinə çatdırıram ki, yazdıqlarım sənin bəzi işlərinin mində biridir. Mənimlə telefonda danışanda, nəhayət, yayda səninlə görüşəndə dedin ki, "qızınız ağır təbiətlidir, əxlaqlıdır, işgüzardır". Mənim haqqımda neçə dəfə təkrar-təkrar dedin ki, " siz xalq adamısınız, insanların arasında böyük hörmətiniz olduğunu bilirəm"... Deməli, başımızın altına yastıq qoyurdun! Mən xalq adamıyam, bəs sən kimsən? Budur sənin bizə hörmətin?

Bir ananın taleyini puç etdin. İndiki çətin bir vaxtda o haradan iş tapacaq? Nəhayət, insanların çörəyi ilə oynamaq kişiyə yaraşan iş deyil!



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ