Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi sədri, Politoloq Samir Hümbətov tələbələri ilə birlik 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının tərəfindən dövlət müstəqilliyini bərpa etmək istəyən dinc Azərbaycan xalqına qarşı amansız cinayət törədildi. Azərbaycan tarixinə "Qanlı Yanvar" kimi həkk olunmuş bu faciə, xalqımızın azadlıq mübarizəsinin ən şərəfli səhifələrindən biri və müstəqilliyimizin bərpası yolunda atılan həlledici addımdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik. Onların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.